Turan agentliyinin direktoru vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma maddələri ilə bağlı iş üzrə şübhəli şəxs qismində saxlanılıb, Turan agentliyi xəbər verir.
Məlumata əsasən, Mehman Əliyev Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayonunun polis idarəsinə gətirilib. Mehman Əliyevin vəkili, işlə tanış olmağa imkan verilmədiyini deyir. Fuad Ağayevin sözlərinə görə, Vergilər Nazirliyinin araşdırması ilə bağlı məhkəmədən sonra Mehman Əliyevə ifadə vermək üçün idarəyə getmək təklif olunub. "Burada ona gözlənilmədən elan ediblər ki, o artıq şübhəli statusunda nəzərdən keçirilir". "Mənim üçün bu gözlənilməz oldu. Belə ki, məndən vəkil orderini istədilər və onun olmadığı üçün binadan çıxmağımı tələb etdilər", - BBC Azərbaycancaya danışan Fuad Ağayev deyib. "Müdafiədə iştirak etmək üçün orderə müraciət etməliyəm. Hələlik heç bir sənədlə tanış olmaq hüququm yoxdur". Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb. Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb. Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib./bbc.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?