GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şeyxin biznesi, çex gözəlçə və Hacı Qalibin eyhamları

Şeyxin biznesi, çex gözəlçə və Hacı Qalibin eyhamları

Tarix: 28-09-2017, 13:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 259
Şeyxin biznesi, çex gözəlçə və Hacı Qalibin eyhamları


Qudalar arasında nə baş verir?

Ötən həftənin ən qalmaqallı hadisələrindən biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və onun ailəsi ərtafında baş verən hadisələr oldu.

Şeyxin narazılıq doğuran qərarı

Belə ki, öncə Şeyx Qazilər Şurasının toplantısını keçirdi və yeni qərarını açıqladı: "İstəyirik ki, bu “İslam Həmrəyliyi İli” çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin”.

QMİ sədri bildirdi ki, "axund" sözü dünyada, məsələn, Türkiyədə işlədilmir. Toplantıda QMİ sədrinin bu təklifi səsə qoyuldu və “axund” sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olundu.

Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq. Bu addım məscidlərdə vahid sistemə keçməklə izah olundu.

Amma düzü, bu addımın məntiqi tam bəlli olmadı. Yəni bu məsələnin həqiqətən də islami həmrəyliyə dəxli olub-olmadığı qaranlıq qaldı. Hətta bu qərarın ölkənin sünni məzhəbindən olan inanclı kəsiminin narazılığına səbəb olduğuna dair müzakirələr də açıldı.

Şeyxin Çexiyalı gözəlçə ilə ortaq biznesi

Bu qərarın səsi-küyü yatmamış, Şeyx yeni qalmaqalın ortasına düşdü. Vaxtaşırı gündəmə gələn Şeyxin Çexiyadakı biznesi ilə bağlı məsələ yenidən aktuallaşdı. Amma bu dəfə daha detallı,

sənədli-sübutlu şəkildə. Ən çox diqqəti çəkən isə Şeyxin kiminlə ortaq olması məsələsi idi. Bu barədə bir qədər sonra.

Öncə onu qeyd edək ki, Şeyxin, o cümlədən bir sıra Azərbaycan məmurların Çexiyada biznesinin olması yeni söhbət deyil. Hələ 5 il bundan əvvəl bu məsələ mətbuatın aparıcı mövzularından bir olmuşdu.

Çex jurnalistlər Şeyx və digər məmurların biznesindən yazdı

Belə ki, o zaman mətbuatda yayılan materiallarda bildirilirdi ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Barədə Reportajlar Layihəsi (Organized Crime and Corruption Reporting Project - OCCRP) üçün işləyən jurnalistlər tanınmış azərbaycanlıların Çexiyadakı mülkiyyət və şirkətlərinin qeydiyyatına dair sənədlərlə tanış olublar. Yazıda çex senator Jan Hornikin sitatı verilmişdi: “Azərilər Karlovı Varını yaxşı tanıyırlar. Onların baş naziri bura səfərlərindən biri zamanı mənə dedi ki, bura səfərləri daha çox biznes xarakteri daşıyır, nəinki istirahət, çünki Azərbaycan hökumətinin yarısı burada olur”.

Karlovı Varının mərkəzində mənzillər kompleksi

Materialda göstərilirdi ki, Çexiyada mühüm Azərbaycan investorları arasında parlament üzvü Cavanşir Paşazadə və onun qardaşı Allahşükür Paşazadə də var: "Allahşükür Paşazadə Qafqazın böyük müftisi, həmçinin Qafqaz Dini Şurasının sədridir. O, 2009-cu ilin məlumatına əsasən, dünyanın ən nüfuzlu 500 müsəlman fiqurundan biri sayılır. Mülkiyyət qeydiyyatı reyestrinə görə qardaşlar həmçinin Karlovı Varıda yerləşən çex şirkəti "Aynur KV"nin sahibidirlər. Bu firmanın Karlovı Varının mərkəzində mənzillər kompleksi vardır.

Cavanşir Paşazadə öz sürücüsü vasitəsilə Çexiya biznesində hər hansı bir sahibkarlığa malik olduğunu inkar etdi. Azərbaycan mediası Allahşükür Paşazadəni ziddiyyətli bir şəxs kimi təqdim edir. Hökumətlə doğmalıq münasibətləri olan, həmçinin hazırda İspaniyada həbsdə olan türk biznesmeni Əli Evsenlə əlaqəsinə görə tanınır. O, Misirin keçmiş lideri Hüsnü Mübarəkin inanılmış adamı Hussein Salem-in çirkli pulların yuyulması əməliyyatı ilə əlaqəsinə görə məhkum edilib. Evsenin biznesi OCCRP tərəfindən əvvəllər də araşdırılıb. Paşazadənin oğlu Evsenin qızı ilə evlidir.

Cavanşir Paşazadənin sahibkarlığı isə bir Azərbaycan hüquqşünasının fikrincə, qanunsuzdur.

Paşazadələrin malik olduqları mənzillər kompleksi Karlovı Varının mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan İmperial Hotelin yaxınlığında yerləşir. 20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə Rusiya çarı 1-ci Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşaylblar. Kompleksi qədim evlərin yerləşdiyi dar küçələr və onların orjinal mozaika ilə bəzədilmiş səkiləri əhatələyir.

Çexlərin Şeyxə qarşı etiraz aksiyası

Karlovı Varının tarixi mərkəzində müasir mənzillər kompleksi tikilməsinə icazə verilməsinin özü də ziddiyyətlidir. Yeni arxitektura ətrafadakı təkrarsız və mənzərəli binalarla kontrasta girir. Yeni mənzillər kompleksi ilkin layihəyə görə bir mərtəbə hündür olmalıymış, lakin bu hadisəni “Karlovarsky Denik” qəzetində işıqlandırmış jurnalist Jaroslav Dolina deyir ki, bir mərtəbənin ixtisarı yerli sakinlərin etiraz aksiyaları nəticəsində mümkün olub. Lüks mənzillərin bir hissəsi hələ də boşdur və ora köçmək istəyənlər üçün asılmış elanlar hələ də divarlardan sallanıb. Əksər mənzillərin qapılarındakı adlar burada rusların yaşadıqlarını göstərir".

Adil Əliyevin Çexiyadakı biznesi

Qeyd edək ki, çexiyalı jurnalistlərin hazırladığı həmin materialda Azərbaycan parlamentinin başqa bir üzvü Adil Əliyev və onun qardaşı Allahverdi Əliyevin də Çexiya Respublikasında bizneslə məşğul olduqları bildirilirdi: " Adil Əliyev Uest End Center adlı şirkətin səhmdarlarındandır. Bu şirkət Karlovı Varının qərb ətraflarında torpaq sahələrinə malikdir. Qardaşlar Azərbaycandakı karyeralarını polis sıralarında böyük qardaşları, vaxtilə Bakı Polis İdarəsinin rəhbəri, Tacikistanda Azərbaycanın keçmiş səfiri olan Məhərrəm Əliyevin liderliyi altında qurublar. Həm də Kickboxing və Muai-Tai Federasiyasının prezidenti olan Adil Əliyev parlamentə 2005-ci ildə, özünün rayon polis şöbəsinin rəisi vəzifəsini tərk etməklə gəlib.

Daxili İşlər Nazirliyində orta vəzifə tutan Allahverdi Əliyev də, öz arvadı Tamara və oğlu Ruslanla birlikdə qardaşının RAN Ltd-dəki biznesinə şərikdir. Ruslan Azərbaycan mediasına verdiyi müsahibəyə görə Dövlət Neft Şirkətinə aid

“Atəşgah” Sığorta Qrupunun direktorudur. Adil Əliyev bizneslərə sahib olduğunu inkar etməyib.

“Mən bu barədə heç nə deyə bilmərəm. Mənim Çexiya Respublikasında çoxlu qohumlarım var və onların da çoxlu şirkətləri var. Bu, sirr deyil”.

O, parlament üzvlərinə bizneslə məşğul olmağı qadağan edən qanunlardan xəbərdar olduğunu desə də, bu barədə əlavə şərh verməyib.

RAN Ltd həmçinin Karlovı Varının 43 kilometrliyində yerləşən və çex-alman tarixində xüsusi rol oynamış qədim Çeb şəhərinin mərkəzində daha bir malikanəyə sahibdir.O, həmçinin Doubi şəhərindəki mənzillər kompleksinin səhmdarıdır".

Şeyxin biznesi, çex gözəlçə və Hacı Qalibin eyhamları


Şeyxin 36 yaşlı gözəlçə ilə işbirliyi

Ötən həftə qeyd etdiyimiz kimi, məsələ yenidən gündəmə gəldi. Və bəlli oldu ki, Şeyximizin həqiqətən də kurort cənnəti hesab olunan Karlovı Varıda biznesi var. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr

məlumatları təqdim olunur: "Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV" şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.

"AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır".

Şeyxin biznesi, çex gözəlçə və Hacı Qalibin eyhamları


Şeyxülislamın imicinə vurulan ən ciddi zərbə

Mətbuatda Şeyxin fotolarnın açıq-saçıq geyimli Marketa Şpişakova ilə birlikdə kollaj olunub yayılması bu dəfə birincinin Çexiyadakı biznesi ilə bağlı məsələnin daha böyük rezonans doğurmasına səbəb oldu. Açığı, son günlər baş verənlər son 10-15 ildə Şeyxülislamın imicinə vurulan ən ciddi zərbə oldu. Məslə o qədər dəqiqliklə sübut olundu ki, Şeyx açıqlama verməyə məcbur olsa da, faktı təkzib edəcək ciddi bir söz deyə bilmədi. Onun dediklərinə diqqət edin: "Mənim heç nəyə ehtiyacım yoxdur və heç kimlə nəyəsə ehtiyac görmürəm. Mənim yaxşı insanlara ehtiyacım var. Mən həmişə ulu öndər Heydər Əliyevin tövsiyələrini xatırlayıram. Biz həmişə dövlətə, dövlətçiliyə sadiq adamlar olmuşuq və həmişə də belə adamlara ehtiyacımız olub. Bu gün məni düşündürən budur. Başqa heç nəyə ehtiyacım yoxdur”.

QMİ sədrinin oğlu ölkədən getdi

Amma bu Şeyxülislam və onun ailəsi ətrafında baş verən yeganə hadisə olmadı. Bu xəbərlərin ardınca
Gundem Xeber
əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Hacı Allahşükür Paşazadənin oğlu Məhəmməd Paşazadənin ailəsi ilə bərabər birdəfəlik ölkəni tərk etdiyi barədə xəbər yayıldı: "Məhəmməd Paşazadə həyat yoldaşı və 3 övladı ilə bərabər Türkiyəyə köçüb. Şeyxin oğlu İstanbul şəhərində ev alıb. Onun qəfil Azərbaycanı tərk etməsinə səbəb olaraq, son vaxtlar atasına qarşı mətbuatda yayılan informasiyalar göstərilir".

Qudalar arasında narazılıq

Şeyxin qudası, sabiq deputat Hacı Qalib Salahzadə də Şeyxin oğlu ilə bağlı mətbuatın yaydığı xəbəri təsdiqləyib və bildirdi ki, həqiqətən də o, ailəsi ilə birgə ölkəni tərk edib.

Səbəbinə gəldikdə, Salahzadə bu barədə məlumatsız olduğunu söyləyib: "Nə problemləri var, səbəb nədir, bu barədə heç nə deyə bilmərəm. Amma tək onu deyə bilərəm ki, mən sonuncu dəfə Şeyxlə görüşəndə, onu həddən artıq pərişan gördüm.

Pərişanlığı da oğlunun ölkəni tərk etmək qərarı ilə bağlı idi".

Hətta Hacı Qalib Şeyxin oğlunun ölkəni birdəfəlik tərk etdiyini də bildirdi: "Müvəqqəti olsaydı, deyərdim ki, müvəqqətidir. O vaxt müvəqqəti olardı ki, uşaqlar burda qalardı, oxuyardılar. Onlar daimi köçüb getdilər. Çıxıb gələcək, gəlməyəcək, mən deyə bilmərəm".

Şeyxlə bağlı yayılan xəbərlərdən danışan Hacı Qalib əvvəlcə oğlunun Şeyxin varisi olduğunu dedi, sonra isə bunu təkzib etdi: " Şeyxin oğlu iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar? Mən necə o uşağı Şeyx kimi nəzərdə tuta bilərəm? Şeyxin özündən başqa kim bilir ki, kim savadlıdır, kim savadsızdır?"

