Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrimizin hərbi hissələrini ziyarət edib.
gundemxeber.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, qonaqlar əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazasında və sülhməramlı qüvvələrin hərbi hissəsində yerləşən hərbi-texniki infrastruktur, inzibati, xidməti binalar və qurğularla tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.
Sonra belaruslu qonaqlar Hərbi Dəniz Qüvvələrinin dəniz hazırlığı və dalğıc poliqonuna gəliblər. İxtisaslaşdırılmış dalğıc mütəxəssislərinin hazırlığı üçün nəzərdə tutulan və ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqla təchiz edilmiş poliqonun infrastrukturu ilə tanış olan O.Belokonev yaradılan şəraiti yüksək qiymətləndirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?