GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Qaçqınkom” sədrinin nəvəsinin müdafiəçiləri susur

“Qaçqınkom” sədrinin nəvəsinin müdafiəçiləri susur

Tarix: 6-09-2017, 11:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 434
“Qaçqınkom” sədrinin nəvəsinin müdafiəçiləri susur


1 aydır həbsdə olan Nail Allahverdiyevə qarşı açılmış cinayət işinin istintaqından xəbər yoxdur...

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin dəhşətli qəza törətməsindən bir ay vaxt keçir. Qəza sonrası başda Əli Həsənov özü olmaqla, ailə üzvləri hadisənin Nail tərəfindən törədildiyini gizlətməyə çalışdı.

Hətta bir çox ictimai şəxslər, o cümlədən deputat Astan Şahverdiyev də qəzanın Nail tərəfindən törədilmədiyi iddiasını irəli sürüb, əks fikirdə olanları kəskin şəkildə qınadılar. Lakin Daxili İşlər Nazirliyi tərəfindən yayılan rəsmi açıqlama Nail Allahverdiyevi müdafiə edənləri susdurdu. Məlum oldu ki, qəzanı törədən elə Nail Allahverdiyevin özüdür və faktla əlaqədar ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi açıldı. 1994-cü il təvəllüdlü Nail Allahverdiyev barəsində məhkəmənin hökmü ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi.
Qəza baş verən zaman sosial şəbəkələrdə insanlar Əli Həsənovun istefa verməli olduğunu bildirir, Nail Allahverdiyevə ağır cəza istəyirdilər. Lakin hadisədən bir ay vaxt keçməsinə baxmayaraq, ara sakitləşib. Artıq nə Əli Həsənov nəvəsindən danışır, nə də Nail Allahverdiyevin vəkili onun vəziyyəti ilə bağlı mətbuata hər hansı bir açıqlama verir. Vəkil bildirir ki, Nail Allahverdiyevin işi ilə bağlı mətbuata hər hansı bir açıqlama vermək istəmir.

Lakin vəkil sussa da yayılan məlumatlara görə, Nail Allahverdiyev 1 saylı Bakı İstintaq Təcridxanasında çox yaxşı şəraitdə saxlanılır. Onun digər dustaqlardan fərqli vəziyyətdə saxlanıldığı, çöldə olduğu kimi içəridə də lüks həyat yaşadığı bildirilir. Halbuki, Əli Həsənovun nəvəsi Heydər Əliyev prospektində “Mercedes Galendawagen” markalı maşını ilə törətdiyi qəzada 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Qanunvericiliyə görə, Nail Allahverdiyevə maksimum 10 il iş verilə bilər.

Vəkil Əsabəli Mustafayev bildirib ki, məhkəmənin qərarından asılı olaraq Nail Allahverdiyev 4 aydan sonra azadlığa da buraxıla bilər:

“Hadisədə motiv əsas rol oynayır. Əgər sürücü ehtiyatsızlıq nəticəsində yol hərəkəti qaydalarını pozaraq adam öldürürsə bu, başqadır. Bir də var ki, sürücü qəsdən adam öldürür. Qəsdən vurub öldürən zaman bunun cəzası 20 il də ola bilər. Qəsd olmasa ona uyğun da cəza verilir. Əli Həsənovun nəvəsinə açılan cinayət işi bəllidir və onun həbs müddəti maddəyə görə, maksimum 10 ildən artıq ola bilməz. Ağırlaşdırıcı hallar, yəni içkili, narkotikin təsiri altında olması halları yoxdursa bu da nəzərə alınır. Hər halda Nail Allahverdiyevin törətdiyi cəza ağırdır. Onun vaxtından əvvəl azadlığa çıxması isə məhkəmənin səlahiyyətindədir. İstintaq həbsin uzadılması ilə bağlı təqdimat verəcək. Lakin bunu uzadıb, uzatmamaq məhkəmənin səlahiyyətindədir”.

