GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Mehman Əliyev: “60 illiyimi böhran vəziyyətində qeyd edirəm”

Mehman Əliyev: “60 illiyimi böhran vəziyyətində qeyd edirəm”

Tarix: 30-10-2017, 10:43 Bölmə :GündəmXəbər / Manşet Baxış: 592
Mehman Əliyev: “60 illiyimi böhran vəziyyətində qeyd edirəm”



“Gün ərzində 6 saat da adam kompüterdə oturar?”

Müasir Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Turan” agentliyinin direktoru Mehman Əliyevin 60 yaşı tamam oldu. Baxmayaraq ki, 27 yaşlı “Turan”ın 60 yaşlı direktoru nə yubiley keçirməyə həvəslidir, nə ad günü söhbətlərinə. Hətta yubiley gününü də iş başında qarşılayıb. Amma çağdaş jurnalistikamızın memarlarından biri ilə ən azı tarix naminə müsahibəni reallaşdırdıq.

- Mehman bəy, düz 10 il əvvəl, elə bu günlərdəki müsahibəmizi “Mehman Əliyev də 50 yaşını aşırdı”-yazaraq başlamışdım. 10 il keçdi və 60-ı da aşırdınız. Necə hissdir? Bu illər yaddaşınızda necə qaldı?

-Yaxşılığa doğru yox, bütövlükdə pisliyə doğru getdi. Bu illəri bəlkə də iki hissəyə bölmək olar: bir var mənim şəxsi həyatım, bir də var ölkənin həyatı. Bunlar bir-birinə bağlıdır. Bu dövrdə ölkədə neft bumu başlandı, böyük neft pulları gəldi, çox adam, cəmiyyətdə müəyyən kəsim varlanmağa başladı. On ilin birinci yarısında hamı gözləyirdi ki, bu, belə davam edəcək, uzunmüddətli olacaq və ancaq yüksələn xətlə gedəcək. O zaman isə bütövlükdə azad medianın vəziyyəti pisləşirdi. Yəni azad medianın səhnədən getməsi, bir institut kimi yox olması prosesi gedirdi. Çünki böyük neft pulları paralel olaraq medianın susdurulmasına yönəlmişdi. Yəni 10 ilin ikinci hissəsində isə ölkə özü böhrana düşdü və hakimiyyət azad media üçün yaratdığı böhranı bu gün özü də yaşayır. İndi bütövlükdə hamımız bərabər vəziyyətdəyik, yəni hamımız böhran içindəyik. Bir var bizim media olaraq “Turan”ın uzun illər çəkən böhranı, bir də var ölkənin, hakimiyyətin özünün böhrana düşməsi. Yəni əslində mən 60 illiyi böhran vəziyyətində qeyd edirəm.

- Böhrana görəmi yubileyinizi də iş başında qeyd elədiniz?

- Əslində “Turan” ətrafındakı son olaylar bəlkə də iş yerimizi daha çox dəyərləndirməyə vadar elədi. Yəni istintaq dövründə hamını çağırırdılar, əməkdaşlara çoxlu təzyiqlər var idi. Amma bütövlükdə hamı layiqincə bu vəziyyətdən çıxdı, uşaqlar durdular. Əlbəttə ki, hər kəsin şəxsi həyatı var, maraqlar, xarakterlər fərqlidir. Amma bu vəziyyət bizi daha çox bir-birimizə yaxın elədi. Əsasən də bizi bağlayan 93 kv m-lik məkan bizi daha da yaxınlaşdırdı. Rəhmətlik Vəfa Quluzadə “Azərbaycanda yeganə azadlıq adası” deyərdi. Tez-tez ofisə gələrdi və deyərdi ki, mən bura azadlıq havasını almaq üçün gəlirəm. Ona görə də işdə qalıb işləmək istəyi var. Özümə gəldikdə, əlbəttə ki, bu vəziyyət xeyli problemlər yaradıb, ona görə də hansısa boşluqları doldurmaq üçün daha çox işləməyə məcbursan.

- Ümid edək ki, 65-70 illiyinizi inkişaf etmiş ölkədə qeyd edərsiniz...

- Mən heç vaxt yubiley keçirmək həvəskarı olmamışam. Heç vaxt mənim yubileyim təntənəli şəkildə olmayıb. Mən həmişə yubileyə sadə baxmışam, belə məsələlərə o qədər də əhəmiyyət vermirəm. Amma təbriklər oldu, sağ olsunlar. 89 yaşlı atam da “səni görum 100 yaşayasan” deyib, təbrik elədi.

- İllər öncə demişdiniz ki, ana tərəfiniz əslən Güneydən, Ərdəbildəndir, amma ana qohumlarınızla əlaqəniz itib. Ötən illərdə araşdırmaçı jurnalist heç olmasa özünün o taydakı qohumlarını axtarıb tapa bildimi?

“Qızım dedi ki, mən heç vaxt jurnalist olmayacağam. Bu, nə sənətdir, dəlixanadır...”
- Mən heç özüm-özümü tapa bilmirəm, nəinki o taydakı qohumlarımı. Bu işlərə o qədər başım qarışır ki...Bəzən konfranslara getmək lazım gəlir, ancaq vaxtım olmur, gedə bilmirəm. Ümumiyyətlə, son illər daha çox gərgin və qalmaqallı olub.

- Yəni bu on ildə 10 gün tapa bilmədinizmi Ərdəbilə gedəsiniz?

- Əslində həqiqətən də tapa bilmədim. Mənim yoldaşım, daha çox da qızım qınaq edir ki, sən bir dəfə də bizi, ailəni götürüb harasa istirahətə aparmamısan. Nəinki xaricə e, Azərbaycanın hansısa bir rayonuna da aparmıram, çünki vaxt tapa bilmirəm. Atam Yardımlıda doğulub. Ora da vaxt olsa, xeyir işə bir günlük, yaxud Allah eləməsin, kimsə vəfat eləyəndə səhər gedib, axşam qayıdırsan. Yəni gedib bir neçə gün qalmağa demək olar ki, imkan olmur. Həqiqətən də indiyə qədər ailəlikcə nə gəzməyə, nə istirahətə getməmişik, bax, belə bir vəziyyətdə yaşayırıq.

- Şəxsi həyatı bir tərəfə qoymusunuz...

- Deməzdim tamam bir tərəfə qoymuşam. Mən çalışıram ki, ailəm üçün nə isə edim. Məsələn, bazar günü evdə, ailədə olmağa çalışıram. Xoşlamıram ki, bazar, ya şənbə günləri harasa, hansısa tədbirə dəvət edirlər. Kimlərsə bazar günü iclas keçirəndə demişəm ki, bazar günü istirahət olmalıdır, bu gün hansısa iclas, tədbir keçirməzlər. Bu, müqəddəs gündür, ailə günüdür. Çünki biz iş adamlarıyıq, bizim bir günümüz var, onu da ailəyə həsr edirsən. Qalan günlər əlbəttə ki, gec gəlirsən. Yoldaşım deyir sən elə bil ki, yataqxanada yaşayırsan, evə ancaq yatmağa gəlirsən. (gülürük) Amma nə edəsən, belədir də vəziyyət. Ailə saxlamaq lazımdır, az da olsa, nə isə qazanırsan.

- Dediniz ki, istirahət üçün ailəlikcə bölgələrə belə gedə bilmirsiniz. Bəlkə də ona görədir ki, siz illərdir könlünüzü dənizə vermisiniz. Elədir?

- Açığını deyim ki, mən dənizdən məhrum idim, ancaq bu il bir az başqa cür yanaşdım. Deyək ki, səhər saat 8-də dururam, 9-un yarısı işə gedirəm, axşam qayıdıram. Deməli, dənizi görmürəm. Bu dəfə fərqli qrafik qurdum. Səhər tezdən durub gedirdim dənizə, saat 8-ə qədər dənizdə olurdum, yeməyimi yeyib çimirdim, işə gedirdim. Yəni mən bununla kompensasiya elədim. Bu il dənizə tez-tez gedib üzürdüm. Kürdəxanıdan, həbsdən çıxandan sonra yaxşı vaxta düşdü. Sentyabrın 10-12 günü günəşli hava oldu. Elə səhərdən gedirdim, saat 2-3-ə qədər üzürdüm, otururdum dəniz kənarında, özümlə kofe, çay aparırdım, dostumla birgə istirahət edirdik. Bax, beləcə bir az istirahətin ləzzətini ala bildim. Evdən məni çağırırdılar ki, “gəl evə”. Başa düşürəm, darıxmışdılar, istəyirdilər evdə oturum.

- Yubiley ərəfəsində Kürdəxanıya düşmək də varmış taleyinizdə...Oradakı 18 gün 18 il kimi keçmədi ki?

- Yox, orda vaxt çox tez keçirdi. Əslində mən “zon”a getməyə hazırlaşırdım. Düşünürdüm ki, aşağısı 3 il olacaq. Birinci dəfədir ki, orda mən real istirahət elədim.(gülür) Çünki orada heç yerə getmək lazım deyil. Kitab oxuyursan, yatırsan. Gündə 2-3 dəfə idman edirdim. Bəzən uşaqlarla birgə krossvord həll eləyirdim. Telekanallara demək olar ki, baxa bilmirdim.

- Camaat da bayırda narahat idi ki, Mehman bəy həbsdədir...

- Hə, təxmini belə. Ancaq yenə deyirəm, son illərdə ilk dəfə idi ki, mən real olaraq istirahət elədim. Yenə də qalıb istirahət edərdim. Bəzən məhkəməyə gedirdik, qətimkan tədbirinin dəyişdirilməsi və s. bağlı. Vəkil Fuad Ağayevə deyirdim ki, ay Fuad, məni bu yola niyə salırsan, gül kimi oturmuşam da, qoymursan istirahət eləyim. Maşınla şəhərə get, məhkəmədə otur, qayıt, sən özün get, iştirak elə də.

- Gitarada ifa indi də davam edirmi?

- Yox, çox nadir hallarda olur. Son 3-4 aydır heç əlimə götürmürəm. Səhər gedirsən, axşam gəlirsən. Vaxt tapa bilmirsən. Ümumiyyətlə, bizim işimiz belədir. Jurnalistika çox pis sənətdir. Məmurlara baxıram, səhər saat 9-da işə gəlirlər, 6-da evə gedirlər, əksəriyyəti 8 saatını işləyir. Bizdə iş 8 saat deyir axı. Bu gün hesabladım, aşağısı 6 saat kompüter qarşısında oturmuşam. 6 saat da adam kompüterdə oturar? Anormal bir şeydir. Çox çətin və səfeh işdir. Adam az olanda lap pisdir, digərlərinin də yerinə işləməyə məcbursan.

“Qənaətim belədir ki, vəziyyət kifayət qədər ağırdır”
- Məşhur ifadə ilə desək, deməli, ikinci dəfə dünyaya gəlsəydiniz, jurnalistikanı seçməzdiniz, eləmi?

- Yox, əlbəttə ki, olmazdım. Ümumiyyətlə, heç uşaqlıqdan məndə jurnalistikaya həvəs yox idi. Təsadüf oldu.

- Bəlkə də hərbi sahəni seçsəydiniz, indi çox məşhur bir general idiniz.

- Hərbi sahəni istəyirdim. Mən lap kiçik vaxtımdan valideynlərimdən tələb edirdim ki, - o vaxt hələ bizdə “Naxçıvanski” yox idi - məni göndərin Rusiyaya, “Suvorov” məktəbində oxumaq istəyirəm, hərbçi olacağam. Həmişə hərbçi olmaq istəmişəm. Amma 8-ci sinfi bitirəndə artıq musiqi ilə məşğul olmağa başladım. 1973-cü ildə məni hərbi komissarlığa çağırdılar. “Naxçıvanski” təzə açılmışdı. Hərbi komissar mənə rusca kitab verdi ki, “oxu”. Mən də rusca təhsil alırdım axı. Götürdüm kitabı, başladım oxumağa. Dedi gəl, səni “Naxçıvanski”yə göndərim. Artıq mən seçim etməli idim: ya hərbçi, ya da musiqiçi olmaq. Mən musiqiyə üstünlük verdim, hərbidən imtina etdim.

- Bəs, musiqiçi olaraq nə qazandınız?

- Musiqiçi olaraq o illərdə nə isə qazanmışam. Musiqi mənim əsas sənətim deyildi ki. Sadəcə olaraq hobbim idi.

- Niyə peşəkar musiqiçi olmaq istəmədiniz?

- Mən çətin ki, peşəkar musiqiçi olardım. Mən peşə məktəbində oxuyanda, ya zavodda işləyəndə işdən sonra gedib ifa edirdim. Elə bil ki, ürəyin üçün olan bir şey idi. Həm də səmərəli vaxt keçirmək üçün.

- Ailədə neçə övlad olmuşunuz?

- 3 qardaş idik. Mən ortancıl olmuşam. Kiçiyi bir il bundan əvvəl vəfat elədi.

- Allah rəhmət eləsin! Mehman bəy, Azərbaycana qarşı basqılar artıb. Siz indiki durumda hansı qənaətdəsiniz?

- Qənaətim belədir ki, vəziyyət kifayət qədər ağırdır. Hakimiyyət ciddi islahatlara getmək istəmir. Məncə, ciddi proqram da yoxdur. Sadəcə olaraq taktiki addımlar atırlar. Addımlar hakimiyyəti, öz mövqelərini, stabilliyi saxlamağa, cəmiyyətin fəallığının qarşısını almağa daha çox yönəlib. Ciddi, real, geniş islahatlar aparmaqdan qorxurlar. Çünki məncə, islahatların aparılmasını hakimiyyətin itirilməsi kimi görürlər. O da çox yaxşı perspektiv vəd eləmir. Əslində təkrar olunur. 2012-13-cü illərdə vətəndaş cəmiyyətinə ciddi basqılar var idi, həbslər gedirdi. Bu, onunla nəticələndi ki, Azərbaycan böhrana girdi. Təkcə iqtisadi böhrana deyil, sistemli böhrana. Nə müxalifətin, nə vətəndaş cəmiyyətinin, nə də ki, medianın bu böhranın yaranmasında iştirakı olmayıb. Bu böhranı hakimiyyət özü yaratdı. Əlbəttə ki, burada xarici təzyiqlər də olub. İndi təkrar olunur. Yenə də vətəndaş cəmiyyətinə basqı var, yenə də 2018-ci il seçkilərinə hazırlıq gedir. Mən açığını deyim ki, hansısa ciddi problem yarana bilər. Bu, çox təhlükəli bir durumdur.

- Mehman bəy, yuxarıda şikayətlənməyinizdən belə başa düşdüm ki, yeganə övladınızın jurnalist olmağını istəməzsiniz. Səhv etmirəm ki?

- Qızım hələ məktəbli olanda yay vaxtı onu özümlə “Turan”a aparırdım. Özü maraqlanırdı, mən də tapşırıq verirdim ki, xəbərlər hazırlasın. Sonra uşaqlar mətbuat konfransına gedəndə göndərirdim ki, get, qeydlər apar, sən də yaz. Bir dəfə qayıtdı ki, bilirsən nə var, mən heç vaxt jurnalist olmayacağam. Bu nə sənətdir, dəlixanadır. (gülür)

gundemxeber.az bir daha Mehman Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edir, uzun, sağlam ömür arzulayır!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44

  • 
  • Mehman Əliyev həbsdə qaldı

    Mehman Əliyev həbsdə qaldı ...

    30-08-2017, 18:16

  • 
  • ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib

    ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar ...

    25-08-2017, 11:30

  • 
  • Mehman Əliyev azadlığa buraxılmadı

    Mehman Əliyev azadlığa buraxılmadı ...

    6-09-2017, 16:00

  • 
  • Turan agentliyinin direktoru Mehman Əliyev saxlanılıb

    Turan agentliyinin direktoru Mehman Əliyev ...

    24-08-2017, 22:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu