GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Allahşükür Paşazadənin gecikmiş bəyanatının pərdəarxası

Allahşükür Paşazadənin gecikmiş bəyanatının pərdəarxası

Tarix: 30-01-2014, 16:12 Bölmə :Siyasət Baxış: 816
 Allahşükür Paşazadənin gecikmiş bəyanatının pərdəarxası
Son günlər yayılan məlumatlar Şeyxin vəhhabilərlə əsas əlaqələndiricisinin Salman Musayev olduğunu təsdiqləyir
Xəbər verdiyimiz kimi, yanvarın 28-də Qafqaz Müsəlmanları İdarəsi toplantı keçirərək Suriyada savaşa gedən azərbaycanlılarla bağlı fitva yayımlayıb. Şeyxülislam azərbaycanlıların Suriyaya savaşmağa getməsini pisləyib, bu hadisənin şəhadət olmadığını bildirib. Eyni zamanda ölkədə bəzi məscidlərdə radikal dini cərəyanların təbliğatının aparıldığını ümumi şəkildə deyərək əsas məsuliyyəti hökumət qurumlarının üzərinə qoydu.

Qeyd edək ki, Azərbaycanda radikal dini cərəyanlarla bağlı təhlükə hələ bir müddət meydana çıxsa da, ötən müddət ərzində QMİ xeyli dərəcədə kənarda dayanmağa çalışdı. Məsələ burasındadır ki, ölkənin əsas dini qurumu birinci münasibət bildirməli olduğu halda, Şeyxin idarəsi problemə PA, DQİDK, hüquq-mühafizə orqanları, hətta XİN-dən sonra, demək olar ki, ən sonda münasibət bildirdi. Həm də QMİ-nin fitvası kifayət qədər yumşaqdır və konkret olaraq günahkar olan ünvanlar qeyd olunmur.

Fitvanın verilməsi ilə , demək olar ki, paralel yayımlanan və vəhhabi mənbələrindən qaynaqlanan məlumatlarda Şeyxülislamın ərəb-vəhhabi təşkilatlarından külli miqdarda maliyyə vəsaiti alması iddia olunur. Dünən vəhhabilərin əsas sponsorlarından olan küveytli iş adamı Əl-Babtinin adından QMİ sədrinin müavini Salman Musayev vasitəsilə Şeyxə 1 700 000 dolları Bakıda sələfi yönümlü universitetin tikintisi üçün verildiyini iddia edən e-mail yayımlandı.

Lakin sələfilərin Şeyxə əzələ nümayişi və kompromat savaşı bunla bitmir. Belə ki Youtub-da “esl selefi” ləqəbi ilə hələ 1 neçə gün öncə yayımlanan və məqsədini Əlixan Musayev-Qamət Süleymanov qarşıdurmasında Qamətin əsl üzünü aşkar etmək olduğunu bəyan edən videoda da QMİ-nin Q.Süleymanovla əlaqələrinə toxunulur. Videoda bildirilən iddiaya görə, Azərbaycandan hər il Həcc səfərinə gedən 3600 zəvvardan 200 nəfəri məhz Qamət Süleymanovun rəhbərlik etdiyi sələfi qrupuna ayrılıb. İddiaya görə, bu kvotanın 20-si isə VİP servisə daxildir. Q.Süleymanovun qrupu hər il zəvvar kvotasından öz yerlərini alır və bu əlaqələri də koordinasiya edən müfti Salman Musayevdir. Təkcə 200 nəfərlik (VİP xidmətləri çıxmaqla) zəvvar üçün hər biri 4200 manatdan 1 milyon dollardan artıq vəsait edir ki, bunun da böyük qismi gəlir deməkdir.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Şeyxin vəhhabilərin maraqları ilə ortaq olan çıxar nöqtələrindən biri də ərəb təşkilatlarının (sonradan onların bir çoxu terrora dəstək verməkdə ittiham olunaraq ölkədən çıxarılıb) tikdirdiyi məscidlərə razılığın məhz QMİ tərəfindən verilməsidir. Xatırladaq ki, bu məscidlərin tikildiyi 90-cı illərdə tikintiyə razılığı məhz QMİ və onun rəhbərliyi verirdi. Bizə çatan məlumata görə, həmin vaxt məscidlərin tikintisi və digər dini fəaliyyətlər üçün ərəb-vəhhabi qurum və şəxsləri ilə S.Musayev vasitəsilə Şeyxülislam arasında müəyyən anlaşmaların olması faktları baş verib. Bu əməkdaşlıq sonrakı dövrdə də davam edib və Şeyxin Qamət Süleymanov və ona yaxın qrupla birbaşa münaqişəyə getməməsinin əsas səbəbi məhz köhnə əlaqələrdir.

Görünən odur ki, hökumətin radikal təkfirçi qrupların fəaliyyətindən keçirdiyi narahatçılıq səbəbilə mövqeyini aşkarlamaq məcburiyyəti qarşısında qalan Şeyx radikal dini cərəyanlara qarşı konkret hansı addımların atılacağından danışmır. İclas zamanı Salman Musayevin ovqatının olmaması da məhz həmin mətləbdən qaynaqlandığını deməyə əsas verir.

Üstəlik ölkədə dini maarifçiliyi aparmalı olan əsas idarə bu istiqamətdə demək olar ki, heç bir addım atmır. Yalnız Şeyx axundlara maarifçiliyi gücləndirməyi tapşırıb. Bu isə göründüyü kimi, yalnız sözdür və ötən 20 ildən artıq bir müddətdə QMİ ölkədə dini maarifçilik istiqamətində ciddi hər hansı bir addım atmayıb. Şeyx növbəti dəfə radikal dini qruplara qarşı İslam dinini təbliğ etmək vasitəsilə deyil, administrativ şəkildə mübarizə aparılmasını təklif edib. Bildirib ki, problem yaradan məscid bağlanacaq.
Maraqlı olan daha bir məqam isə Şeyxin birbaşa təsir imkanları olduğu halda şikayətlərin gəldiyi məscidlərlə bağlı konkret heç bir tədbir görməməsidir. Məsələ burasındadır ki, Azərbaycanda məscidlərə axund və imam təyinatı Şeyxin idarəsi tərəfindən aparılır. Hazırda əsas şikayətlər gələn problemli məscidlərə axund və imam təyinatı Şeyx tərəfindən həyata keçirilib və sözügedən toplantıda şikayət olunan Aşur (Ləzgi) məscidi və eləcə də Qaraçuxur, İlahiyyat və Müşfiqabad məscidlərində barələrində şikayət gələn axund və imamları vəzifəsində saxlayan da elə şeyxin özüdür. Halbuki bu məscidlərdə fəaliyyət göstərən problemli axundların yerinə normal sünni imamlar təyin oluna bilərdi.

Hər halda görünən budur ki sələfi qrupları Şeyxə və onun müavininə qarşı kifayət qədər kompromata malikdirlər ki, bu da ölkənin əsas dini mərkəzini xarici qüvvələrdə asılı vəziyyət saldığı üçün, dövlətin o cümlədən hüquq-mühafizə orqanlarının məsələlərə aydınlıq gətirməsi zərurətini yaradır . Bu kompromatın təsirli olub-olmayacağını isə QMİ-nin bəyanatlar müstəvisində təkfirçi qruplara qarşı əməli iş görüb-görməyəcəyi sübut edəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş verir?

    Dini Komitə ilə Şeyxin idarəsi arasında nələr baş ...

    25-02-2014, 13:52

  • 
  • Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin gizli təfərrüatları

    Şeyxin Tərtərə helikopterlə qəfil səfərinin gizli ...

    12-06-2015, 14:51

  • 
  • Şeyxin idarəsi iki dini icmanı tanımadığını bildirdi

    Şeyxin idarəsi iki dini icmanı tanımadığını ...

    31-01-2014, 14:45

  • 
  • Suriyada döyüşən azərbaycanlılarla bağlı sensasion iddia...

    Suriyada döyüşən azərbaycanlılarla bağlı ...

    30-01-2014, 15:19

  • 
  • Nurçuluq ölkədə rəsmən qadağan olunur

    Nurçuluq ölkədə rəsmən qadağan olunur ...

    17-04-2014, 10:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu