Tədricən ölkə daxilində məşhurlaşan bu şəxs, çox keçmir ki, dünyanın 28-dən çox ölkəsində qastrol səfərlərində olur və hər bir səfərdə xalqımızı layiqincə də təmsil edir Tarixən Azərbaycan xalqı igid, cəsur, qeyrətli oğullarının qürurlu adları ilə fəxr edib və onların yaşadıqları dövrdə buraxdıqları izləri yaddaşlarda saxlayaraq, özündən sonra gələn nəsllərə, məhz onların adlarını əmanət də qoyublar. Bəli, hər bir tarixi dövrdə saysız-hesabsız igid ərənlərimiz olub ki, onların atdıqları addımlar, buraxdıqları silinməz izlər və s. bizim bir millət və dövlət olaraq zaman-zaman başımızı uca edib, tarixdə layiq olduğumuz yerimizin müəyyən olunmasında başlıca səbəb də olub. Bəli, bugünə kimi belə olub, inşallah bundan sonra da belə olacaq. Çünki, bütün xalqlarda olduğu kimi bizim xalqın da özünəməxsus yüksək keyfiyyəti, nümunəvi əxlaqi dəyərləri, lazımınca qiymətləndiriləsi gözəl cəhətləri var. Bunların içərisində ən dəyərlisi, ən qiymətlisi isə, məhz xalqımızın yüksək ad daşıyıcısı olmasıdır.
Ümumiyyətlə, hər bir millətin içərisindən çıxan və adları ilə fəxr edilən övladları, öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə də seçiliblər. Bu cür xarakterə və göstəricilərə sahib olan övladlar böyüyüb boya-başa çatdıqca, hər kəs onları daha çox sevib və qürurlu adları ilə iftixar hissi də keçiriblər. Cəmiyyətdə seçilmiş belə övladlara qarşı formalaşan hisslər, bəslənilən münasibət adətən uzunömürlü və yaddaqalan olur.
Haqqında söhbət açaçağımız və bugünkü tariximizdə xalqımızı və dövlətimizi layiqincə təmsil edən, eyni zamanda qeyri-adi fiziki gücə sahib olan vətən oğullarından biri də Xəlilulla (Xaspoladlı) Süleymanovdur ki, artıq onun şan-şöhrətli adı çox-çox uzaqlardan gəlməkdədir. O, 12 may 1955-ci ildə Quba rayonunun Xaspolad kəndində anadan olmuş və 1972-ci ildə rayonun Zərqova kənd orta məktəbində orta təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 1972-1973-cü illərdə isə, RF-nın Çelyabinsk və Mins şəhərlərində elektrik qaynaqçısı ixtisasına yiyələnmişdir. Bir qədər vaxt keçdikdən sonra Xəlilulla Süleymanov Politexnik İnstitunda (indiki Azərbaycan Texniki Universiteti) hazırlıq kursunu da başa vurur. O, 1984-cü ildə Bakı Su-445 nömrəli tikinti idarəsində ilk dəfə olaraq əmək fəaliyyətinə başlayır. Hələ azyaşlı vaxtlarından qeyri-adi bacarığa və fiziki gücə malik olan Xəlilulla Süleymanov 1973-cü ildən sim pəhləvanı,1982-ci ildən isə güc pəhləvanı kimi fəaliyyət göstərməyə başlayır. Tədricən ölkə daxilində məşhurlaşan bu şəxs çox keçmir ki, dünyanın 28-dən çox ölkəsində qastrol səfərlərində olur və hər bir səfər zamanı da uğurla çıxış edir. Xəlilulla Süleymanov respublikamızın əksər rayonlarında olmuş və onun son səfəri Azərbaycan və RF-nın dostluq münasibətlərinə həsr olunmuşdur. Yəni, o, 20 aprel 2017-ci il tarixdən 20 may 2017-ci il tarixə kimi baş tutan qastrol səfərində RF-nın Levaşi, Tabasaran, Axtı, Dərbənd, Daxadayevski, Lagişni, Kulinski, Dogusparanski, İzmirbaş və digər şəhərlərində uğurla çıxış etmişdir. Hər səfərində əldə etdiyi uğura görə müxtəlif fəxri fərmanlara, mükafatlara və s. layiq görülən bu şəxs, hal-hazırda pəhləvanlıq fəaliyyətini davam etdirməkdədir. Onu da vurğulamaq yerinə düşər ki, uzun müddətdən bəri belə bir fəaliyyəti ilə məşğul olan və keçirilən tədbirlərdə xalqımızın mədəniyyətini, keçmiş adət-ənənəsini, idmanımızın bir sahəsini yaşadan bu şəxs, bu gün də regionun bütün tədbirlərinə dəvət olunur. Hal-hazırda o, Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı olaraq fəaliyyətini davam etdirməkdədir.
Diqqəti o məqama da yönəldək ki, Xəlilulla Süleymanov bugünkü addımları ilə müasir mədəniyyətimizin və Azərbaycan idmanının yaşadılmasında əvəzsiz xidməti olan aparıcı simalardan biri hesab olunur. Belə bir səbəblər üzündəndir ki, bu gün o, istər Xaçmaz rayon rəhbərliyinin, istərsə də Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi tərəfindən diqqətdə saxlanılır, lazım gəldikdə ona hər cür köməkliklər də göstərilir. Düşündürücü hal odur ki, son illər Azərbaycan idmançılarının fəaliyyətini daim diqqətdə saxlayan, onların əməyini lazımınca qiymətləndirən Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyində duranlar isə, nədənsə Xəlilulla Süleymanovun əməyini müəyyən mənada kölgədə qoyurlar. Belə bir halın varlığı da, istənilən halda onun hissiyatına toxunan anlar olur. Amma o hala da inanırıq ki, Xəlilulla Süleymanovla bağlı belə bir açıqlamanın dərcindən sonra, nazirliyin rəsmi şəxsləri müasir mədəniyyətimizin və Azərbaycan idmanının yaşadılmasında əvəzsiz xidməti olan bu şəxsin əməyini diqqətdə saxlayacaq və onun nazirlik səviyyəsində Fəxri Döş Nişanı, Fəxri Mədəniyyət İşçisi və s. kimi fəxri ad və müxtəlif mükafatlarla təltif olunmasını da təmin edəcəklər. Çünki, o, bu gün məşğul olduğu sahəni uğurla yaşadan və onun gələcək nəsllərə ötürülməsində əvəzsiz xidməti olan idmançılarımızdandaır.
Bəli, bu gün Xəlilulla Süleymanov pəhləvanlıq fəaliyyəti ilə ölkə hüdudlarından çox-çox uzaqlarda tanınır ki, bu da xalqımızın qürur mənbəyidir, xalqımıza başucalığı gətirən anlardır. İstənilən halda o, hansı ölkədə çıxış edirsə mütləq mənada ölkəmizi təmsil edir və xalqımızın hansı gücə, hansı iradəyə sahib olduğunu da sübuta yetirir. Ona görə də, belə bir vətən övladlarının əməlləri, atdıqları addımlar hər zaman qiymətləndirilməli, layiq olduğu yerini də tutmalıdır. Çünki, o, onu sevən vətən övladları üçün iftixar hissidir, qürur mənbəyidir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?