Gəncədə vətəndaşların əksəriyyəti Daxili İşlər Nazirinin qəbuluna buraxılmadı
Bu haqda məlumatı "Gündəm Xəbər"ə müraciət edən Gəncə sakini Röya Səlimova çatdırıb. Müraciət müəllifi qeyd edir ki, “mən xəbər portalında oxudum ki, cənab Ramil Usubov Gəncəyə gələcək. Nazirlə görüşmək üçün ərizə yazıb Gəncə şəhər Baş Polis İdarəsinə təqdim etdim. Bir gün sonra məni adı çəkilən idarəyə dəvət etdilər və qəbul zamanı onların adlarını çəkməməyimi bildirdilər. “Səni qəbula salacağıq, amma döyülmə faktı ilə bağlı görüş zamanı heç nə demə. Az sonra mənə polis əməkdaşlarından şikayətçi olmamağım barədə ərizə yazdırdıqdan sonra gözləməyimi bildirdilər. Qəbulun oktyabr ayının 20-nə kimi olacağını öyrəndim və mənim hansı səbəbdən polisə çağrılmadığımı soruşduqda DİN sənin ərizəni və şikayətini qəbul etmir dedilər. Ramil Usubovla görüşməyimin səbəbi isə o idi ki, polis əməkdaşı olan keçmiş həyat yoldaşım Vüsal Səlimovun, anasının və dostunun məni bu ilin 24 apreldə "Aura Park" ticarət mərkəzində döymələri idi. Müxtəlif bədən xəsarətləri almağıma baxmayaraq, hələ də polis sıralarında çalışan keçmiş həyat yoldaşım Vüsal Səlimov, onun müəllimə işləyən anası, həmçinin yaxın dostu ilə bağlı qanunauygun hər hansı tədbir görülməyib. Əksinə bir müddət öncə həmin hadisə ilə bağlı, yəni döyüldükdən sonra həkim ekspertizasından keçəndən dərhal sonra, Baş Polis İdarəsinin müstəntiqi Amil Əliyev məni çağırdı və hər üç nəfəri, iki kişi və bir qadını döyməyimlə bağlı məni hədələməyə başladı. Əldə etdiyimiz məlumatlardan və sənədlərdən məlum oldu ki, həqiqətən də Röya Səlimova 24 aprel günü "Aura Park" ticarət və əyləncə mərkəzinin qarşısında Vüsal Səlimov, onun dostu və anası tərəfdən döyülsə də, bu gün onlara bağlı müvafiq tədbir görülməyib. Vüsal Səlimov imtizam qaydalarını pozması ilə əlaqədar, bir müddət bundan əvvəl işlədiyi Samux rayonundan Ucar rayonuna dəyişdirilib. Daha bir məmur övladının özbaşınalığı Uzun müddət ərzində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Gəncə şöbəsinin müdiri vəzifəsində çalışmış, hazırda isə Əmlak Məsələləri Dövlət Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşı olan Fədai Səlimovun övladı Vüsal Səlimov, 2004-cü ildə 132-ci maddə ilə məhkum olmasına baxmayaraq, görünür məmur övladı olduğundan hələ də polis sıralarındadır. Ona 18 iyun 2004-cü ildə Kəpəz rayon Məhkəməsi tərəfindən 132-ci maddə ilə hökm oxunmasının səbəbi isə, birinci hamilə olan həyat yoldaşını döyərək xəsarət yetirməsi və döyülmə nəticəsində hamilə qadının müəyyən xəsarətləri alması olmuşdur. Hazırda ikinci həyat yoldaşına qarşı da zorakılıq işlədərək onu döyməsinə baxmayaraq, Vüsal Səlimov bu gün həm cəzasız qalır, həm də polis sıralarında çalışr. Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən əməllərinə göz yumulan bu polis nəfəri ilə bağlı DİN-nə müraciət etmək istəyən gənc ananın bu gün ən böyük dərdi övlad dərdidir. Onun övladlarının məhkəmə tərəfindən ona verilməsinə baxmayaq, bu gün Vüsal Səlimov və onun valideynləri hegemonluq edərək uşaqları ona vermirlər. Üstəlik təhsildən bir ildən çoxdur ki, yayındırırlar. Bu məmur ailəsinin özbaşınalığı ilk deyil. Əvvəllər Vüsalın və onun atasının torpaqla bağlı qalmaqalları, onun polis orqanından davranışlarına görə xaric olunması və yenidən bərpa olunması, Gəncədə bir çoxlarına məlumdur. Sonuncu dəfə Samuxda yol polisi əməkdaşı ilə mübahisə zəminində dava-dalaş salan bu məmur övladı, indi də Samux rayonundan Ucara dəyişdirilib. Görünür Gəncədən Lənkərana dəyişdirilən və çox keçməmiş polis sıralarından xaric olunan və daha sonra polis sıralarına bərpa olunan bu məmur övladının arxasında kim və yaxud da kimlərsə durur. Bu gün Röya Səlimovanın döyülməsi faktı öz təsdiqini tapsa da, bu şəxs cəzasız qalmaqdadır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?