Şeyxdən Hacı Qalibə qadağa

Elə bu açıqlamalardan sonra Şeyxin təkcə siyasi çevrələrdə deyil, öz ətrafında da müəyyən adamlarla, hətta qudası Hacı Qaliblə münasibətlərində də problemlər var. Hacı Qalibin bununla bağlı suala cavabından da qudalar arasında ciddi problemlərin olduğu sezilir. Belə ki, Hacı qalib bununla bağlı suala gülərək belə cavab verib: "Mənim Şeyxlə münasibətlərimdə nə problem ola bilər? Heç bir problem yoxdur. Ağsaqqaldır, belə məsləhət bilir, belə də deyir".

Elə Şeyxin baş verən qalmaqala bağlı ikinci dəfə açıqlama vermyə məcbur olması da bunu təsiq edir. Ancaq bu dəfə o, bəyanatı şəxsən deyil QMİ adından verdi. QMİ-nin bəyanatında deyilirdi ki, son günlər QMİ-nin sədri ilə bağlı yayılan məlumatlar iftira xarakterli olub, Sədrin şəxsinə və Şeyxülislam məqamında fəaliyyətinə kölgə salmaq məqsədi güdən təxribatlardır: "İdarənin genişmiqyaslı fəaliyyəti, ölkə xaricində həyata keçirdiyi nüfuzlu beynəlxalq tədbirlər, ölkə daxilində reallaşdırdığı layihələrin önəmini azaltmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində dinlərarası dialoq müstəvisində əldə etdiyi nailiyyətləri gözdən salmaq məqsədilə aparılan məqsədyönlü qaralama kampaniyasını qətiyyətlə pisləyir və gündəmə gətirilən saxta məlumatları təkzib edirik.

Azərbaycanın dini liderinə qarşı dezinformasiya axınının erməni kəşfiyyat orqanları tərəfindən təşkil olunmasını istisna etmədən, belə təxribatların, yalan məlumatların Azərbaycan mediasında, habelə sosial şəbəkələrdə geniş şəkildə gündəmə gətirilməsinə təəssüf edir, belə məsələlərə yanaşmada milli təəssübkeşlik hissini və mənəvi dəyərləri üstün tutmağı tövsiyə edirik”.

Qeyd olunub ki, Allahşükür Paşazadənin oğlunun oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil:

“Birmənalı şəkildə bildiririk ki, QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız Sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur.

Bu etik çərçivənin gözlənilməsini istər media təmsilçilərindən, istərsə adıçəkilən yaxınlardan təvəqqe edirik".

Hacı Qalibin eyham və istehzası

Bununla da qudalar arasında narazılığın olduğu açıq-aşkar təsdiqləndi. QMİ-nin bəyanatı ilə Şeyx Hacı Qalibə onun ailəsi adından açıqlama verməyi qadağan etdi. Amma bu narazılığın kökləri görünür daha dərinə gedib çıxır. Belə ki, xeyli vaxtdır Hacı Qalibin "vurulduğuna" dair söhbətlər gedirdi. Bir vaxtlar deputat olan Hacı Qalibin son illər necə deyərlər, oyundan kənar vəziyytə salınması göz qabağındadır. Bu azmış kimi, bu yaxınlarda onun oğlu da həbs edildi. Görünür, Hacı Qalibin karyerasındakı eniş də onun Şeyxlə münasibətlərinə təsirsiz ötüşməyib. Amma indi Şeyx daha çox öz hayındadır. Hacı Qalibin eyham, hətta gizli istehza dolu açıqlamaları da elə bu münasibətlərin pozulmasını təsdiq edən faktlardandır...

Rahib Bəxtiyarov
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QMİ axund sözünü ləğv etdi: yalnız imam kəlməsi işlədiləcək

    QMİ axund sözünü ləğv etdi: yalnız imam kəlməsi ...

    14-09-2017, 17:44

  • 
  • "Heydər məscidi"nə imam və axund təyin olunub

    "Heydər məscidi"nə imam və axund təyin ...

    22-01-2016, 13:11

  • 
  • Allahşükür Paşazadənin gecikmiş bəyanatının pərdəarxası

    Allahşükür Paşazadənin gecikmiş bəyanatının ...

    30-01-2014, 16:12

  • 
  • Şeyxin 65 yaşı tamam olur

    Şeyxin 65 yaşı tamam olur ...

    26-08-2014, 00:49

  • 
  • Hacı Sabir Həsənlidən Məleykə Abbaszadəyə VƏHABİ İTTİHAMI

    Hacı Sabir Həsənlidən Məleykə Abbaszadəyə VƏHABİ ...

    30-09-2015, 18:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu