Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun köməkçisi Fuad Xəlilov icra başçısının Bakı şəhərinə mer vəzifəsinə gətiriləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
F.Xəlilov Publika.Az-a açıqlamasında deyib ki, yayılan məlumatların heç bir əsası yoxdur: “Yazılan məlumatlar tamamilə yalan və cəfəngiyatdır. Hazırda Zakir müəllim Abşeronda iş başındadır, o heç yerə getməyib”.
Xatırladaq ki, bir sıra mətbu orqanlarda Bakı meri Hacıbala Abutalıbovun işdən çıxarılacağı barədə xəbərlər yayılıb. Hətta, onun yerinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun gətiriləcəyi deyilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?