GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məhkəmədə orta məktəbdən rüşvət faktları açıqlandı

Məhkəmədə orta məktəbdən rüşvət faktları açıqlandı

Tarix: 25-10-2017, 18:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 859
Məhkəmədə orta məktəbdən rüşvət faktları açıqlandı


Orta məktəb müəllimindən direktora qarşı şok rüşvət ittihamı

Bəsdi Allahverdiyeva direktorun sifarişi ilə barəsində cinayət işi başlandığını iddia edir

Döyülən müəllim : “Bəsdi Allahverdiyeva qanunsuz hərəkətlərə yol verib”


Laçın rayonu, Aşağı Cicimli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləmiş Bəsdi Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Bəsdi Allahverdiyeva 20 oktyabr 2016-cı il tarixdə, saat 12.40-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən F.Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbin inzibati binasında cinayət törədib.
O, həmin məktəbin riyaziyyat və informatika müəlliməsi işləyən Aynur Şükürova ilə yol verdiyi intizam pozuntularına görə mübahisə edib. Onların arasında mübahisə Aynur Şükürovanın ona irad bildirməsi və barəsində tərtib olunmuş akta imza etməsi olub.
Söhbət zamanı aralarında yaranmış münaqişə nəticəsində Bəsdi Allahverdiyeva Aynur Şükürovanın sifət nahiyəsindən iki-üç dəfə vurub. Sonra əli ilə bir neçə dəfə çiyninə vuraraq Aynur Şükürovanı yerə yıxıb.
Bəsdi Allahverdiyevanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan olunub. Onun barəsində olan cinayət işi Sumqayıt şəhər Məhkəməsində araşdırılıb.
“Məndən rüşvət tələb edib”
Məhkəmədə ifadə verən Bəsdi Allahverdiyeva bildirib ki, 2001-ci ildən F.Cəfərov adına Aşağı Cicimli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləyib: “Məktəbin direktoru Möhlət Əhmədov mənə qarşı ardıcıl haqsızlıqlar edib. Cədvəl üzrə olan dərs saatlarının sayına uyğun olmayan əmək haqqının əskik yazılması və bunun müqabilində məndən rüşvət tələb etməsi, rüşvət verməyəndə acığa əmək haqqının az yazılıb və hüquqlarımın tapdalanması nəticəsində prezidentiə və Təhsil Nazirliyinə şikayət ərizələri yazmışam”.
“Məktəb direktoru məni yağışın altında saxlayıb”
Bəsdi Allahverdiyeva qeyd edib ki, Lacın rayon Təhsil Şöbəsinin əməkdaşları olan Elnur müəllim və Ədalət müəllim məktəbə gəlib: “Onlar araşdırma aparsalar da, lakin hec bir iş görməyib, əksinə məni işdən çıxarmaqla hədələyiblər və təhqir ediblər. Möhlət Əhmədov əmək haqqımın kəsilməsinin izini itirmək üçün yenidən 2016-ci ilin noyabr ayının əmək haqqının çox hissəsini dərs keçdiyi halda, jurnalı kiliddə saxlayıb, həmin dərsi bağlı qapı arxasında ixtisasını kitabxanaçılıqdan ədəbiyyat fənninə dəyişən Afət Quliyevaya, ixtisasını ibtidai sinif müəlliməliyindən tarix fənninə dəyişən, eyni zamanda qrup üzrə təqaüd alan Arzu Hümbətovaya, buraxılış imtahanının nəticələrini isə Yeganə Nəsibovaya və fizika müəllimi Rəhman Cabbarova yazdırıb. Məni işdən qovacağı ilə hədələyən bu direktor hətta müəllimlər otağını bağlayıb, qrup üzrə təqaüd almaqla bərabər ibtidai sinif müəlliməsi işlətdiyi Məxmər Orucovaya fərdi uşaq hazırlığı
