Paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində ağır yol qəzası baş verib.
Publika.az xəbər verir ki, 10-TG-824 dövlət nömrə nişanlı 10 nömrəli marşrut avtobusu 10-RV-950 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobili vurub. Hadisə nəticəsində minik avtomobili yararsız hala düşüb, sürücü sıxılmış vəziyyətdə maşında qalıb.
Müxtəlif bədən xəsarətləri alan sürücü ətrafdakıların yardımı ilə maşından çıxarılaraq, hadisə yerinə çağırılan təcili yardımla xəstəxanaya göndərilib.
Şahidlərin dediyinə görə, qəza avtobus sürücüsünün günahı üzündən baş verib. Belə ki, sürətlə hərəkət edən avtobus düz xəttin tələblərini pozaraq ötmə əməliyyatı yerinə yetirmək istəyib. Bu zaman sola dönmək istəyən minik avtomobilini vurub. Qəzadan sonra avtobusun sürücüsü hadisə yerindən qaçıb.
Qeyd edək ki, küçədə ötmə əməliyyatı qadağan edilsə də, məhəlləyə dönmək olar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?