Avropa Parlamenti Azərbaycan hakimiyyətini 14 ictimai xadimi və hüquq müdafiəçisini təcili həbsdən azad etməyə çağırıb.
Virtualaz.org bildirir ki, bu barədə tələb öz əksini qurumun qanunverici orqanlarının qəbul etdiyi qərarda tapıb. Sənəd Avropa Parlamentinin saytında yerləşdirilib.
Qərarda REAL Hərəkatının sədri İlqar Məmmədovun dərhal azad olunması tələbi xüsusi vurğulanıb.
Avroparlament rəsmi Bakıdan müxalifət fəallarının təqib olunmasını dayandırmağı da tələb edib.
Sənəddə qeyd olunur ki, əks halda Avropa Parlamenti Azərbaycanla münasibətlərinə yenidən baxa bilər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?