Allahşükür Paşazadə ilə müavini Hacı Salmanı savaşdıran “qanuni oğrular”
Azərbaycanda kriminal avtoritetlər Rövşən Lənkəranski, Moskvada həbsdə olan “Qoca” və Bakıda həbsdə olan “Quli” ləqəbli Nadir Səlifov arasında gedən münaqişələr səngimək əvəzinə, sanki hansısa bədxah qüvvələrin “katalizatorluğu” ilə daha da qızışdırılır. Son vaxtlar kriminal avtoritetlər Bakının müəyyən qəsəbə və kəndlərinə, məhəllələrinə vəziyyəti idarə edən nümayəndələr təyin edir. Lakin qanuni oğruların öz aralarında olan nüfuz savaşı bu sahədə də perspektivlər vəd etmir. Pres24.az saytının verdiyi məlumata görə bir neçə gün bundan qabaq Biləcəri qəsəbəsinə qanuni oğru Rövşən Lənkəranski tərəfindən təyin edilən avtoritet Qurban Lotu Qulinin adamları tərəfindən çox ağır formada döyülüb. Nə baş verir? Mətbuat qeyd edir ki, guya Rövşən Lənkəranskinin Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə ilə biznes şərikliyi var. Bütün bunları necə başa düşək?.. Axı Lotu Qulinin yaxın qohumu Hacı Salman Musayev Hacı Allahşükür Paşazadənin birinci müavini postunu tutur. Xatırladaq ki, Lotu Quli və Hacı Salman Musayev əslən Gürcüstan Respublikasının Dmanisi rayonunun Məmişli kəndindəndirlər. Belə çıxır ki, mübarizə Hacı Allahşükür Paşazadə ilə müavini Hacı Salman Musayev arasında gedir?! Yanvarın 17-də Moskvada həbsdə olan “qanuni oğru” Qoca həbsdən azad olunacaq. Və onun Bakıya hansısa bir avtoritetin anasının il mərasiminə təşrif buyuracağı gözlənilir. Bakıda yas mərasimində iştirakdan sonra isə onun Balakənə bu yaxınlarda Moskvada öldürülmüş digər avtoritet Donqayev Abdulun qəbrini ziyarət etməyə gedəcək. Xatırladaq ki, balakənli Abdul bir neçə ay bundan əvvəl Moskvada öldürülüb. Kamilla Sultanzadə
Sorğu
Yeni dizaynımız necədir?