Qoşa “Gelandevagen”li sahibkarların “şəbəkə proletariatı” tərəfindən müdafiə edilməsinin absurd yönləri
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bəlkə də 40 ilin başında bir xeyirxah iş görmüşdü, amma yenə də tənqid, hətta təhqir olundu.
Ancaq baxaq, görək, BŞİH başçısının şəxsən təşrif buyuraraq bağladığı “26-lar” kafesinin sahibləri kimdirlər və xalqa nə təklif edirlər? Nəyə görə ölkədə onlarla ticarət, xidmət, iaşə müəssisələri bağlana bilər, amma onlar toxunulmaz qalmalıdır?
Hadisə baş verən gün kafe sahiblərindən birinin kimliyi açılandı, məlum oldu ki, o, ali məktəbdə hüquq dərsi verən Ərəstun Qasımovun oğlu Əliyar Qasımovdur.
Sonra qəribə bir hadisə baş verdi və heç kəs bunun üstünə getmədi. Mediada xəbərlər çıxdı ki, hüquq professoru Ərəstun Qasımov saytlara o adda oğlu olmadığını bildirib.
Daha sonra xəbər çıxdı ki, professor Qasımov bizneslə məşğul olan Əliyar adlı oğlunun olduğunu danmır, ancaq onun biznes fəaliyyətindən xəbərsizdir. Başqa sözlə, professor Qasımov oğlunun adına olan biznes strukturunun gerçək sahibi olmadığını bəyan etdi.
Ola bilər ki, belədir və qısa müddət ərzində kafe-restoran biznesində böyük uğurlar qazanmış şəxslərin ilkin kapitalına haram, çirkli pullar qarışmayıb. Bəs bu qədər gənc yaşda olan gənclərdə o qədər böyük pullar hardandır ki, onlar eyni, qızılı rəngdə “Mersedes Gelandevagen” avtomobili tədarük ediblər? Özü də avtomobillərin dövlət nömrə nişanı göstərir ki, gənclər bu rəqəmləri xüsusi önəm verərək, böyük pul-para xərcləyərək alıblar.
Bu məsələdə qəribə olan detallardan biri də başqa vaxt “bahalı avtomobillərdə şütüyən harın gənclər”i ittiham edən, onların lüks həyat tərzini pisləyən şəxslərin birdən-birə sosial şəbəkədə onlara qahmar çıxması, lüks kafe-restoranın bağlanmasını az qala milli faciəyə çevrimələridir. Bu nə pəhriz, bu nə turşu?
Əksinə, prinsipcə, sosial şəbəkədəki haqq-ədalət tərəfdarları “harın gənclər”dən ikisinin “ifşa olunması”ndan məmnunluq duymalı və “yaxşı ki, indiyədək onların“Gelandevagen”lərinin təkərlərinin altında qalmamışıq” kimi şərhlər yazmalıydılar.
Bu qalmaqalın bir incə, məhrəm yanı da var. Bu da sözügedən kafenin önündə “HƏR GÜN XANIMLARA QƏLYAN PULSUZ” elanının qoyulmasıdır. Nədənsə çoxları bu xüsusata da diqqət yetirmədi.
Ancaq bu elanın mahiyyətcə nə olduğunu çılpaqlığı ilə demək lazımdır. Bu, fahişəliyin təbliğatıdır, yüngül əxlaqlı qadınların kafenin daimi müştərisinə çevrilmələrinə sövq etməkdir, açıq təşviqdir. Aydın məsələdir ki, o cür qadınlar bir kafedə daimi müştəriyə çevriləndən sonra oranın gənc, macəra axtaran kişi müştəriləri də artacaq.
Kimsə deyə bilər ki, xanımların qəlyan çəkməsində nə ayıb iş var ki? Belə fikirləşənlər və deyənlər hansı ölkədə yaşadıqlarını unutmasınlar. Qadınların yarıdan çoxunun tütün məhsulları çəkdiyi ölkələrdə belə (məsələn, Rusiya, Ukrayna, Türkiyə) qəlyan çəkən qadına hələm-hələm rast gəlmək olmur.
Bundan başqa, aydın oldu ki, həmin iaşə müəssisəsində erotik şoular da nümayiş olunurmuş və bu da kafe sahiblərinin hansı industriya üzərində pul qazandıqlarının göstəricisidir. Başqa vaxt mənəviyyatdan, dindən, imandan danışan adamların “xanımlara pulsuz qəlyan” təklif edənləri, kişilərə erotik şou göstərənləri müdafiə etməsi absurddur.
Bu şəbəkəyə aid “Hollywood” adlı restoranı isə (Batamdarda yerləşir) bir çoxları “gey-klub” kimi təqdim edirlər. Söhbət "Hollywood cinema club" şəbəkəsinin Badamdar 77 ünvanında yerləşən klubundan gedir.
Həmin ünvanda yaşayan sakinlər yerli televiziyalara və media quruluşlarına deyirlər ki, kluba gələnlər əsasən cinsi azlıqların nümayəndələridi. İddialara görə, klub "cinema" adı altında fəaliyyət göstərsə də, əslində içəridə baş verən gizli məqamlar da var.
Belə bir klubun yaşayış məntəqələrinin yaxınlığında fəaliyyət göstərməsi isə insanları çox narahat edir.
Klubun sahibi Əliyar Qasımov “Xəzər” televiziyasına deyib ki, onlar bütün müştərilərə eyni münasibət göstərirlər. Yəni kiməsə xarakterinə görə kluba girməyə qadağa qoya bilməzlər.
İddialara görə, "Hollywood cinema club" əslində “elitar geylərin” yığışdığı gizli “gey-klubd”dur”. Bu halda ortaya bu gerçəklik çıxır: pulsuz qəlyanlarla qadınları cəlb etməyə çalışan, gizli “gey-klub” quran hüquq professorunun uşaqlarının əməllərinə paytaxt meri “dur” deyibsə, onu bu məsələdə təhqir yox, təqdir etmək lazımdır. Əski və yeni fotolardan görünənsə budur ki, bu qalmaqallı kafe və biznesin sahibləri tarixi binanı öz ağılları ilə “peredelka” ediblər. Gecə klubunun yerləşdiyi “Natəvan” klubunun da əvvəlki və indiki hallarını fotolarla müqayisə etmək imkanlarınız var.
Məsələ ilə bağlı mediada tirajlanan yalanlardan biri də yazıçı Çingiz Abdullayevin “26-lar” kafesinin icarədarları ilə müqavilənin olmaması ilə bağlı dedikləridir. Qeyd edək ki, xalq yazıçısı kafe bağlanan gün və onun ertəsi günü bu məsələyə dair olduqca hiddətli, emosional açıqlama vermişdi. Məlum olub ki, icarədar Ramil Ruslan oğlu Məmmədovla icarə müqaviləsini imzalayan şəxs məhz yazıçı Çingiz Abdullayevdir. Beləliklə, yazıçının nədən emosional reaksiya verməsinin səbəbi aydın olur./musavat.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?