GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 240 minlik qoşunla MÜHARİBƏ MƏŞQİ: Qərb Rusiyadan şübhələnir

240 minlik qoşunla MÜHARİBƏ MƏŞQİ: Qərb Rusiyadan şübhələnir

Tarix: 2-09-2017, 12:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 577
240 minlik qoşunla MÜHARİBƏ MƏŞQİ: Qərb Rusiyadan şübhələnir


Qərbdən Rusiya və Belarusa hücum edirlər. Amma birləşmiş qoşunlar hücumu dəf edərək rəqibi geri tullayır.

Bunu “Qərb-2017” Belarus-Rusiya birgə hərbi təlimlərin ssenarisini təqdim edən Belarusun müdafiə naziri Oleq Belokonev Minskdə keçirdiyi brifinqdə deyib.
Sentyabrın ortalarında keçiriləcək təlimlərdə nizami qoşunun hərbi qulluqçularından başqa ehtiyatdan çağırılan hərbi qulluqçular iştirak edəcəklər.
Şərti dövlətlərin hücumu
Təlimlərin ssenarisinə görə, “Veysnoriya”, “Vesbariya” və “Lubeniya” şərti dövlətlər Belarus və Rusiyaya hücum edirlər.
“Lubeniya” Polşanın şimali-şərq, Litvanın cənubi-qərb, (“Suvalkovski dəhlizi”), “Vesbariya” Latviyanın qərb və mərkəzi, “Veyşnoriya” isə Belarusun Grodno, Minsk və Vitebsk bölgələrinin şimali-qərb hissəsində yerləşir. Rəqib konkret olaraq göstərilib: Polşa və Litva. Ssenariyə əsasən, qonşu ölkələr arasındakı əlaqələr etnik və dini ziddiyyətlər, habelə ərazi iddiaları əsasında pisləşib.
“Veyşnoriya” şərti ölkəsi real Belarusun şimali-qərb hissəsində yerləşir. Qərb ölkələrinin Belarusda stabilliyi pozmaq və ittifaq dövlətinin subyektləri arasında münasibətlərin pisləşməsinə nail olmaq cəhdi vəziyyətin kəskinləşməsinin əsas səbəbidir”, - Oleq Belokonev izah edib.
“Qərb-2017” təlimlərində, rəsmi məlumatlara görə, 13 min hərbi qulluqçu iştirak edəcək. Bu təlimlərlə paralel olaraq Rusiyanın “Qərb” təlimləri keçiriləcək. Burada iştirak edəcək hərbçilərin sayı daha çoxdur. Bundan başqa, təlimlərə ehtiyatda olan hərbi vəzifəli sakinlərin çağırışı başlanıb. Eyni proses Belarusda da gedir.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri qeyd edir ki, Rusiya NATO-nun bütün ölkələrindən üç dəfə daha çox təlim keçirir. Rusiya Baş qərargahın başçısı söz verib ki, Rusiya qoşunları sentyabrın 3-na qədər ölkəni tərk edəcək. Ancaq NATO alyansı, həmçinin Ukrayna son illərdə Rusiyanın davranışını nəzərdə tutaraq, bundan şübhələnirlər.
Məsələn, Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəhbəri, ordu generalı Viktor Mujenko əmindir ki, təlimlər Rusiya qoşunlarının hücum hərəkətlərinin hazırlığına yönəldilib.
“Təlimlərə hazırlığın real miqyası göstərir ki, həqiqi hədəf rəsmən elan edilmiş çərçivədən kənara çıxır”, - general bildirib.
O həmçinin qeyd edib ki, təlimlərdə iştirak edəcək hərbçilərin ümumi sayı 230-240 minə çatır. Mujenkonun sözlərinə görə, strateji təlimlər və onlara cəlb edilən qoşunların tərkibi Moskvaya həm cənubi-qərb, həm də qərbdə hücum qoşunlarından istifadə üçün ilkin şərtlər yaratmağa imkan verir.
May ayında Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov xəbərdarlıq edib ki, Rusiya Belarusla birgə keçirəcəyi “Qərb-2017” genişmiqyaslı təlimlər zamanı Avropa istiqamətində, xüsusilə Polşa və Litvaya qarşı hücum əməliyyatlarını yerinə yetirməyə hazırlaşır.
Daha əvvəl Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bildirib ki, “Qərb-2017” təlimləri Belarus ərazisindən Ukraynaya birbaşa təcavüzə çevrilə bilər.
Vaşinqtonda yerləşən Atlantik Şurasının xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank mart ayında “Atlantic Council” üçün yazdığı məqaləsində qeyd edib ki, “Qərb 2017” təlimləri və Rusiyanın digər hərbi planları Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır.
Analitiklərə görə, “Qərb-2017” təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Hansı ki, indi Belarus bunda o qədər də maraqlı deyil. Minsk Qərblə münasibətləri normallaşdırmağa çalışır və bu istiqamətdə xeyli irəliləyişlərə nail olub. Məhz bu səbəbdəndir ki, son vaxtlar Moskva və Minsk arasında münasibətlərdə soyuqluq yaranıb.
Stoltenberq Rusiya məlumatlarından şübhələnir
Moskva rəqəmlər haqqında NATO-nu adətən əvvəlcədən məlumatlandırır. Amma Qərb ona verilən məlumatların həqiqətəuyğun olmasından şübhələnir. NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Moskvanın verdiyi məlumatlar ittifaqa üzv dövlətləri tərəfindən şübhəli sayılacaq.
“Əvvəlki təlimlər də göstərdi ki, Moskva təlimlərə göstəriləndən daha çox qoşunları cəlb edib”, - NATO-nun baş katibi bildirib.
Litvanın müdafiə naziri Raymundas Karoblis isə 100 min Rusiya əsgəri haqqında danışır. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “NATO-nu yoxlamağa” hazırlaşır. Litva ehtiyat edir ki, təlimlər başa çatdıqdan sonra Rusiya əsgərləri Avropa İttifaqının sərhədlərində qala bilər.
Prezidentliyə keçmiş namizəd, Belarusun müxalifət siyasətçisi Nikolay Statkeviç də bunu mümkün hesab edir. O qeyd edib ki, Belarus təlimlər nəticəsində öz müstəqilliyini itirə bilər. Lukaşenko isə bütün bu iddiaları rədd edir.
NATO-nun “Axilles dabanı”
Litva və Polşa arasında sərhəd sahəsi olan “Suvalkovski dəhlizi” NATO-nun ən zəif yeri hesab edilir. Dəhlizin eni təxminən 100 kilometrdir və qərbdə Rusiyanın Kalininqrad vilayəti, şərqdə isə Belarusla həmsərhəddir. Müharibə olacağı halda dəhlizin Rusiya tərəfindən tutulması NATO-nun Baltikyanı ölkələrinə yolunu kəsəcək. Təsadüfi deyil ki, ekspertlər “Suvalkovski dəhlizi”ni tez-tez NATO-nun “Axilles daban”ı adlandırırlar.
Təsadüfi deyil ki, , 17-19 iyun tarixlərində Litvada və Polşada keçirilən təlimlərdə də “Suvalkovski dəhlizi”nin müdafiəsi işlənilib./publika.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya hərbi təyyarələri Xəzər üzərinə qalxdı

    Rusiya hərbi təyyarələri Xəzər üzərinə qalxdı ...

    16-06-2016, 12:59

  • 
  • Baltikyanı ölkələrin böyük və qorxunc qonşunun təhdidi qarşısında tək pənahı NATO-dur

    Baltikyanı ölkələrin böyük və qorxunc qonşunun ...

    24-07-2017, 10:30

  • 
  • Putin Baltikyanı respublikalara hücuma hazırlaşır - əsas hədəfdə Litvadır

    Putin Baltikyanı respublikalara hücuma hazırlaşır ...

    27-08-2017, 10:11

  • 
  • Belarus generalı Azərbaycanın hərbi hissələrində nələr gördü?

    Belarus generalı Azərbaycanın hərbi hissələrində ...

    15-07-2016, 02:03

  • 
  • Azərbaycanda səfərbərlik

    Azərbaycanda səfərbərlik ...

    4-02-2015, 12:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu