GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İlqar Məmmədov üçün son gün - AŞ-ın hakimiyyətə verdiyi vaxt bitir

İlqar Məmmədov üçün son gün - AŞ-ın hakimiyyətə verdiyi vaxt bitir

Tarix: 25-10-2017, 10:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 457
İlqar Məmmədov üçün son gün - AŞ-ın hakimiyyətə verdiyi vaxt bitir


AŞ PA vicdan məhbusu oktyabrın 25-nə qədər azad edilməsə, Nazirlər Kabinetini Konvensiyanın 46-cı maddəsini tətbiq etməyə çağıracaq ki, burada Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi də var

Avropa Şurası Parlament Assambleyasının REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə qoyduğu vaxt bu gün bitir. AŞ PA vicdan məhbusu oktyabrın 25-nə qədər azad edilməsə, Nazirlər Kabinetini Konvensiyanın 46-cı maddəsini tətbiq etməyə çağıracaq ki, burada Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi də var.

AŞ PA-nın tələbinə Azərbaycan tərəfdən ən müxtəlif mövqelər var. Çoxları REAL sədrinin azadlığa buraxılmasının və ölkəmizin Avropa Şurasında qalmasının tərəfindədir. Bunun əksini ölkəmizin imicini qorumaq baxımından düşünənlər də var.

Ölkə iqtidarının bu günə qədər İ.Məmmədovu azad etməməsinə baxmayaraq, ilin sonuna qədər onun azad olunma ehtimalları yüksək dəyərləndirilir. Buna səbəb də hər zaman Azərbaycan hökumətinin bu tipli tələblərə bumeranq rolunu oynayan mövqe sərgiləməsidir.

İ.Məmmədovun vəkili Fuad Ağayev hər şeyin Azərbaycan hökumətindən asılı olduğunu bildirdi: “Nə deyiblərsə, yaxud deməyiblərsə, hər şey hökumətlikdir. Mən proqnoz verməyi xoşlamıram. Keçən cümə günü İlqar Məmmədovla görüşdüm. Proqnoz verməyi o da xoşlamır”.

REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova qərarı gözlədiklərini söylədi: “Qərarın necə olacağını gözləyirik. Hər halda, ümidimiz var ki, Nazirlər Komitəsi doğru qərar verər. Hələ bu istiqamətdə Azərbaycan tərəfi bir addım atmır. Açığını deyim ki, daha çox inamımız Nazirlər Kabinetinin verəcəyi qərarla bağlıdır. Çünki kim inanar ki, bir gün ərzində İlqar Məmmədov azadlığa buraxılacaq. Buna ümid etmək gülməli olardı. Əgər hakimiyyət belə bir şey etmək istəsəydi, bu gün İlqar Məmmədov evdə olmalı idi. Ola bilər ki, ilin sonuna qədər İlqarı azad etsinlər. Hər şey gözlənilir. Deyə bilmərəm ki, Azərbaycan tərəfi AŞ PA ilə hər hansı bir razılıq əldə edəcək. Amma bu variant da ağıla gəlir ki, ilin axırına qədər azad olunsun. İlqarla bu həftə görüşməliyik. Sonuncu dəfə ötən həftə zəng etmişdi”.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı ümidlidir: “Hər şey ola bilər. Bir günün içərisində İlqar Məmmədov azad oluna da bilər. Bu dəqiqə hər şey ölkə iqtidarından asılıdır. Bu qərarı yalnız hakimiyyət verə bilər. Həbsdə saxlaya da, azad da edə bilər. Amma onu deyə bilərəm ki, İlqar bəy azad edilməsə, Azərbaycanın Avropa Şurasından çıxarılması prosedurası üçün səsvermə qərarının çıxarılması ehtimalları çox yüksəkdir. 31 ölkədən daha çoxunun səsvermə ehtimalları yüksək görünür ki, sorğunu Avropa İnsan Haqları Məhkəməsinə göndərsinlər. Ümid edirəm ki, Avropa Şurası geri addım atmayacaq. Hakimiyyətin heç bir halda Avropa Şurası ilə İlqar Məmmədovla bağlı razılaşacağına inanmıram. Sadəcə olaraq, Azərbaycan tərəfi öz tərəfindən bu addımı ata bilər. Oktyabrın 25-dən sonra belə bir qərar çıxarsa, iqtidar İlqar Məmmədovu azad edə bilər. Bu, gözlənilən haldır. Bu ehtimallar kifayət qədər yüksəkdir. Hər halda, gedən proseslər bunu göstərəcək. Bunun Avropa Şurası ilə razılaşdırılmış şəkildə olacağını düşünmürəm. Əgər bunu etsəydilər, 25-nə qədər edərdilər. Nəyisə razılaşdırmağa nə ehtiyac var ki?”

Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrininin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-in Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-in qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlqar Məmmədov bir günə buraxılacaqmı

    İlqar Məmmədov bir günə buraxılacaqmı ...

    24-10-2017, 14:10

  • 
  • Avroparlament: İlqar Məmmədovu təcili azad edin!

    Avroparlament: İlqar Məmmədovu təcili azad edin! ...

    24-10-2013, 15:05

  • 
  • İlqar Məmmədova dəstək aksiyası başlayıb

    İlqar Məmmədova dəstək aksiyası başlayıb ...

    11-10-2017, 18:21

  • 
  • İlqar Məmmədovun azad olunması haqda şayiələr yayıldı - HÜQUQ MÜDAFİƏÇİLƏRİNDƏN GECƏ ZƏNGİ

    İlqar Məmmədovun azad olunması haqda şayiələr ...

    23-09-2017, 11:25

  • 
  • Avropa Birliyi və Avropa Şurasından iki sərt bəyanat

    Avropa Birliyi və Avropa Şurasından iki sərt ...

    10-02-2013, 11:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu