GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi”

Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi”

Tarix: 27-10-2017, 16:19 Bölmə :GündəmXəbər / Manşet Baxış: 867
Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi”


Yüksək kürsüdə əyləşən Fazil Məmmədovun, kiçik kürsülərdən başlayan revanş macəraları

Baş verən iki devalvasiya yalnız sadə vətəndaşları deyil, həmçinin sahibkarları da çökdürdü. Ölkə borc bataqlığmda batmaqdadır. İqtisadçı N.Əliyev hesab edir ki, vergi borcunun artması vergi orqanlarının əsas nöqsanıdır. Hələ, 2015-ci ildə Vergilər Nazirliyinin 700 nəfər əməkdaşının sahibkarlara qarşı qanun pozuntularına yol vermələri, sözün həqiqi mənasinda ictimai fikirdə bu qurum haqda heç də yaxşı fikir formalaşdırmamışdır. Bir nazirliyin ki, 700 nəfər əməkdaşı ciddi qanun pozuntusuna yol verir, o halda hansı vergi siyasətindən, hansı şəffaflıqdan danışmaq olar?! Nazirliyin söz sahibi olan əməkdaşları yalnız vergi ödəyicilərinə "ilişmirlər", hətta onlar qələm əhlinə də “ilişməyi” bacarırlar. Çünki 23 dekabr 2015-ci il tarixdə şair Saday Şəkərli şantal ittihamı ilə əvvəlcə Vergilər Nazirliyinə dəvət olunur və az sonra isə onun həbsi həyata keçirilir. Şair cəzaçəkmə müəssisəsindən göndərdiyi və bəzi media orqanlarında işıqlandırılan açıqlamalarında adı çəkilən nazirlik əməkdaşlarından narazılığını ifadə edərək yazır ki, “mənim şərlənərək həbs olunduğum üçün, şəxsən Fazil Məmmədovdan incimişəm. Heç olmazsa narkotik maddələrlə şərlənsəydim bəlkə də o halda hər kəs deyərdi ki, şair yəqin çəkməmiş yaza bilmir. Yoxsa, çirkab işlərə bulaşmamış bir şair qalmışdı, onu da öz günlərinə salıb dünyada rüsvay etdilər".

“Azadıq” 12 yanvar 2016-cı il.

Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi”


Saday Şəkərli məktubunda inandığı, etibar etdiyi insanın ona nankorluq etməsindən təəssüfləndiyini də qeyd edir. Qələm əhlini şərlədərək həbs etdirən nazirin qaranlıq keçmişinə bir nəzər salaq. Əvvəla onu qeyd edək ki, 2015-ci ilin 13 iyulunda prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə, nazirliyin fəaliyyəti ən sərt şəkildə tənqid olunmuşdu. Çox keçmir ki, ölkə rəhbərinin danlağından sonra Vergilər Naziri təcili kollegiya iclası çağırır və onun özü tənqidi çıxışlar edir. Üstəlik vətəndaşlarla “sms”-müraciətlər təşkil etdirməklə, bir növ sahibkarlara qahmar çıxmaq görüntüsü də yaradır. O halda ortaya belə bir sual çıxır ki, atılan addımların müqabilində "yoxa çıxarılan" milyonları cənab Nazir geri qaytaracaqmı?!
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, onun inanıb yüksək vəzifələrə təyin etdiyi vəzifə sahiblərinin çoxu ölkənin ən varlı məmur-oliqarxlarına çevrildilər. Korrupsiyaya qurşanmış belə məmurların oliqarxlara çevrilməsində, birbaşa onların qol qoyduqları maxinasiyaların, qeyri-qanuni ticarət əlaqələrinin çox böyük rolu oldu.
Belə oliqarx-məmurlardan biri də Azərbaycan Respublikasının vergilər naziri cənab Məmmədov Fazil Əsəd oğlu oldu. O, daim müxtəlif yollarla hər kəsə vergidən yayınmamağı məsləhət görür və vergi ödəməkdən yayınanlara qarşı Vergi Məcəlləsinin müvafıq maddələri ilə cəza tədbirləri görüləcəyini də bildirir. Belə olan halda nazir F.Məmmədov nədən nizamnamə fondu dövlət büdcəsi hesabına (100%) formalaşan “AtaBank” kommersiya bankından heç bir halda söhbət açmır?
Ona görə ki, bu şəxs “Aqrar Sənaye Bankı” Şəmkir şöbəsinin (1993 oktyabr-1995 may) direktoru vəzifəsini daşıyarkən, o, on özəl müəssisəyə və bir ədəd fırmaya guya kredit verilməsi adı altında, “AtaBank” və “Ünsal Bank” Kommersiya banklarının nizamnamə fondunun tamamlanmasma qol qoyur. Hələ gənclik yaşlarından vəzifə, kürsü eşqi ilə yaşayan F.Məmmədov, SSRİ dağıldıqdan sonra 90-cı illərin əvvəllərində hakimiyyət boşluğundan da istifadə edir. Belə ki, o, vəzifə kürsüsünə yüksəlmək üçün küllü miqdarda vəsaitin lazım olduğunu bilir və bir neçə iri həcmdə bank əməliyyatları və maxinasiyalar edir. Son anda da, Vergilər Naziri vəzifəsinə kimi yüksələ bilir. Bu şəxsin (oktyabr 1993-may 1995) “Aqrar Sənaye Bankı” Şəmkir şöbəsinin direktoru vəzifəsini daşıyarkən, həyata keçirdiyi əməliyyatların və qol qoyduğu maxinasiyaların əsas məxzi aşağıdakı formada olub.
Sahibkarlığın yenicə təşəkkül tapdığı ilkin vaxtlarda, əksəriyyətin səriştəsiliyindən yararlanan F.Məmmədov göstəriş verərək, əsasən Gəncə, Bakı, Şamaxı şəhərlərində qeydiyyatda olan və adı çəkilən şəhərlərdə yaşayan şəxslərə yüksək %-lə (hətta 50%-lə) bəzən də (60%-40%) kreditə pulllar verdirir. Yüksək faizlə buraxılmış kredit pullarda o, çox keçmir ki, milyonlarla manat vəsait əldə etdir. Məlumat üçün onu da bildirək ki, bankdan 7%-lə dövriyəyə buraxılan, həm də ehtiyyatda olan pul olur. Ehtiyat fondunda olan pul xüsusi göstəriş olduğu halda istifadə olunur. F.Məmmədov “Aqrar Sənaye Bankı” Şəmkir şöbəsinin direktoru olarkən bankın 700 (yeddi yüz) milyon manata yaxm ehtiyat pulu olur.

Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi”


F.Məmmədovun (1993-1995-ci illərdə) illərdə ssuda verdiyi fırma və müəssisələrin adları və götürülən kreditlərin miqdarı belədir. Faciəli hal o olur ki, onun göstərişi ilə 11 (on bir) fırma və kiçik müəssisələrin hər birinə verilən ssudalar qarantiyasız (zəmanətsiz) verilir. Onların hər birinin borcları 01 iyul 2000-ci ilə kimi hesablanmış kredit borclarıdır ki, bu gün də həmin ödənilməyib.

“Aqrar Sənaye Bankı” Şəmkir şöbəsi üzrə 2000-ci ilin 01 iyul tarixinə kimi 13,4216 milyard manat ssuda qalığının taleyi hələ də məlum deyil.
Fazil Məmmədovun 1993-1995-ci illərdə qarantiyasız (zəmanətsiz) ssuda verdiyi fırma və müəssisə sahiblərinin adları və ünvanları bunlardır.
1. “Bir sən” fırması 192,7 ml.man; 350,8ml.man; 543,5ml.man 275 min
2. “Qartal-4” kiçik müəssisəsi 25 ml.man; 82,3 ml.man; 107,3ml.man 53 min
3. “Elçin-72” kiçik müəssisəsi 214,7 ml.man; 281 ml.man, 495; 7ml.man 250 min
4. “Rövşən” Müəssisəsi 627,6 ml.man; 483,2 ml man; 1065,7 ml.man 5,3 min
5. “Delfin-1” kiçik müəssisəsi 35 ml.man; 56.7 ml.man; 91,7 ml.man 46 min
6. “Lavanda-SO” şirkəti 35 ml.man; 65,8 ml.man; 100,8ml.man 50 min
7. “Mahmud-SO” şirkəti 35 ml.man; 56,7 ml.man; 91,7 ml.man 46 min
8. “Tamella” k/müəssisəsi 35 ml.man; 56,7 ml.man; 91,7 ml.man 46 min
9. “Zöhrab” k/müəssisəsi 10 ml.man; 28 ml.man; 38 ml.man 19 min
10. “MNN-U” müəssisəsi 59,5 ml.man; 141,9 ml.man; 201,4ml.man 100 min
11. “Zümrüd” k/müəssisəsi 25 ml.man; 72,6 ml.man; 97,6 ml.man 48 min
----------------------------------------------------------------------------------------
1. “Rövşən” k/müəssisəsi
2. “Bir Sən” fırması
3. “Qartal-4” k/müəssisəsi
4. “Elçin-72” k/müəssisəsi
5. “Lavand-SO” şirkəti
6. “Mahmud-SO” şirkəti
7. “Tamella” k/müəssisəsi
8. “Zöhrab-l” müəssisəsi
9. “Zümrüd” k/müəssisəsi
1 0.”MNN” k/müəssisəsi
-sahibi: Hüseynov Fazil Hüseyn oğlu. Ünvan: Bakı şəhəri Heydərov küç, ev-27, mən-110.
-sahibi: Məmmədov Şahin.
Ünvan: Şəmkir rayonu Dəllər-Cəyir kəndi. (2004-cü ildə vəfat edib) —
-sahibi: Məmmədov Fərhad -papkası yoxdur (gizlədilib)
Ünvan: Şəmkir rayonu.
-sahibi: Vəliyev Mehman Əli oğlu. Ünvan: Yeni Gəncə bina-38 “A” ev-8.
-sahibi: Hacıyev Elçin Səməndər oğlu. Ünvan: Şamaxı şəhəri Ü.Hacıbəyov küç, ev-18.
-sahibi: Hüseynov Fazil Hüseyn oğlu. Ünvan: Bakı şəhəri Sarayeva küç, ev-34, mən-41.
-sahibi: Hüseynov Mehdi Fazil oğlu. Ünvan: Bakı şəhəri 9-cu mkr-n Mir Cəlal küç, ev-147, mən-48.
-sahibi: Hüseynov Mehdi Fazil oğlu. Ünvan:Bakı şəhəri, Xocalı küç ev-48 “A” mən-96.
-sahibi: Rüstəmov Fikrət Aslan oğlu. Ünvan: Şəmkir rayonu H.Rəhim küç, ev-49 .
sahibi: Vəliyev Mehman Əli oğlu. Ünvan: 1) Gəncə şəhəri N.Nərimanov pr-ti l32
2) Gəncə şəhəri Əli Nəsimi küç-109 -sahibi: Dilbazov Camal -papkası yoxdur (gizlədilib)


Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi”


Şifer və nasos əməliyyatları

F.Məmmədov “Aqrar Sənaye Bankı” Şəmkir şöbəsinin direktoru olan zaman 100 (yüz) ədəd ESV 6-6; 3-80 markalı Su-Artezan nasosları gətizdirir və onların satışını kolxoz və sovxozlar, o cümlədən Ülvi Sadıqovun rəhbərlik etdiyi “Ülvü” kiçik müəssisəsinin vasitəsilə nəqdləşdirərək mənimsəyir. Dəyəri 100-150 min olan bu nasosların hər birini o, 2000-2300 dollara satdırır.
Bu nasosları o, rayonun dağlıq ərazisində yerləşən kolxozlara satdırır. “Aqrar Sənaye Bankı”nın o vaxtkı 1 (bir) N-li təlimatma görə vaxtı keçmiş ssuda borcu olan təsərrüfatlara kredit verilməsi qəti qadağan edilir. Kolxozların ödəniş tələbnamələrində qeyd olunur ki, kolxozların sədr və baş mühasiblərinin imzası və kolxozun möhürü olmalı olduğu halda, F.Məmmədov öz şəxsi mənafeyini xalqın, dövlətin mənafeyindən üstün tutaraq heç bir qayda-qanuna əməl etmir.
O, rayonun “Bakı fəhləsi” kolxozuna gizli yolla 12 (on iki) ədəd, yəni kolxozla kredit müqaviləsi bağlamadan kredit verdirmiş və həmin kredit hesabına nasosların dəyəri ödənilmişdir. Bu əməliyyat aşkar olunarkən kolxozun sədr və baş mühasibinə susmaları üçün, Fazil Məmmədov tərəfmdən təzyiqlər edilir. Qaracəmirli kəndindəki sovxoza isə, nasoslar məcburi qaydada satılır. Hansı ki, bu nasoslar suvarma üçün yararsız olur. CB 6-6; 3-12,5 markalı bu nasosların alınması üçün 8500000 (səkkiz milyon beş yüz min) manat, və ya 220000 (iki yüz iyirmi min) dollar dövlət pulu mənimsənilərək, həmin illərdəki rayon rəhbərliyi ilə mənimsənilir. Oxşar hal onun əmisi oğlu Şahin adlı şəxsə məxsus “Rövşən” kiçik müəssisəsi vasitəsilə sovxoz və kolxozlara satdırılmış şifer əməliyyatında da baş verir.

Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi”


Kübrə əməliyyatı

05 yanvar 1994-cü ildən Şəmkir rayon İcra Hakimiyyəti adından Fazil Məmmədova ünvanlanmış məktubda, əsasən taxıl sahələrini kübrələmək üçün rayonun Kimya Birliyinə 10 (on) milyon manat dəyərində qısa müddətli ssuda 06 yanvar 1994-cü ildə “Cənub” kiçik müəssisəsinə qeyri qanuni şəkildə verilir. Həmin pul bu günə kimi də qaytarılmayıb. Etibarlı mənbədən əldə etdiyimiz məlumlara görə, bu maxinasiya (fırıldaq) əməliyyatı Şəmkir Kənd Təsərrüfatı Birliyi, “Cənub” kiçik müəssisəsi və “Aqrar Sənaye Bankı”nın rəhbərliyi tərəfındən aparılır. Alınan ssuda da, adları çəkilən təşkilatların rəhbərliyi tərəfindən mənimsənilir.

“Yasamal” futbol klubu ilə əlaqədar maxinasiyalar

F.Məmmədov “Aqrar Sənaye Bankı” Şəmkir şöbəsinin direktoru olan zaman iri miqyaslı maxinasiyalara idman sahəsində də əl qoyur.
O, Şəmkirdəki “Yasamal” futbol klubuna, hansı ki, heç bir naliyyəti olmayan bir komandaya qardaşı Fərhadı prezident təyin etdirir. “Aqrar Sənaye Bankı” Şəmkir şöbəsi də sponsurluq etməklə şöbənin Nizamnamə fondunda olan 700 (yeddi yüz) milyon pul nəqdiləşdirilərək hər iki qardaşlar tərəfindən mənimsənilir. Elə ki, pul qurtarır, o halda “Yasamal” klubu da öz fəaliyyətini dayandırır.

Şərləyib şairi həbs etdirən nazirin “qaranlıq keçmişi”


Avtomobil əməliyyatı

Qeyri qanuni bank əməliyyatlarından əldə etdiyi milyonlara qane olmayan F.Məmmədov, bibisi oğluna “QAZ-24” 57-AA-004 dövlət nömrə nişanlı, eyni zamanda köhnə, tamam yarasız vəziyyətdə olan avtomobili 2-3 min dollara aldırır. Sonra da rəhbərlik etdiyi bankın Şəmkir şöbəsinə 35 (otuz beş) milyon manat ödəməklə, guya bibisi oğlundan sponsorluq etdiyi “Yasamal” klubunun prezidenti Fərhad Məmmədova xidməti maşın kimi alır. Qısa müddət ərzində həmin kluba 35 (otuz beş) milyon pul köçürülür və Fazil Məmmədov həmin avtomobili özünə xidməti avtomobil kimi aldırır. Beləliklə dəyəri təqribən 2-3 min dollar civarında olan avtomobil 70 (yetmiş) milyon manata, yaxud da 60-70 min dollar civarında qiymətləndirilməklə, dövlətin vəsaiti Fazil Məmmədov tərəfindən belə bir yollarla mənimsənilir.

F.Məmmədovun düsmən ölkə ilə ticarət əlaqəsi

F.Məmmədov Ermənistanla sərhəd zolağında yerləşən Şəmkir rayonundandır və adı çəkilən şəxsin rayon ərazisindəki bütün istehsal sahələrini təsir dairəsində saxlaması da həqiqətdir. (Sanki bu şəxs Şəmkiri özəlləşdirib)
İstehsal sahələri içərisində toyuqçuluğun daha öndə olması hər kəsə məlumdur. Buna baxmayaraq, Şəmkirin toyuqçuluq təsərrüfatındakı toyuq-cücələrin Şəmkirdən başqa digər rayonların ərazisində satılmaması və bəzən elə bu rayonun özündə yoxa çıxması, olduqca təəccüblü hal olur. Ola bilməz ki, respublikamızın daha çox gəlir gətirən nazirliyinə rəhbərlik edən bir şəxsin nəzarət etdiyi sahə bu qədər zəif olsun.
F.Məmmədov Şəmkir şöbəsinin müdiri olan müddət ərzində, yalnız əmisi oğlu Şahin adlı şəxsə məxsus “Rövşən” kiçik müəssisəsinə 5 milyon dollar civarında qarantiyasız kredit verdirir. Dəfələrlə bu iş üzrə məhkəmə araşdırmaları da aparılmışdır. Hakimiyyətin yüksək eşalonunun nümayəndəsinin himayədarlığı və əmisi oğlu Şahinin müammalı şəkildə 2004-cü il iyun ayında Heydər Əliyev Beynəlxalq Hava Limannı yaxınlığındakı yolda avtomobil qəzasına düşməsi və aldığı xəsarətdən 23 gün sonra xəstəxanada dünyasını dəyişməsi, başlanmış araşdırılmaların qapadılmasına səbəb oldu.
Ümumiyyətlə, “Aqrar Sənaye Bankı”nın Şəmkir şöbəsi üzrə, 01 iyul 2000-ci il tarixə kimi 13 milyard 421,6 milyon manat ssuda qalığının hamısı Fazil Məmmədov tərəfindən mənimsənilir.
Hörmətli oxucular!Adı çəkilən nazirin digər maxinasiyaları ilə bağlı açıqlamalarımızı növbəti sayımızda oxuya biləcəksiniz. Araşdırmalarımız davam edəcək.

Bəhlul Orucoğlu
Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” yaradır?

    13 müşaviri olan nazir - Fazil Məmmədov “tabor” ...

    3-02-2016, 14:01

  • 
  • Bakıda vergi borcuna görə iki nəfər həbs olundu

    Bakıda vergi borcuna görə iki nəfər həbs olundu ...

    12-10-2015, 13:04

  • 
  • “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə çəkişməsi: ifadələr fərqlənir

    “Qanun” nəşriyyatının Vergilər Nazirliyi ilə ...

    24-01-2014, 15:11

  • 
  • Vergilər Nazirliyində struktur dəyişikliyi

    Vergilər Nazirliyində struktur dəyişikliyi ...

    9-06-2016, 11:23

  • 
  • Vergilər Nazirliyi "Qanun" nəşriyyatını 150 min cərimə etdi

    Vergilər Nazirliyi "Qanun" nəşriyyatını ...

    28-02-2014, 18:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu