“Mehman Əliyevin hüquqlarının müdafiəsi komitəsi 18 gün ərzində qarşısına qoyduğu məqsədə nail oldu”.
Bu sözləri Turan agentliyinin direktoru Mehman Əliyevin hüquqlarının müdafiəsi komitəsinin bu gün Müsavat Partiyasının qərargahında keçirilən iclasında, tədbirin aparıcısı Oqtay Gülalıyev deyib. Siyasi Məhbusların Müdafiə Mərkəzinin təşəbbüsü ilə baş tutan müzakirələrdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı, istiqlalçı millət vəkili İsgəndər Həmidov, jurnalist Sərdar Əlibəyli və digərləri çıxış ediblər. Komtə sədri Əvəz Zeynallı M.Əliyevin azadlığa çıxmasında komitənin rolundan danışıb. M.Əliyev azadlığa çıxdığından qurumun buraxıdlığını elan edib. O vurğulayıb ki, siyais məhbus sayılan şəxslərin məsələsi ilə opretaiv olaraq yaradılacaq İşçi Qrup məşğul olacaq. Tədbirdə çıxış edən Mehman Əliyev həbsinin səbəblərindən danışıb, bunun ölkədə gedən qlobal proseslərlə bağlı olduğunu deyib: “Amma, beynəlxalq reaksiya, daxildəki narazılıq, ictimaiyyətin etirazı, hakimiyyət daxilində həbsimə münasibətin birmənalı olmaması həbsdə uzun müddət saxlanmağıma imkan vermədi”.
“Hakimiyyətlə cəmiyyət arasında və hakimiyyətlə beynəlxalq qurumlar, xarici dövlətlər arasında böhran var. Tək Mehman Əliyev məsələsi deyil, bütövlükdə beynəlxalq reaksiyalar bitməyəcək. Mövqe daha prinsipial olacaq. Bu böhranı aradan qaldırmaq və ölkəmizi demokratik bir dövlətə çevirmək üçün bir vətəndaş kimi əlimizdən gələni edəcəyik. Bu ilin yaz aylarında, hakimiyyətdən islahatların gözlənildiyi dövrdə, əksinə həbslər başlasa da, demokratikləşmə prosesi qaçılmazdır”, – Mehman Əliyev deyib.
Arif Hacılı: “M.Əliyevin azad olunması işin başlanğıcıdır”
Müsavat başqanı Arif Hacılı M.Əliyevin həbsdən azad olunmasını ciddi və müsbət hadisə adlandırıb. A.Hacılı deyib ki, buna qədər həbs edilən bloqqer Mehman Hüseynovun, jurnalist Əfqan Muxtarlının, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsdən azad olunmamasının bir səbəbi də onların müdafiə komitələrinin yaradılmamasıdır. “Amma M.Əliyevin azad olunması işin başlanğıcıdır. İndi “Turan” İnformasiya Agentliyinin işləməsinə şərait yaradılması və M.Əliyevə qarşı qaldırılan cinayət işinin ləğv olunmasından ötrü mübarizə aparılmalıdır”, deyə A.Hacılı bildirib. Keçmiş daxili işlər naziri İskəndər Həmidov isə bu məsələdə Qərb amilindən danışıb. O deyib ki, indiilk növbədə seçki qanunvericiliiyi dəyişdirilməli və demokratik seçkilərə nail olunmalıdır.
İsa Qəmbər: “Seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməlidir”
Strateji Milli Düşüncə Mərkəzinin (SMDM) rəhbəri İsa Qəmbər isə M.Əliyevin həbsini də, azad olunmasını da çoxsəbəbli məsələ kimi dəyərləndirib: “Amma ölkədə siyasi məhbusların olmaması, əsassız həbslərin baş verməməsi üçün isə seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməlidir. Bunun uğrunda birgə mübarizə aparmalıyıq”. Tədbirdə həmçinin ABŞ səfirliyinin nümayəndələri və siyasi məhbusların ailə üzvləri iştirak ediblər. Siyasi məhbusların ailə üzvləri adından AXCP sədrinin müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmur, keçmiş müstəntiq Rüfət Səfərovun anası Tahirə Səfərova, Nardaran məhbusu Abbas Hüseynovun anası Rəhimə Hüseynova və digələri çıxış ediblər./muxaıifet.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?