ücün icarəyə verib. Bununla da məktəb direktoru məni müəllimlər otagında oturmağıma icazə verməyib, yağışın altında qoyub”.
“Direktorun göstərişi ilə üstümə hücum çəkiblər”
Təqsirləndirilən şəxsin sözlərinə görə, özü təhqir etməklə ürəyi soymayan direktor ibtidai sinif müəlliməsi işləyən Məxmər Orucova və dərsini hədiyyə etdiyi kitabxanaçı Afət Quliyeva vasitəsilə onu təhqir etdirdib: “Çünki, bu müəllimlərin vasitəsilə xəstəlik kağızı açdıraraq hər ay növbəli şəkildə dövlətdən ikitərəfli pul alan direktor özü dərs keçdiyi halda basqasının adı ilə ikitərəfli əmək haqqı alıb, sonra həmin əməkhaqqını aralarında bölüşdürüblər. Bu şəxslər direktorun göstərişi ilə istənilən vaxt üstümə hücum çəkiblər. Rəsmi dərs cədvəli üzrə mənə 26 saat dərs və sinif rəhbərliyi verilsə də, mənə yalnız işləmək qalır, əvəzində isə əmək haqqı az gəlir, sonuncu əmək haqqım isə 197 manat olub”.
“Məktəb direktoru mənə şər atır”
Bəsdi Allahverdiyevanın ifadəsinə görə, Laçın rayon Təhsil Şöbəsinin inspektorları Ədalət və Elnur müəllimlərə arxalanan direktor informatika diplomu olmadığı halda informatika müəlliməsi kimi işlətdiyi qohumu və əlaqələndiricisi Aynur Şükürova ilə birlikdə buraxılış nəticələrini kompyuterdə başqasının adına yazıb: “Bu haqda Təhsil Nazirliyinə yazdığım şikayət ərizəsindən sonra araşdırmanın aparılmasına mane olmaq və mənim haqqımda mənfi fikir formalaşdırmaq üçün üstümə şər atıblar.Oktyabrın 20-də heç kimi vurmamışam, Aynur Şükürova ilə mübahisə etməmişəm.
Aynur Şükürovanın xəsarət alması barədə ekspert rəyi hadisədən xeyli müddət keçdikdən sonra verildiyi üçün saxtadır. Məktəb direktorundan və məktəbdə olan qanunsuzluqlardan şikayət etməyim Möhlət Əhmədovun məktəb kollektivindən istifadə edərək mənə qarşı şər atmağa səbəb olub”.
“Qanunsuz hərəkətlərinə narazılığımı bildirmişəm”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilən Aynur Şükürova bildirib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən F.Çəfərov adına Aşağı Çiçimli kənd tam orta məktəbdə 2009-çu ilin fevral ayından riyaziyyat və informatika müəlliməsi işləyib. Onun sözlərinə görə, həmin məktəbdə Azərbayçan dili və ədəbiyyat müəlliməsi işləyən Bəsdi Allahverdiyeva onunla və məktəbin digər kollektivi ilə qeyri-normal münasibət saxlayıb, dəfələrlə dərsləri pozub, dərslərə gəlməyib, müxtəlif qanunsuz hərəkətlər edib: “Onun bu qanunsuz hərəkətləri məktəb rəhbərliyi tərəfindən dəfələrlə aktlaşdırılıb. Şahid kimi aktlara imza etmişəm, Bəsdinin qanunsuz hərəkətlərinə haqlı narazılığımı bildirmişəm. Bununla əlaqədar Bəsdi ilə aramızda narazılıq yaranıb”.
“Uşaqlarımı sinif otağına keçirdim”
Zərərçəkmişin sözlərinə görə, oktyabrın 20-də, saat 12.40 radələrində məktəbdə dərslərini qurtarıb: “Həmin məktəbdə oxuyan uşaqlarımı götürərək evə getməyə hazırlaşarkən dəhlizdə Bəsdi Allahverdiyeva ucadan ünvanıma nalayiq söyüşlər işlədərək, barmağı ilə məni işarə etdi, məktəbin arxasına cağırdı. Bəsdinin nalayiq ifadələr işlədərək məni
məktəbin arxasına cağırmasına narahat oldum. Lakin Bəsdinin sözlərinə fikir vermədim. Bəsdi bir daha məni məktəbin arxasınsa cağırarkən, yenə də onun cağırışına məhəl qoymadım. Bəsdinin getməsi ücün öz uşaqlarımı sinif otağına kecirdim, bir-iki dəqiqə gözlədim. Bir necə dəqiqədən sonra uşqlarımı məktəbdən götürərək gedərkən, Bəsdinin dəhlizdə olduğunu, onun getmədiyini gördüm. Bu vaxt Bəsdi nə ücün məktəb direktorunu müdafiə etməyimi soruşdu və ucadan mənə qarşı nalayiq sözlər dedi. Bəsdiyə fikir vermədim, yoluma davam etmək istədim. Bu zaman Bəsdi mənə yaxınlaşdı, nə ücün onun cağırışlarına məhəl qoymadığımı soruşdu”.
“Huşumu itirmişəm”
Aynur Şükürovanın ifadəsinə görə, Bəsdi sonra əli ilə onun azyaşlı qızı Ayanı itələyib: “Bəsdidən qızıma əl qaldırmamağı tələb etdim. Bu zaman Bəsdi iki dəfə sifətimə, sonra bir dəfə yumruğu ilə baş nahiyəmə vurdu. Zərbədən müvazinətimi itirərək yerə yıxıldım. Azyaşlı uşaqlarım həmin vaxt yerə yıxıldı. Yerə yıxılarkən başım yerə dəydi. Fürsətdən istifadə edən Bəsdi ayağıma bir dəfə də təpik vuraraq getdi. Həmin vaxt ətrafda müəllimələr, azyaşlı şagirdlər olub.Yerə yıxılarkən huşumu itirmişəm. Ətrafda olan müəllimələr mənə ilk tibbi yardım göstərib və ayıldıqdan sonra evə getməyimə köməklik ediblər”.
“Bəsdinin hərəkətlərindən polisə şikayət etmişəm”
Aynur Şükürova qeyd edib ki, azyaşlı övladları ilə birlikdə evə catdıqdan sonra özünü pis hiss edib, həyat yoldaşı Fəqan onun
ücün Təçili Tibbi Yardım cağırıb, onü müayinə etdikdən sonra səhhətində olan problemlə əlaqədar müvəqqəti olaraq 10 günlük işdən azad edilib: “Evdə olduğum müddətdə qayınanam tibb işçisi olduğundan mənə qulluq edib. Bu müddət ərzində yenidən həkimə müraciət etməmişəm. Xeyli müddət keçdikdən sonra səhhətimdə irəliləyiş hiss etmədiyindən həkimə müraciət etmək məcburiyyətində qalmışam. Həkim müayinəsindən sonra kəllə-beyin travması aldığım müəyyən edilib. Həmin xəsarətlə bağlı Bəsdi Allahverdiyevanın hərəkətlərindən polisə şikayət etmişəm”.
Zərərçəkmiş həmçinin qeyd edib ki, baş vermiş hadisə ilə əlaqədar Bəsdi Allahverdiyeva ondan üzr istməyib, onunla barışmağa çalışmayıb və təqsirini etiraf etməyib: “Bu halları nəzərə alaraq Bəsdi Allahverdiyevaya daha ağır cəza təyin edilməsini xahiş edirəm”.
500 manat cərimə və narazılıq
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Bəsdi Allahverdiyeva 500 manat miqdarında cərimə cəzasına məhkum edilib.
Hökmdən narazı qalan Bəsdi Allahverdiyeva apelyasiya şikayəti verib. O, şikayətində göstərib ki, barəsində çıxarılmış ittiham hökmünün ləğv edilməli və ona bəraət verilməlidir. Həmçinin zərərçəkmiş Aynur Şükürova da apelyasiya şikayəti verərək, Bəsdi Allahverdiyevanın cəzasının ağırlaşdırılmasını tələb edib.
Onların şikayətləri araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun sədrlik etdiyi kolllegiyada araşdırılıb.
“Məni haqsız yerə şərləyiblər”
Bəsdi Allahverdiyevanın fikrincə, ona verilmiş ittiham heç bir sübuta əsaslanmır və müəllimə işlədiyi məktəbin direktorunun uydurmasıdır: “İşlədiyim Laçın rayon, Aşağı Cicimli kənd orta məktəbinin direktoru Möhlət Əhmədov dərs saatlarımı azaltdığı üçün onun qanunsuz hərəkətlərindən Təhsil Nazirliyinə və digər orqanlara şikayət ərizələri yazmışam və sonuncu da qisas almaq məqsədi ilə tabeçiliyində işləyən bir qrup müəllimin köməyi ilə mənim işdən çıxarılmağıma nail olub. Aynur Şükürovanı döyməyim və ona yüngül xəsarət yetirməm ilə əlaqədar başlanılmış cinayət işi də direktorun sifarişidir”.
Bəsdi Allahverdiyeva apelyasiya şikayətində qeyd edib ki, oktyabrın 20-də Aynur Şükürova ilə aralarında hər hansı bir münaqişə və ya mübahisə baş verməyib, Aynur Şükürovanın vəziyyətinin pisləşməsi ilə əlaqədar təcili-tibbi yardım çağırılmayıb: “Birinci instansiya məhkəməsində ifadə vermiş şahidlər isə məktəb direktoru Möhlət Əhmədovun diktəsi altında ifadələr verərək, məni haqsız yerə şərləyiblər”.
Bəsdi Allahverdiyeva məhkəmə-tibb ekspertinin rəyini mübahisələndirərək qeyd edib ki, zərərçəkmiş Aynur Şükürova oktyabrın 20-də aldığı xəsarətlə bağlı hadisədən xeyli sonra həkimə müraciət edib, həmin müddət ərzində onda
hər hansı bir xəsarətin müəyyən edilməsi də şübhəli məqamdır.
Zərərçəkmiş Aynur Şükürovanın nümayəndəsi Ələsgər Məmmədov apelyasiya şikayətində təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmadığını qeyd edib. O, Bəsdi Allahverdiyevaya azadlıqdan məhrumetmə cəzası təyin edilməklə, hökmün ləğv edilməsini xahiş edib.
Apelyasiya şikayətində qeyd edilib ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməyib və törətdiyi əməldən peşman olmayıb. Bildirib ki, məhkumun şəxsiyyətini xarakterizə edən bu hal onun islah olunmadığını əks etdirir.
Şikayətçinin fikrincə, məhkəmə Cinayət Məcəlləsinin 58, 59-cu maddələrinin tələblərinə formal yanaşaraq məhkuma cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun islah olunmamasını nəzərə almayıb və əsassız olaraq onun yüngül cəza ilə islah olunacağını hesab edib.
Tərəflərin fikirlərini dinləyən hakim heyəti sonda apelyasiya şikayətləri üzrə qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin apelyasiya şikayətləri təmin edilməyib, Sumqayıt şəhər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Aslan
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naibə Allahverdiyeva və qızından FOTO

    Naibə Allahverdiyeva və qızından FOTO ...

    18-09-2015, 13:55

  • 
  • Direktor çıxdı, Xatirə qaldı – Şəmkirdəki “seks qalmaqalı” bitdi

    Direktor çıxdı, Xatirə qaldı – Şəmkirdəki “seks ...

    17-01-2017, 18:05

  • 
  • Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdinə qoşulub qaçdı

    Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdinə ...

    25-05-2016, 15:41

  • 
  • Azərbaycanın ən reytinqli məktəblərinin siyahısı

    Azərbaycanın ən reytinqli məktəblərinin siyahısı ...

    9-11-2013, 11:19

  • 
  • Müəllim 15 yaşlı qızı direktorun otağında… – Şok olay

    Müəllim 15 yaşlı qızı direktorun otağında… – Şok ...

    9-12-2014, 01:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (267)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu