"ATV səhər" proqramının aparıcısı Turan İbrahimov son dövrlər gündəmdə olan Allahşükür Paşazadə və Hacı Qalib Salahzadə haqqında yazılanlara münasibət bildirib.
gundemxeber.az A24.az-a istinadən xəbər verir ki, canlı yayımlanan verilişində Turan İbrahimov Hacı Qalib Salahzadənin məsələlərə münasibət bildirməsini "danışdıqca batır və batırır" deyə şərh edib. "Əslində bu hay-küyün ortaya çıxmasında günahkar kimi Şeyxin qudası, keçmiş millət vəkili və onun işlətdiyi ifadələr göstərilir. O müsahibəni mən də oxumuşdum, şeyxin hələ bu vəzifədə oturmaq imkanı, gücü var, hələ gəncdir və ondan sonra da yəqin ki, varisi oğlu olar şəklində ifadələri və müzakirələr genişləndi. Məncə, bu müzakirələrdə hansısa formada qızışdırıcı deyil də, sakitləşdirici rol oynamaq istəyirsə, Hacı Qalib müəllim, ümumiyyətlə, danışmasın. Hiss olunur ki, danışdıqca batır və batırır. Niyə? Söhbət ondan gedir ki, mal, mülk kimə qalacaq müəyyən suallar doğuran məsələdir. Onun oğlu iki rükət namazı güclə qılır, necə şeyx ola bilər. Bütün Qafqazın şeyxi, dini-mənəvi liderinin oğlu iki rükət namazı zorla qılırsa necə imanlıq edə bilər?".
Sorğu
Yeni dizaynımız necədir?