GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ​Mehman Əliyev ev dustağı deyil - VƏKİLDƏN AÇIQLAMA

​Mehman Əliyev ev dustağı deyil - VƏKİLDƏN AÇIQLAMA

Tarix: 13-09-2017, 12:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 459
​Mehman Əliyev ev dustağı deyil - VƏKİLDƏN AÇIQLAMA


“Turan” agentliyinin rəhbərinin həbsdən azad edilməsinə reaksiyalar...
Sentyabrın 11-də azadlığa buraxılmış “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyevin ev dustağı olması ilə bağlı xəbərlər yayılıb. Buna aydınlıq gətirən vəkili Fuad Ağayev bildirib ki, bu, yanlış məlumatdır. Belə ki, M.Əliyevdən başqa yerə getməmək haqqında iltizam alınıb.
Azadlıqda olan baş redaktor isə hələ rəhbəri olduğu agentliyin taleyi ilə bağlı qərar verməyib. Hesabları bağlı olan və ofisdən çıxan agentlik üçün yeni fəaliyyət planı müəyyənləşməyib.
Amerikalı senator Riçard Durbin Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıb.
“Müstəqil xəbərlər agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıram”, - R.Durbin twitter sosial şəbəkəsində yazıb.
Sonra o, əlavə edib: “Ümid edirəm ki, bu addım onun üzərindən bütün ittihamların götürülməsi və həbs-qətimkan tədbirinin dayandırılması ilə müşayiət olunacaq”.
Yada salaq ki, sentyabrın 7-də R.Durbin M.Əliyevin həbsində əli olanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı qanunverici təşəbbüslə çıxış edib.
Onun təşəbbüsü ABŞ-ın 2018-i il üçün xarici ayırmalar proqramı üzrə qanun layihəsinə düzəliş kimi ABŞ Senatının Təsisatlar Komitəsində qeydə alınıb.
ABŞ, İsveç, ATƏT yenidən Azərbaycan hakimiyyətini Mehman Əliyevin üzərindən siyasi motivli verigidən yayınma ittihamlarının götürülməsinə çağırıblar.
“Biz Mehman Əliyevin azadlığa buraxılmasını nəzərə alırıq, ancaq təəssüf edirik ki, o, indiyədək ev həbsindədir”, - İsveçin insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə səfiri Annika Ben Devid sentyabrın 11-də Varşavada ATƏT-in insan inkişafı üzrə konfransında deyib.
ABŞ nümayəndə heyətinin rəhbəri Devid Killion “Turan”a qarşı cinayət işindən və siyasi motivli ittihamlardan narahatlığını bildirib.
O, diqqəti ona yönəldib ki, Azərbaycanda bir neçə informasiya saytı bloklanıb. Bunların arasında AzadlıqRadiosu da var. Öz növbəsində ATƏT-in mətbuat üzrə xüsusi nümayəndəsi Harlem Dezir hakimiyyəti “Turan” agentliyinin fəaliyyətinin bərpası üçün şərait yaradılmasına çağırıb.
Konqresmen Steni Oer Mehman Əliyevin üzərindən bütün ittihamların götürülməsinə çağırıb.
“Turan agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsini alqışlayıram. Onu ev həbsindən də azad etmək və bütün ittihamları götürmək lazımdır. Azad və müstəqil mətbuat istənilən demokratiya üçün çox vacibdir”, - konqresmen twitter-də yazıb.
ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir M.Əliyevin azadlığa buraxılmasını alqışlayıb. Bu barədə ATƏT-in yaydığı press-relizdə bildirilir. “Mən hakimiyyət tərəfindən atılan bu müsbət addımı alqışlayıram və Azərbaycanla media problemlərinin həlli üzrə aparılan dialoqu qiymətləndirirəm. Bu fəaliyyət davam etdirilməlidir” deyə, o bildirib.
Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə Mehman Əliyev barəsindəki həbs-qətimkan tədbiri dəyişdirilib. M.Əliyev məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
M.Əliyev jurnalistlərə açıqlamasında deyib ki, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi xahişi ilə prezidentə müraciət edib.
Xatırladaq ki, Vergilər Nazirliyi “Turan İnformasiya Agentliyi” MMC-də yoxlama aparıb. Vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılan səyyar vergi yoxlamasının nəticələrinə əsasən, xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Senator Riçard Durbin Mehman Əliyevin həbsdən azad edilməsini alqışladı

    Senator Riçard Durbin Mehman Əliyevin həbsdən ...

    12-09-2017, 16:30

  • 
  • Mehman Əliyev həbsdən buraxılıb

    Mehman Əliyev həbsdən buraxılıb ...

    11-09-2017, 14:36

  • 
  • "Azərbaycan hökuməti Mehman Əliyevi dərhal azadlığa buraxmalıdır" – Respublikaçı Senator

    "Azərbaycan hökuməti Mehman Əliyevi dərhal ...

    30-08-2017, 14:57

  • 
  • Mehman Əliyevin işi üzrə Avropa Məhkəməsinə şikayət veriləcək

    Mehman Əliyevin işi üzrə Avropa Məhkəməsinə ...

    12-09-2017, 14:45

  • 
  • "Freedom House" Mehman Əliyevin həbsini pislədi

    "Freedom House" Mehman Əliyevin həbsini ...

    26-08-2017, 14:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu