"Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır".
Bunu açıqlamasında şirkətin prezidenti Azər Xəlilov deyib. O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: "Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir". "Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır", deyə, A.Xəlilov əlavə edib./report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?