Nazirin işdən çıxarılması «MTN işi»nə görə təxirə salınıb Nəqliyyat naziri Ziya Məmmədovun başı üzərində təhlükə hələ də qalır. Bu barədə məlumat verən mənbə bildirib ki, “MTN işi” Ziya Məmmədovla bağlı baş verənləri arxa plana keçirsə də, nəqliyyat nazirinin “vurulması” barədə qərar qüvvədədir. Müşahidələr də məlumatın əsassız olmadığını göstərib. Elə bir neçə gün əvvəl ölkə başçısı Ilham Əliyev Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidənqurulmasının açılışını etdi. Ziya Məmmədov açılış mərasimində görünmədi. Ilham Əliyevi “Azəryolservis”in sədr əvəzi Saleh Məmmədov müşayiət edirdi. Bundan əvvəl Ziya Məmmədov nəqliyyat sahəsinə aid tədbirlərdə görünməyəndə onun məzuniyyətdə olduğu bildirilirdi. Amma Ziya Məmmədov artıq məzuniyyətdən qayıdıb. Hətta “məzuniyyətdə” olarkən barəsində yazılanlara gülərək “yazırdınız ki, qaçıb” deyə cavab da verib. Bu halda onun Ilham Əliyevin yanında görünməməsi müəmmalı deyilmi? Mənbə deyir ki, nazir artıq ölkə başçısının yanında etimadını itirib. Onun hələ də postunda saxlanılması sadəcə “MTN işi” ilə bağlıdır. “MTN ətrafında baş verən olaylar göstərir ki, bu məsələ daha ciddi xarakter daşıyır. Ona görə də bəzi məmurların, o cümlədən Ziya Məmmədovun işdən çıxarılması təxirə salınıb. Ölkə rəhbərliyi hesab edir ki, MTN-lə bağlı ajiotaja səbəb olan olayların baş verdiyi ərəfədə bir neçə məmuru da işdən çıxarmaq ölkədə təlatümlərə səbəb ola bilər. Ona görə də, onların ”vurulması” sadəcə ertələnib”, – deyə qaynağ bildirib.\azadlıq.info\
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?