GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Talehsiz Azərbaycan

Talehsiz Azərbaycan

Tarix: 28-09-2017, 11:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 656
Talehsiz Azərbaycan


Nəhayət də istədiklərini əldə etdilər. 2019-cu ildən etibarən Azərbaycanda ali məktəblərə qəbul imtahanı dəyişdiriləcək. Azərbaycan test sistemi ilə vidalaşır, gözəl ölkəmizdə test sisteminə ehtiyac qalmayacaq.

Sentyabrın 20-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Təhsil Nazirinin müavini və mütəxəssislərlə görüş keçirib. Görüşdə Azərbaycan ali və peşə məktəblərinə yeni qəbul modeli ətrafında müzakirələr aparılıb. Görünən odur ki, 2018-ci ildə Azərbaycan da orta məktəbi bitirən şagirdlər son dəfə test üsulu ilə ali məktəblərə qəbul imtahanı verəcək. Bununla da, 1992-ci ildən ölkəmizdə tətbiq edilən test üsulu ləğv ediləcək, onu yeni qəbul modeli əvəzləyəcək. Yeni metodda rüşvətlə ali məktəblərə daxil olmaq mexanizminin hansı səviyyədə olacağı haqda indidən konkret söz demək doğru olmazdı, ancaq bu qətiyyən istisna edilə bilməz!

Bir çox mütəxəssislər əslində Azərbaycanda test üsulunun ləğvini ciddi geriləmə kimi qiymətləndirir. Əlbəttə, test üsulunun tətbiqində müəyyən yeniliklərə getmək, bəzi yanaşmaları dəyişmək olar. Ancaq ümumilikdə bu sistemin ləğv edilməsi təhsil sisteminə ciddi zərbə olacaq.

Niyə?

1992-ci ildə hakimiyyətə gələn mərhum prezident Əbülfəz Elçibəy hər zaman deyirdi ki, onun bu xalq qarşısında iki xidməti var. Birincisi, 70 ildən sonra rus ordusunu Azərbaycandan çıxartmağı, ikincisi, Azərbaycanda layiqli olan hər kəsin ali məktəblərdə oxumasını təmin etmək məqsədilə ali məktəblərə daxil olmaq üçün qurduğu test sistemi.

Elçibəyin test sisteminə bu qədər üstünlük verməsi, ona qarşı olan müqavimətləri qıraraq testin tətbiqinə nail olmasına adi hadisə kimi baxmaq olmaz. Çünki əslində Elçibəy prezidentliyə və siyasətə elm və təhsildən gəlmişdi. O, uzun illər Bakı Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademisyasında işləyən bir mütəxəssis olaraq ali məktəblərə qəbul imtahanlarının necə aparıldığını, bu imtahanlardan kimlərin qazandığını, kimlərinsə istedadının məhv edildiyini gözəl bilirdi. Məhz bunu bildiyi üçün də 25 il əvvəl Azərbaycanda professorların, elmlər akademiklərinin, elmlər doktorlarının və elmlər namizədlərinin ciddi müqavimətinə baxmayaraq ali məktəblərə qəbulda yeni metod ortaya qoydu-TEST ÜSULU.

Talehsiz Azərbaycan


Ona qədər çoxsaylı abituriyentlər olub ki, hüquq fakultəsinə 7, Tibbi Universitetinə isə 6 dəfə imtahan verdikdən sonra qəbul olublar. Bunlar kasıb uşaqları, yetim balaları olub. Məhz ona görə də, test üsulu Azərbaycan təhsil sistemində inqilab hesab olunurdu.

İndisə bəlli olur ki, ali məktəblərə yeni qəbul metodu zamanı abituriyentlərə konkret suallar veriləcək və onlar da bu suala cavab verməli olacaq. Daha qarşılarına qoyulan 4 cavab variantından birini seçməli olmayacaq. Beləcə ölkəmizdə yenidən 25 il əvvəlkinə bənzər qəbul metodu işə düşəcək. Kimlərsə qaz vurub qazan dolduracaq, zəngin təbəqə çevriləcək. Yüzlərlə məzun və abituriyentlər isə layiq olduqlarına rəğmən universitetlərə qəbul ola bilməyəcək və istedadları ortaya çıxarılmayacaq.

Bir sözlə, talehsiz bir Azərbaycan qəbul modeli.


NEMƏT ORUCOV
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir"

    Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə ...

    23-08-2017, 18:30

  • 
  • Axır ki, Azərbaycanda test üsulunun ləğv ediləcəyi açıqlandı...

    Axır ki, Azərbaycanda test üsulunun ləğv ...

    24-08-2017, 11:30

  • 
  • Məleykə Abbaszadə: "Test ləğv oluna bilər" - VİDEO

    Məleykə Abbaszadə: "Test ləğv oluna ...

    2-02-2016, 22:35

  • 
  • Ali məktəblərə qəbul qaydaları AÇIQLANDI

    Ali məktəblərə qəbul qaydaları AÇIQLANDI ...

    14-03-2016, 12:40

  • 
  • ABBASZADƏ ÜÇÜN CIZILMIŞ YENİ PLAN

    ABBASZADƏ ÜÇÜN CIZILMIŞ YENİ PLAN ...

    4-02-2016, 22:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu