Mayın 1-də “Tur de Azərbaycan” velosiped yarışmasının başlaması ilə əlaqədar olaraq günün birinci yarısında Heydər Əliyev prospekti və şəhərin digər küçələrində hərəkət məhdudlaşdırılacaq.Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidentiSahib Ələkbərov bildirib ki, Heydər Əliyev prospektində təxminən saat 10:30-dan 14:00-a qədər avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.“Biz əlbəttə ki, müvəqqəti narahatlığa görə üzr istəyirik, ancaq dünyanın bir çox şəhərlərində belə hallara rast gəlmək olar. Türkiyədə velotur keçirilən zaman İstanbul körpüsündə avtomobillərin hərəkəti dayandırılmışdı, yəni şəhərin əsas arteriyası qeyri-işlək vəziyyətdə idi”, - deyə federasiyanın vitse-prezidenti bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?