gundemxeber.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Mehdiabad - "Azadlıq prospekti" metrostansiyası istiqamətində hərəkət edən 155 nömrəli sərnişin avtobusu Binəqədi şosesinin Poladtökmə zavodu yerləşən hissəsində baş verib.
Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində yolda yaranan "göl"ə görə suyun altında qalan boşluğu görə bilməyən sürücü avtobusu çuxura salıb və oradan çıxara bilməyib. Hadisə şahidlərinin dediyinə görə, batan avtobusun sərnişinlər "Qazel" vasitəsilə yolun quru hissəsinə daşınıb.
Qeyd edək ki, sözügedən ərazidə hələ də vəziyyət eynidir. Havanın iki gündür yağmursuz keçməsinə baxmayaraq, ərazidə su çəkilmir, gediş-gəlişin asanlaşması üçün tədbir görülmür. Yolda bir neçə nəqliyyat vasitəsi qaldığına görə hazırda sürücülər alternativ yollardan istifadə edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?