Meksikanın Pueblo şəhərində 7,1 bal gücündə zəlzələ baş verib.
Dəhşətli zəlzələ baş verdiyi şəhər paytaxt Mexikonun 123 km-də yerləşir.
Təbii fəlakət nəticəsində xeyli yaşayış binası, inzibati tikililər dağılıb.
***
Zəlzələ nəticəsində Morelos ştatında ən azı 42 nəfər ölüb.
Bu barədə Morelos ştatının qubernatoru Qrako Ramires məlumat verib.
Daha 3 nəfərin isə Puebla ştatında öldüyü barədə məlumat daxil olub.
Qeyd edək ki, zəlzələ Bakı vaxtı ilə 22:14 baş verib. Zəlzələnin episentri Puebla-de-Saraqos şəhərindən 49 km cənub-qərbə düşüb. Episentr həmçinin Tepeoxuma yaşayış məntəqəsinin 8 kilometrliyində olub.
Zəlzələ ocağı 60 km dərinlikdədir.
Zəlzələ paytaxt Mexikoda da güclü şəkildə hiss edilib. Mexikodakı Benito Xuares adına beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.
***
Meksikanın Qəza-Xilasedici Xidmətinin rəhbəri Luis Felipe 44 nəfərin öldüyünü rəsmən təsdiqləyib. O bildirib ki, Morelos ştatında 42, Mexikoda isə 2 nəfər ölüb.
***
Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 149-a çatıb.
Bu haqda Meksikanın Qəza-Xilasetmə Xidmətinin rəisi Luis Felipe Puente Tviter hesabında qeyd edib.
"Hazırda olan məlumata görə, Morelos ştatında 55, Mexikoda 49, Puebla ştatında 32, Mexiko ştatında 10, Qerrero ştatında 3 nəfər ölüb.", - deyə o bildirib.
***
Meksikadakı dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 226-ya çatıb.
***
"Hazırda dağıntılar altından 248 deyil, 216 meyit çıxarılıb" - Luis Felipe Puentenin yaydığı məlumatda bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?