Vəkil Əli Həsənovun nəvəsinin lüks şəraitdə saxlanılması məsələsinə də toxunub:

“Müdafiə etdiyim şəxslərin hamısı ictimai-siyasi fəallar olub. Onların da heç biri lüks yerlərdə qalmayıblar. Bu baxımdan orada lüks yerlərin olması barədə konkret məlumata sahib deyiləm. Ancaq belə ola bilir ki, kameranı bir nəfərlik edirlər və ya dustağı istədiyi adamla salırlar. Məsələn, 4 nəfərlik kamerada 1 və ya 2 nəfər salırlar. Kamerada televizor da olur və adi dustaqlara onun idarəedicisi verilmir. Ancaq bu kimi şəxslərə şərait yaradıb, televizorun idarəedicisini, radio, soyuducu, yeməyini qızdırması üçün qızdırıcı belə verirlər. Komfort dedikdə bunlar nəzərdə tutulur. Daha bundan da o tərəfə şərait yaradılması mənim zənnimcə mümkün deyil. Digər dustaqlara kənardan yemək qəbulu həftədə bir dəfədirsə, bunlara hər gün edə bilərlər. Belə məlumatlar var ki, bəzi adamlar üçün tez-tez yemək qəbul edib, hər gün telefon zənginə çıxarırlar. İçərinin havasını sərinləşdirməyə gəlincə isə kondisioner olmasa da ventilyator təşkil edirlər. Ümumiyyətlə, təcridxanada mərkəzləşdirilmiş istilik sistemidir. Bildiyim qədərilə bütün kameralarda soyuq havalarda temperatur normal olur. İstidə isə yalnız qeyd etdiyim kimi ventilyatorlardan istifadə edirlər. O da bütün kameralara aid deyil. Dustaqlara axşam saat 18:00-dan 10:00-a qədər televizora baxmağa icazə verilir. Ancaq kimə ki, lüks şərait yaratmaq istəyirlərsə, o adam hər saat televizora baxa bilir. Hətta yuxarıda da qeyd etdiyim kimi istədiyi kanala çevirmə imkanı olur. Şərait yaratsalar belə, kimsə dustağın yanına gələ bilməz. Ancaq görüş otaqlarında dustaqla görüşmək mümkündür. İnanmıram ki, Əli Həsənovun nəvəsinin də kamerasına kimisə buraxsınlar. Telefona gəlincə isə otaqda da mobil telefon saxlamağa icazə verdikləri zaman olub. İndi isə düşünürəm ki, bu iş ictimai nəzarətdə olduğu üçün bəzi məsələlərdə çəkinirlər. Qaydalara tamamilə zidd olan hallardan yayınsalar da yəqin ki, qalan şeylərdə güzəştə gedib, televizor, radio verilməsi baxımından şərait qurublar"./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nail Allahverdiyevin törətdiyi qəzanı kim gizlədib?

    Nail Allahverdiyevin törətdiyi qəzanı kim ...

    17-08-2017, 15:37

  • 
  • Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki Türkiyə vətəndaşını da vurub -2 ÖLÜ, 2 YARALI

    Əli Həsənovun nəvəsinin “Galendewagen”i iki ...

    4-08-2017, 15:14

  • 
  • Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi iddiasına rəsmi cavab

    Əli Həsənovun nəvəsinin lüks kameraya köçürülməsi ...

    14-08-2017, 13:08

  • 
  • Əli Həsənovun nəvəsi məhkəmədə qəzadan danışdı: "Peşmanam"

    Əli Həsənovun nəvəsi məhkəmədə qəzadan danışdı: ...

    7-08-2017, 14:44

  • 
  • Son dəqiqə! Əli Həsənovun nəvəsinin düşdüyü AĞIR QƏZANIN +18 VİDEOsu yayıldı

    Son dəqiqə! Əli Həsənovun nəvəsinin düşdüyü AĞIR ...

    4-08-2017, 13:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu