GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?

Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?

Tarix: 10-10-2017, 11:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 062
Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?


Ünvanlanan məktublara cavab verilməməsinin kökündə, PA-da Humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsini daşımış Fatma Abdullazadənin bəslədiyi ögey münasibət olub

İnsan dünyanın ən ali varlığıdır və onu aliləşdirən amillərdən ən əsası da, məhz əməkdir. Qədim zamanlardan müasir dövrümüzə qədər ötən minilliklərə, əsrlərə, onilliklərə və s. nəzər saldıqda görürük ki, insanlar öz zəhmətləri müqabilində daha uca zirvələr fəth ediblər, sayı-hesabı bilinməyən naliyyətlərə imza atıblar. Bir sözlə, əmək insanı həm ucaldır, həm də formalaşmasına olduqca təsir edir. İşlə məşğul olan insan heç kimə möhtac olmadığından, belə insanlara ətrafındakılar həmişə hörmət və pərəstiş etmişlər.

Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?


Hələ sövet dönəmində “insan əməklə ucalır” şüarı, sanki hər kəsin dilinin əzbərinə çevrilmişdi. Adicə onu vurğulamaq yerinə düşər ki, həmin illərdə nümunəvi əmək fəaliyyəti nümayiş etdirənlərin bəzilərinin əməyi, nəinki müxtəlif fəxri adlarla, pul mükafatları ilə və s. mükafatlandırılırdı, hətta həmin şəxslərdən elələri olurdu ki, onlar yuxarı seçkili orqanlara deputat da seçilirdilər. Elə ki, 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyimiz elan olundu, həmin vaxtlardan başlayaraq insan əməyi və onun qiymətləndirilməsi ilə bağlı müəyyən Qanun lahiyələri işlənib hazırlandı. İllər keçdikcə qeyd olunan lahiyənin təkmilləşməsi yöndə müxtəlif addımlar atıldı ki, bu da tam əksəriyyət tərəfindən lazımınca qiymətləndirildi. Atılan addımlardan biri də, Azərbaycan Respublikası vətəndaşlarına fəxri adların verilməsi haqqında Əsasnamənin qəbul edilməsi oldu. Belə ki, həmin Əsasnamədə insan əməyinin qiymətləndirilməsi və hansı şərtlər daxilində həmin şəxslərin fəxri adlara layiq görülməsi, tam aydınlığı ilə qeyd olunub. Məsələn, mühəndis fəxri adlarının verilməsi haqqında Əsasnamənin 4-cü bəndində qeyd olunub ki, “Əməkdar mühəndis” fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisası üzrə ən azı 15 il işləmiş mühəndislərə verilir. Əsasnamənin 5-ci və 6-cı maddələrində isə qeyd olunur ki, fəxri adlar yalnız Azərbaycan Respublikası Prezidentinin şəxsi təşəbbüsü ilə, Azərbaycan Respublikası Milli Məclisinin və Nazirlər Kabinetinin təqdimatı əsasında verilir. Fəxri adların verilməsi ilə bağlı yuxarı orqanlar qarşısında vəsadət, bir qayda olaraq fəxri ada təqdim edilənin işlədiyi əmək kollektivində qaldırılır.

Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?


Belə bir Əsasnamənin qəbul edilməsinə baxmayaraq, bir neçə gün bundan əvvəl Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi Ş.Əsgərov küçəsi ev-16, mən-52 ünvanda yaşayan Əbdülrəhmanov Süleyman Kərim oğlu, “Gündəm Xəbər”in redaksiyasına ünvanladığı müraciətində hansısa probleminin varlığını deyil, məhz ona “Əməkdar mühəndis” fəxri adının verilməməsini ifadə edir. O, müraciətində yazır ki, “mənim belə bir fəxri ada layiq görülməyim üçün tam əsaslar olsa da, amma nədənsə hələ ki, haqqıma qovuşa bilməmişəm. Çünki, mən 40 il istehsalat təcrübəsinə, operativ təşkilatçılığa və düzgün qərar qəbul etmək bacarığına malik peşəkar mütəxəssis olmuşam. Odur ki, ötən illər ərzindəki fəaliyyətim haqda müəyyən məlumatları hər kəsin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün haqqımı tələb etməkdə haqlıyam, yoxsa buna haqqım şatmır?
Əvvəla onu qeyd edim ki, mən Bakı şəhərinin Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “STR” MMC-də 2008-ci ilin avqust ayından 2016-cı ilin may ayınadək baş mühəndis vəzifəsində çalışmışam. 2013-cü ildə yaş həddi ilə əlaqədar (63 yaş) təqaüdə çıxsam da, peşəkar mütəxəssis olduğumdan cəmiyyətin rəhbərliyi məni daha dörd il daşıdığım vəzifədə saxladı. 2014-cü ildə cəmiyyətin rəhbərliyi çalışdığım sahəyə münasibətimi və bu vəzifə təyinatıma qədər, yəni 1986-1994-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Bakı Dərin Özüllər Zavodunda əldə etdiyim istehsalat uğurlarımı əsas tutaraq, (təsdiq olunmuş sənədlər əsasında) mənə “Əməkdar mühəndis” fəxri adının verilməsi məqsədilə, ölkə rəhbərliyi qarşısında vəsadətin qaldırılması üçün, eyni gündə (03 sentyabr 2014-cü il tarixdə) Milli Məclisə (cavablı № 55102824671AZ) və Nazirlər Kabinetinə (cavablı № 55102824671AZ) “STR” MMC-ə məxsus məktubla təqdimat göndərdi. Təəssüflər olsun ki, ötən müddət ərzində nə Milli Məclisdən, nə də Nazirlər Kabinetindən göndərilmiş təqdimata hər hansı cavab verilmədi.

Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?


2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə çıxsam da, 2014-cü, 2015-ci və 2016-cı illərdə “STR” MMC-nin rəhbərliyi eyni məzmunlu təqdimatı cənab Prezidentə də ünvanladı. Yenə də qarşı tərəfdən ünvanlanan təqdimata hər hansı cavab verilmədi. Belə olan təqdirdə ötən üç il ərzində öz adımdan Prezident Administrasiyasına 5 ədəd, ölkə rəhbərinə 13 ədəd (həmin məktublardan 7-si cavablı, 6-sı isə Prezidentə məxsus elektron poçta göndərilib), Mehriban xanım Əliyevaya 3 ədəd məktub (cavablı) ünvanlasam da, üstüstə göndərdiyim 21 ədəd məktubdan heç birinə cavab verilmədi. Ünvanlanan məktublara cavab verilməməsinin kökündə, birbaşa PA-da Humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsini daşımış Fatma Abdullazadənin bəslədiyi ögey münasibətin varlığı oldu. Yəni, o, ünvanlanan məktubları ya itbata saldırdı, ya da arxivdə saxlatdırdı. Sanki elə bil mənimlə bərabər, “STR” MMC-nin rəhbərliyi də heç bir müraciət ünvanlamayıb.
Hal-hazırda 68 yaşım var və ömrüm boyu heç vaxt belə bir sayğısızlıq görməmişəm. İşlədiyim illər ərzində həmişə peşəkar mühəndis olmuşam və nümunəvi əmək fəaliyyəti də nümayiş etdirmişəm. Adicə onu vurğulayım ki, Bakı Dərin Özüllər Zavodunda işlədiyim 10 il ərzində mənə iki dəfə mənzil verilib. 1986-cı, 1987-ci, 1988-ci və 1989-cu illərin yekun nəticələrinə görə, dörd dəfə “İlin Ən Yaxşı Səmərələşdirici” mühəndisi adına layiq görülmüşəm. Dörd dəfə fəxri fərmanla təltif olunmuşam və dörd dəfə yüksək məbləğdə pul mükafatı da almışam. Ötən illər ərzində 88 texniki səmərələşdirici təklifin müəllifi olmuşam və həmin təkliflərimdən 62-si istehsalatda tətbiq olunub. Mənim irəli sürdüyüm təkliflərdən, ötən illər ərzində təkcə ARDNŞ onmin manatlarla iqtisadi gəlir əldə edib. Hətta yaxşı əmək qabiliyyəti nümayiş etdirdiyimə görə, 1992-1994-cü illər ərzində ARDNŞ-nin nəzdində olan zavodların birində direktor vəzifəsini də daşımışam. DQ müharibəsinin qızğın çağlarında cəbhə zonalarına, o cümlədən Gədəbəy rayonu ərazisində və Murovdağ ətrafında olan hərbçilərimizə, rəhbərlik etdiyim zavodun gəlirləri hesabından təmənnasız olaraq 3,128 milyon manat (həmin illərdə manatın dəyərinə uyğun) metal körpü gövdələri, su çənləri və s. vermişəm. Bundan əlavə, zavod direktoru vəzifəsini daşıyarkən şəxsən ulu öndər Heydər Əliyevin birbaşa nəzarətində olan və Azərbaycanla İran İslam Respublikası arasında inşa olunan, eyni zamanda olduqca dövlət əhəmiyyətli Xudafərin körpüsünün vaxtında və yüksək keyfiyyətlə inşa olunmasında da yaxından iştirak etmişəm. Əlişir Ləmbəraniskinin bizim istehsalat birliyinə göndərdiyi müsbət rəyə görə, yüksək pul mükafatına layiq görülmüşəm və bununla bağlı rəsmi sənədlər də var.

Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?


Zavod direktoru olduğum illər ərzində müəssisənin aylıq şablon planını 6,5 milyon manatdan 13 milyon manata qaldırmaqla bərabər, (rekonstruksiya və işlərin daha yaxşı təşkilinə görə) illik satışdan gəlir planını 78 milyon manat artırmağa da nail olmuşam. Hər kəs Azərbaycanın dövlət statistikasına diqqət yetirsin və görsün müəyyən edə bilirmi ki, hansısa zavodun rəhbəri dövlət planını bir ildə iki dəfə artırmağa nail olub və ölkəsinə 78 milyon manat gəlir verib. Bütün bunlarla bağlı da, lazımi sənədlər var.
Bakı Dərin Özüllər Zavodunda baş mexanikin müavini olarkən, zavod Texniki Yaradıcılıq Klubunun sədri (işdən sonra həftədə iki dəfə ödənişli ikinci vəzifəm olub), zavod əmək kollektivi şurasının üzvü seçilmişəm. Zavod direktoru vəzifəsini daşıyarkən Qaradağ rayon İcra Hakimiyyəti Aparatının xahişi ilə, şəhid Quliyev Ruslan Cəfər oğluna məxsus məzarın ətrafına zavodun gəliri hesabına dəmir hasar hazırlanaraq quraşdırılmışdır. Qanlı-qadalı döyüşlərdə hər iki ayağını itirmiş Arif Tahirova isə, zavodun gəlirləri hesabına dəmir qapı hazırlanmış və ona məxsus mənzilə quraşdırılmışdır. Gədəbəy rayon İcra Hakimiyyətinin köməyi hesabına üç ton kartof, hər kəsə 25 kq olmaqla zavodun işçilərinə təmənnasız verilmişdir. Həmin vaxt iki nəfər qaçqını zavodda işlə təmin etmişdik. Sadaladıqlarımla bağlı rəsmi sənədlər var.
Bütün bunlardan sonra belə bir qənaətə gəlirəm ki, bu günə kimi “Əməkdar mühəndis” fəxri adını ala bilməməyimin əsas səbəbi, sabiq şöbə müdiri Fatma Abdullazadənin ünvanlanan məktublara sayğısızlıq etməsi oldu. Adı çəkilən xanım “STR” MMC-nin (sahibkarın) Ədliyyə Nazirliyindən, Vergilər Nazirliyindən, Dövlət Gömrük Komitəsindən və Fövqəladə Hallar Nazirliyindən qeydiyyatdan keçməsinə, dövlətin təsdiq etmiş olduğu nizamnamə və sertifikatı əldə etməsinə baxmayaraq, sabiq şöbə müdiri üzərinə düşən vəzifə borcunu yerinə yetirməmiş və belə bir addımı ilə sahibkarı açıq-aydın şəkildə saya salmamışdır. Ən pis hal isə, Fatma Abdullazadənin Prezidentin qarşısında sahibkarın təqdimatlarını ölkə rəhbərinə təqdim etməməsi olmuşdur. Necə olur ki, vaxtilə SSRİ-nin rəhbərliyində olanlar Kalaşnikovu bütün dünyaya tanıtdırdılar, amma qanuni əsaslarla fəaliyyət göstərən sahibkarın Fatma Abdullazadəyə ünvanladığı təqdimatları o, cənab Prezidentə çatdırmırdı. Yəni, mənim “Əməkdar mühəndis” fəxri adını ala bilməməyil üçün o, lazımi addımlarını atmadı.
O hala da diqqət yetirmək lazımdır ki, “STR” MMC özəl cəmiyyət olsa da, istehsalatda əldə etdiyim uğurlara ARDNŞ-nin nəzdində olan müəssisələrdə nail olmuşam və bütün sənədlər də, məhz həmin müəssisələrin həmkarlar təşkilatlarına məxsus möhürlərlə təsdiq olunub. Zamanında ali təhsil aldığım üçün, bu gün də dövlətimizə borcluyam və xalqımı, Vətənimi sevən, yürüdülən dövlət siyasətini dəstəkləyən şəxslərdən biriyəm. Son olaraq onu da vurğulayım ki, mən ötən illər ərzində müxtəlif vəzifələrdə çalışmışam, strateji əhəmiyyət kəsb edən Xudafərin körpüsünün tikintisində aktiv rol oynayan rəhbər şəxs olmuşam, istehsalat sahələrində nümunəvi əmək fəaliyyəti nümayiş etdirdiyimə görə, bir neçə dəfə yüksək məbləğdə pul mükafatı da almışam, DQ müharibəsinin qızğın çağlarında könüllü milli orduya təmənnasız 3.128 milyon (1992-ci ildə manatın məzənnəsinə uyğyun) köməkdarlıq etmişəm, direktoru olduğum zavodun işçilərinə pulsuz kartof paylatdırmışam, dörd dəfə fəxri fərmanla təltif olunmuşam, bir sözlə 40 il istehsalat sahələrində çalışmışam. Bütün bunların qarşılığında isə, hələ də mənə “Əməkdar mühəndis” fəxri adını vermirlər. Baxmayaraq ki, “Azərbaycan Respublikasının fəxri adları haqqında” Əsasnamənin 4-cü bəndinin tələblərini əsas tutaraq, “STR” MMC-nin direktoru Mirzə Həmidov öz imzası ilə təsdiq etdiyi təqdimatı 11 mart 2014-cü il tarixdə həm Baş Naziri cənab Artur Rasizadəyə, həm Milli Məclisin sədri cənab Oqtay Əsədova, 05 noyabr 2014-cü il tarixdə isə Prezident Administrasiyasına, hətta Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti cənab Rövnəq Abdullayevə də ünvanlamışdı. Təqdimatın məzmununda qeyd olunurdu ki, “STR” MMC-nin baş mühəndisi Abdulrəhmanov Suleyman Kərim oğlu bizim müəssisədə 2008-ci ilin avqust ayından çalışır. İxtisasca mühəndis-mexanikdir. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Hal-hazırda baş mühəndis işlədiyi “STR” MMC-də öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. İşçi heyyət və mühəndis texniki işçilərlə işləməyi bacarır, rəhbərliyin bütün göstəriş və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirir.
Suleyman Abdulrəhmanov “STR” MMC-yə qəbul olunarkən onun təqdim etdiyi sənədlərdən görünür ki, o, 1983-1989 və 1992-1994-cü illərdə indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda (BDÖZ) baş mexanikin müavimi, sonra isə Mexaniki Təmir Zavodunun direktoru vəzifələrində çalışmışdır. Bu müddətdə o ilin nəticələrinə görə 4 dəfə “Ən yaxşı səmərələşdirici” mühəndis adına layiq görülmüş, 4 dəfə fəxri Fərmana və yüksək pul mükafatına da layiq görülmüşdür. 88 texniki səmərələşdirici təklifin müəliifidir, bunlardan 62-si istehsalata tətbiq olunmuş və zavod 100 minlərlə manat iqtisadi gəlir götürmüşdür. 1992-1994-cü illərdə Mexaniki Təmir Zavodunda direktor vəzifəsində çalışarkən, ulu öndər Heydər ƏIiyevin şəxsi nəzarətində olan və olduqca strateji əhəmiyyət kəsb edən Xudafərin körpüsünün inşaasında aktiv rəhbər roluna görə, xüsusi mükafata da layiq görülmüşdür. 40 il istehsalat təcrübəsinə, operativ təşkilatçılığa və düzgün qərar qəbul etmək xüsusiyyətlərinə malik mütəxəssisdir. Baş mühəndis Abdurrəhmanov Süleyman Kərim oğlunun “Əməkdar mühəndis” fəxri ada layiq görülməsi üçün, Azərbaycan Respublikası Prezidenti qarşısında vəsadət qaldırmağınızı Sizdən xahiş edirik”.
Bəli, bütün bunlar bir daha onu təsdiq edir ki, uzun illər ərzində istehsalat sahəsində çalışan və peşəkar mühəndis olaraq xüsusi ad-san çıxaran Süleyman Abdulrəhmanovun, xalqımızın və dövlətimizin gələcəyi naminə sərf etdiyi əmək lazımınca qiymətləndirilməli və ona da “Əməkdar mühəndis” fəxri adının verilməsi təmin olunmalıdır. Çünki sadalananları əsas tutaraq onu vurğulaya bilərik ki, bu şəxsin belə bir fəxri ada layiq görülməsi üçün, onun həm mənəvi, həm də hüquqi ixtiyarı var.

Mirzə
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fatma Abdullazadə haqda şok iddia

    Fatma Abdullazadə haqda şok iddia ...

    11-03-2013, 10:31

  • 
  • ABU-nun arayışı kimi şöbə müdiri edib? - ŞOK FAKTLAR

    ABU-nun arayışı kimi şöbə müdiri edib? - ŞOK ...

    17-11-2016, 00:17

  • 
  • Beyin qocalması nədir?

    Beyin qocalması nədir? ...

    24-01-2016, 13:32

  • 
  • Tanınmış pəhləvan niyə fəxri adlardan kənarda qalır?

    Tanınmış pəhləvan niyə fəxri adlardan kənarda ...

    7-06-2017, 15:08

  • 
  • Yaşı 1 milyona çatan insan izi tapılıb (FOTO)

    Yaşı 1 milyona çatan insan izi tapılıb (FOTO) ...

    8-02-2014, 02:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu