GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhlükə Ziya Məmmədova yaxınlaşır: “boy göstərmək” istəyi klana baha başa gəlir

Təhlükə Ziya Məmmədova yaxınlaşır: “boy göstərmək” istəyi klana baha başa gəlir

Tarix: 21-09-2017, 12:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 414
Təhlükə Ziya Məmmədova yaxınlaşır: “boy göstərmək” istəyi klana baha başa gəlir


Sabiq nazirin ailə üzvünün Türkiyədə dəbdəbəli moda dəfiləsi keçirməsini əks etdirən fotoların ölkə mediasına sızdırılmasından sonra bacısının məktəbində yoxlamalar başladı; bu məsələ təkcə məktəb direktorunun işdən çıxarılması ilə bitməyə də bilər...

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov vəzifəsini itirdikdən sonra sakit həyat yaşamağa başlayacağı gözlənilsə də, son günlər onun adı ətrafında qalmaqallı və müəmmalı proseslər baş verməkdədir. Məmmədovlar hakimiyyətdə etibarlarını itirdikdən sonra Z.Məmmədov vəzifəsini, qardaşı deputatlıq kürsüsünü, ailə biznesinə rəhbərlik edən oğlu Anar Məmmədov isə iddialara inansaq, Azərbaycanda yaşamaq hüququnu itirib. Vaxtilə ölkənin ən iri oliqarxı olan Məmmədovların biznes imperiyası daha əvvəlki kimi qüdrətli deyil, sözlərinin kəsəri qalmayıb.

Onlar isə bu durumla barışmır, imkan düşdükcə “boy göstərməyə” çalışırlar. Elə bu günlərdə Anar Məmmədovun ailə üzvünün Türkiyədə dəbdəbəli moda dəfiləsi keçirməsini əks etdirən fotoların ölkə mediasına sızdırılması da deyilənlərə sübut ola bilər. Yada salaq ki, iki ay əvvəl Elton Məmmədovun medianın yaxşı tanıdığı oğlu Aynar Məmmədov Bakıda yeni çay evinin açılışını etmişdi. Mərasimə şou-biznes nümayəndələrini dəvət edən Aynar Məmmədov daha böyük və ciddi layihələr həyata keçirmək gücünü itirsə də, hələ “ayaqda olduqları” mesajını verdi. Təsadüfi deyil ki, Məmmədovların qapıları aylardır bağlı olan “Yelkən hoteli”nin axşamlar rəngbərəng işıqları yandırılır ki, işləməyən bir obyektə bu qədər işıq pulu xərclənməsi özü maraq doğurur. Bunlar oxucu üçün xırda detallar kimi görünə bilər, Məmmədovlar üçün isə bu işıq özü belə təskinlikdir

Aylardır ölkədə olmayan oğlunun bir müddət öncə facebook hesabında dibçəkdə əkilmiş narıncı meyvə şəklini paylaşması da müxtəlif reaksiyalar doğurmuşdu. Narıncı rəngin Azərbaycanda daha çox “inqilab”la assosiasiya olunduğunu yada salmaq kifayətdir... Yeri gəlmişkən, oğlu Məmmədovun rəhbərlik etdiyi “Garant Holdinq”in fəaliyyəti ilə bağlı da indi informasiya almaq müşkülə çevrilib. Şirkətin qapısının bağlandığı, bəzi xəbərlərə görə isə fəaliyyətinin tam məhdudlaşdırıldığı, bütün aktivləri - hotellərdən tutmuş restoranlaradək satışa çıxarıldığı da yayılan xəbərlər sırasındadır.
Sabiq nəqliyyat naziri “Nizami” metrostansiyasının yaxınlığında, Xarici İşlər Nazirliyinin arxasında yerləşən tikilidəki 250 kv.m sahəsi olan mənzilini 750 min manata satışa çıxardığı artıq təsdiqlənmiş informasiyadır. Z.Məmmədov özü mediaya çıxmır, iki gün əvvəl isə jurnalistlərdən birinin sualına “siz açıqlama yox, bağlama alırsınız” deyərək telefonu qapatması sabiq nazirin motivasiyasının yerində olmadığına işarədir. Məmmədovlar hakimiyyətdən uzaqlaşdırılması ilə barışa bilmir və deyilənə görə, iqtidarda xeyli adamı “qara siyahı”ya da salıblar.

gundemxeber.az musavat.com-a istinadən xəbər verir ki, Z.Məmmədovun təhlükədən qurtula bildiyi haqda da iddialar var. Onun və müavini Arif Əsgərovun dəmiryoluna ayrılmış pulları necə korrupsiya yeminə çevirdiyi hazırda Strasburqda məhkəmə predmetidir. Məmmədovların “boy göstərmək” istədiyi bir vaxtda isə ailənin daha bir üzvünün adı ətrafında ciddi qalmaqal yaranıb. Belə ki, sabiq nazirin bacısının uzun illərdir rəhbərlik etdiyi “Tərəqqi” liseyində yoxlamalar başlayıb. Dünən gün ərzində bu mövzuda müxtəlif ziddiyyətli xəbərlər yayılıb. Məsələn, direktorun qardaşı Elton Məmmədov deyib ki, heç bir yoxlama-filan yoxdur, üstəlik bacısı da iş başındadır. Bakupost.az saytı isə yazıb ki, liseydə yoxlama başlamazdan əvvəl Təhsil Nazirliyinin məsul şəxsləri xanım direktora işdən çıxması ilə bağlı könüllü ərizə yazmasın tələb ediblər.

Əməkdar müəllim olan M.Məmmədova isə bunun üçün heç bir səbəb olmadığını göstərərək, ərizə yazmaqdan imtina edib. “Buna görə də nazirlik yoxlama ilə direktoru cəzalandırmaq, onu işdən çıxarmaq qərarını verib”, deyə, xəbərdə bildirilib.

Liseydən daxil olan məlumatda bildirilir ki, Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin xeyli əməkdaşı yoxlamalara başlayıb, hətta həmin gün müəllimlərinin lisey ərazisini tərk etməsinə icazə verməyib. Onu rüşvətdə suçlamaq üçün lazımı materiallar toplandığı da gələn informasiyalar arasındadır.

M.Məmmədovaya yüksək qan təzyiqi ilə yaxınlıqdakı xəstəxanaların birinə getdiyi iddia olunub. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov açıqlamasında “Tərəqqi” liseyində araşdırma aparıldığını təsdiqləyib. C.Valehov yoxlamanın nə ilə bağlı olduğunu açıqlamayıb. M.Məmmədovanın işdən çıxarılması barədə yayılan məlumatlara gəlincə, C.Valehov bunu təsdiqləməyib. Bəzi saytlar isə direktorun işdən çıxarıldığını iddia edib.
İstənilən halda, dərs ili başlayan kimi vaxtilə şikayətlərə baxmayaraq kimsənin yoxlamaya cəsarət etmədiyi, M.Məmmədovanın isə özünü tam arxayın hesab etdiyi bir müəssisədə yoxlamalar başlaması diqqəti yenidən Z.Məmmədovun personasına yönəldib. Adətən hakimiyyət “vurulmuş” məmurların ətrafını o vaxt “təmizləyir” ki, o adamların ciddi yanlışları olur. Məmmədovların iqtidara dönüklüyü səbəbindən “vurulması” ən çox səslənən versiyadır. M. Məmmədovanın sonrakı taleyinin necə olacağı barədə birmənalı fikir yürütmək mümkün deyil. Amma fakt faktlığında qalır ki, Məmmədovlar “həm suçlu, həm də güclü” olmaq istəmələrinin bəlasını çəkirlər. Bu isə təkcə məktəb direktorunun işdən çıxarılması ilə bitməyə də bilər.

Təhlükə şəxsən Z.Məmmədova doğru gəlir... Adlada biləcəkmi?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ziya Məmmədov klanı yenidən boy göstərmək həvəsində

    Ziya Məmmədov klanı yenidən boy göstərmək ...

    7-07-2017, 11:36

  • 
  • Ziya Məmmədovun media layihəsi baş tutmadı

    Ziya Məmmədovun media layihəsi baş tutmadı ...

    16-05-2014, 10:52

  • 
  • Ziya Məmmədovun oğlu ölkəni tərk etdi: -  Londona köçdü

    Ziya Məmmədovun oğlu ölkəni tərk etdi: - Londona ...

    9-08-2017, 15:10

  • 
  • Əliyev Ziya Məmmədova olan etimadını itirib

    Əliyev Ziya Məmmədova olan etimadını itirib ...

    6-11-2015, 14:30

  • 
  • Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina edir? - Sensasion iddia

    Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina ...

    9-06-2016, 01:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu