Xəbər verildiyi kimi dünən Daxili İşlər Nazirliyində (DİN) 2012-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Hüquq mühafizə orqanlarındakı mənbədən Elitar.Az saytına daxil olan məlumata görə, iclas zamanı daxili işlər naziri Ramil Usubov polis rəislərindən birini danlayaraq iclasdan qovub. Mənbənin dediyinə görə, həmin şəxs Füzuli rayon Polis Şöbəsinin rəisi Kamandar Əsədovdur: “Nazir Füzuli Rayon Polis Şöbəsinin qarşısında baş verən intihara cəhd hadisəsi ilə bağlı əsəbiləşib. Dünənki iclasda nazir rayonun polis rəisi Kamandar Əsədovu bu hadisəyə görə danlayıb və iclasdan qovub”. Qeyd edək ki, yanvarın 26-da Füzuli rayon Polis Şöbəsinin qarşısında Füzuli sakini Dünyamin Adıgözəlov özünü yandırıb. Onun atası Çoban Adıgözəlovun sözlərinə görə, oğlu polis şöbəsinin rəis müavini Rahim Mirzəyevlə sözü tərs gəldiyindən intihar etmək istəyib. Özünü yandıran D.Adıgözəlov hazırda xəstəxanadadır və vəziyyəti ağırdır.
Sorğu
Yeni dizaynımız necədir?