Azərbaycan Güləş Federasiyasının rəhbərliyində kadr dəyişikliyi aparılıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, federasiyanın prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.
Bu vəzifənin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib.
Qeyd edək ki, S.Ələkbərov həm də Azərbaycan Velosiped İdmanı Federasiyasının I vitse-prezidentidir.
Sorğu
Yeni dizaynımız necədir?