GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində müdhiş korrupsiya faktları

Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində müdhiş korrupsiya faktları

Tarix: 19-10-2017, 20:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 541
Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində müdhiş korrupsiya faktları


Eldar Yunusovun fəaliyyəti Hesablama Palatası tərəfindən araşdırılması nədənsə yubadılır

Təhsil sisteminin özülünü məktəbəqədər təhsil mərhələsi təşkil edir. Söhbət məktəb təhsilinə qədərki təlim-tərbiyyənin təşkilindən gedir. Uşaqlar bu müəssisələrdə iradi möhkəmlik keçməli, təbiətdə baş verən hadisələri dərk etməlidirlər. Bağçalarda uşaqlara müstəqillik, azadlıq verilməli, rəqabət mühiti yaradılmalı və nəticədə hələ erkən yaşlardan şəxsiyyət formalaşmalıdır.

Göründüyü kimi məktəbəqədər təhsil mərhələsi hər bir uşağın formalaşması prosesində çox mühüm rol oynayır. Gələcəyin şagirdi, tələbəsi, əsgəri məhz bu dövrdə formalaşmağa başlayır. Odur ki, təhsilin təməl pilləsinin düzgün qurulması vacib məsələdir. Prezident İlham Əliyev bu vacib məsələyə hər zaman diqqət ayırıb. Çıxışlarının birində dövlət başçısı bu sahədə əsas istiqamətləri aydın şəkildə göstərib :

“Uşaq bağçalarının problemlərinin həlli üçün biz əlavə tədbirlər görməliyik. Burada həm bağçaların vəziyyəti, təmiri, eyni zamanda, yemək məsələləri nəzərdə tutulmalıdır. Çünki məktəbdən fərqli olaraq uşaq bağçalarında körpələr hələ öz hüquqlarını müdafiə edə bilmirlər. Uşaq bağçalarının hamısı təmirli olmalıdır. Hamısında da keyfiyyətli yemək verilməlidir ki, uşaqlarımız sağlam böyüsünlər . Mən çox narahatam ki, uşaqlara heç o aşağı səviyyəli normativlər də verilmir. Uşaqlar ya ac qalır, ya da ki, evlərindən özü ilə yemək gətirirlər. Bu, dözülməz haldır”.

Təəssüf ki, paytaxtın uşaq baxçalarında mövcud duruma nəzər salsaq tamamilə başqa mənzərə ilə üzləşərik. Bu sahəyə rəhbərlik edən “əmilərin”, “xalaların” sayəsində körpə balalarımızın haqqı tapdalanır, hətta onların yemək qazanına belə əl uzadılır. Uşaq baxçalarında hökm sürən korrupsiya, rüşvətxorluq nağıl deyil, günümüzün acı reallığıdır. Körpələrin baxçalara qəbulundan başlayan rüşvət mexanizmi sona qədər davam etdirilir.

Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusov bu sahəni monopoliyaya alaraq bütün qanunları heçə sayır, sadəcə şəxsi maraqlarını təmin edir. Məhz onun yarıtmaz rəhbərliyi nəticəsində paytaxtın məktəbəqədər təlim müəssisələrində acınacaqlı vəziyyət hökm sürür.

Paytaxt baxçalarının əksəriyyətində baş alıb gedən qanunsuzluqlar, rüşvət, özbaşınalıq, baxça müdirlərinin baxçanı şəxsi obyekti kimi istifadə etməsi ilə bağlı dəfələrlə məlumat vermişik. Uşaq baxçalarında baş verən qanunsuzluqların, rüşvət olaylarının arxasında isə Eldar Yunusovun adı hallanır.

Bu gün hər kəsə yaxşı məlumdur ki, Bakı şəhərində fəaliyyət göstərən xeyli sayda baxçalara uşaq qəbulu müşkül bir işə çevrilib. Baxça müdirləri uşaqların valideyinlərindən rüşvət almaqla bərabər həmdə xeyli sayda uşağa baxılması üçün əlavə “rüsum” belə istəyirlər. Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin
valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır.

Eldar Yunusovun "doğma kadrları" və yaxud ailə podratı

Uşaq baxçalarının ərzaq və digər zəruri mallarla təminatı məsələsi isə tamamilə Eldar Yunusovun nəzarətindədir. Verilən məlumatlara görə, bu sahədə dəhşətli korrupsiya mexanizmi formalaşdırılıb. Hesablama Palatasının kiçik bir araşdırma aparması kifayətdir ki, bu korrupsiya piramidasının dəhşətli əməlləri üzə çıxarılsın. Körpələrin yemək payına əl uzadan böyüklərin əmməlləri tezliklə ifşa olunmalıdır.

Əgər araşdırmalar aparılarsa, baş verən maliyyə fırıldaqlarının, korrupsiya əməllərinin arxasından Eldar Yunusovun “doğma kadrları” çıxar. Rəhbərlik etdiyi sahədə “ailə podratı” yaradan Eldar Yunusov yaxın qohumu olan Fuad adlı şəxsi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş mühasib təyin etməklə bütün maliyyə məsələlərini nəzarətə götürüb . Məhz yaxın qohumunu idarənin maliyyə məsələlərinə rəhbər təyin etməklə E. Yunusov baş verən bütün qanunsuzluqları, şübhəli maliyyə əməliyyatlarını ört-basdır edə bilir. E. Yunusovun yaxın qohumu idarədə təkcə mühasibat işləri ilə məşğul olmur. Baxça müdirlərinə nəzarəti və onlardan alınan "haqq" məsələsini də Fuad həyata keçirir. “Gündəm Xəbər” bildirir ki, qanunlara görə dövlət müəssisəsində bir şöbəyə rəislik edən şəxsin yaxın qohumu həmin şöbədə baş mühasib olmamalıdır. Bunun nə qədər qanuni olub-olmamasının hüquq-mühafizə orqanlarının araşdırması vacibdir.

Eldar Yunusovun “xeyir-duası” ilə bu gün uşaq baxçalarında kifayət qədər qeyri-ixtisas sahibləri, bu sahyə qətiyyən aidiyatı olmayan kadrlar çalışırlar. Uşaqların formalaşmasının çox mühüm bir mərhələsində qeyri-peşəkarların iştirakı təhsilin sonrakı mərhələlərində öz mənfi nəticələrini göstərir. Bu gün kifayət qədər ixtisaslı kadrlar baxçalarda işlə təmin olunmur, onlara yer tapılmır. Amma, “haqq-hesabını” verəndən sonra istənilən qeyri-ixtisaslı kadra yer tapılır. Bu bir daha göstərir ki, E. Yunusov üçün uşaq baxçaları sadəcə gəlirli bir sahədir, körpələrin gələcək taleyi ikinci, üçüncü dərəcəli məsələdir.

Məktəbəqədər təhsil sahəsində baş verən qanunsuzluqlar son həddə çatıb. Ölkə başçsının, birinci vitse prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğıya bu qədər məsuliyyətsiz yanaşmaq, dövlət siyasətini heçə saymaq bir məmurun fəaliyyətinin ciddi təftiş olunması zərurətini gündəmə gətirir. Hesablama Palatası, digər aidiyyatlı qurumlar Eldar Yunusovun bu sahədəki monopoliyasını araşdırmalıdırlar. Ancaq nədənsə yubadılır.

Məktətəqədər təhsildəki rüşvətin, özbaşınalığın, qanunsuzluğun qarşısını almasaq bunun acı fəsadlarını gələcəkdə çox çəkəcəyik. Məgər aidiyyatlı qurumlar hələ də dərk etmirlərmi ki, bu gedişlə gələcəyimizi təhlükə qarşısında qoyuruq. Baş verənlərə bu qədər soyuqqanlı münasibət haradan qaynaqlanır görəsən ? Yoxsa Eldar Yunusovun “ baxça nağıllarının “ sonunda göydən həqiqətən də almalar düşür ?
Mövzunu diqqətdə saxlayacağıq.

Cəfər
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda yeni növ təhsil müəssisələri yaradılacaq

    Azərbaycanda yeni növ təhsil müəssisələri ...

    15-04-2017, 00:39

  • 
  • Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə qaytarılacaqmı?

    Uşaq bağçaları yenidən Təhsil Nazirliyinə ...

    19-11-2013, 11:53

  • 
  • Eldar Mahmudovla bağlanan qırılmaz dostluq telləri

    Eldar Mahmudovla bağlanan qırılmaz dostluq telləri ...

    2-10-2017, 21:15

  • 
  • Uşaq bağçaları ilə bağlı yeni məlumat yayıldı

    Uşaq bağçaları ilə bağlı yeni məlumat yayıldı ...

    18-11-2013, 15:01

  • 
  • Abutalıbovun "Eldar Yunusov" kabusu

    Abutalıbovun "Eldar Yunusov" kabusu ...

    29-06-2016, 16:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu