GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Həbsdən qaçan avtoritetin sirr kimi ölümü: sensasion iddialar

Həbsdən qaçan avtoritetin sirr kimi ölümü: sensasion iddialar

Tarix: 3-11-2017, 11:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 607
Həbsdən qaçan avtoritetin sirr kimi ölümü: sensasion iddialar


“Qoca” 350 kilometr yolu necə qət edib?; Sərhəddən keçə bilməyən Etibar Məmmədov nədənsə, Hacıqabuldan başqa istiqamətə deyil, daha riskli olan Bakı ətrafına qayıtmaq istəyirmiş; qaçmış məhkumun özünü vurduğu versiyası da var; onun cəsədinin yalnız bir neçə gündən sonra ailəsinə təhvil veriləcəyi deyilir...

Oktyabrın 23-də Astaradan Bakıya gələn qatardan qaçmış kriminal avtoritet, “Qoca”ləqəbi ilə tanınan Etibar Məmmədov noyabrın 2-nə keçən gecə xüsusi əməliyyat nəticəsində öldürülüb. Güzdəkdə keçirilən əməliyyatda “Qoca” ilə bərabər onu Hacıqabulda evindən gizlətmiş İlqar Əzimov da zərərsizləşdirilib. Rəsmi məlumatda onların xəstəxanaya aparılarkən yolda öldükləri bildirilir.

Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Anar Əsgərovdur. Digər yaralı isə 1993-cü il təvəllüdlü Şahmar Bəyəlizadədir. Ş.Bəyəlizadənin yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir.

Əməliyyat zamanı Anar Əsgərov sol qolun bazu nahiyəsindən güllə yarası alıb və qolu sınıb. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib. Şahmar Bəyəlizadənin yarası ağır olmadığından hüquq-mühafizə orqanlarına təhvil verilib. Əməliyyat olunan Anar Əsgərov isə xüsusi nəzarət altında saxlanılır ki, onun Ədliyyə Nazirliyinin dustaqlar üçün nəzərdə tutulmuş müəssisələrdən birinə köçürüləcəyi gözlənilir.

Poyluda izini itirən məhbus meşədən necə çıxıb?

“Qoca” xüsusi əməliyyat nəticəsində Bakı yaxınlığında öldürülsə də, onunla bağlı bəzi suallar qalmaqdadır. Məlumdur ki, “Qoca” qatardan qaçdıqdan sonra Ağstafaya gedib. O, Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla Gürcüstana qaçmaq istəyib. Bu məqsədlə “Qoca” Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları onun gizləndiyi maşını saxlayıb. Həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev deyib ki, “Qoca” bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçməyə cəhd edib.

Onun sözlərinə görə, məhbus polis postuna çatanda avtomobilin baqajında gizlənib: “Sonuncu dəfə Gürcüstana keçmək istəyəndə bizi saxladılar. Bu vaxt o, baqajdan düşərək qaçdı”.

Bildirilirdi ki, “Qoca” maşından düşərək meşəlik əraziyə qaçaraq izini itirib. Sərhədi keçə bilməyən kriminal avtoritetin bundan sonra başına nə gəldiyi bilinmir, amma onun hansı yollarla meşədən çıxa bildiyi və paytaxt istiqamətinə necə (və niyə sualına sonra qayıdacağıq) qayıtdığı da sual doğurur.

Ya qatar, ya avtomobil yolu...

Ağstafadan Bakı şəhərinə olan məsafə 450 km-dir. Ağstafadan son gizləndiyi Hacıqabula gəlmək üçün isə iki yol var: dəmiryolu, avtomobil yolu. Bir ehtimala görə, onu Ağstafadan Hacıqabula məhz sözügedən yük maşınında gətiriblər. Hacıqabuladək olan təxminən 350 km yolu necə gəlməsi və postları necə keçməsi hüquq-mühafizə orqanlarının işidir. Mümkündür ki, “Qoca” qatarla da gəlsin, çünki ora gizlənmək üçün (elə qaçmaq üçün də) əlverişlidir.

Amma rəsmi məlumatda deyilir ki, əməliyyatda öldürülən İlqar Əzimov “Qoca”nı Hacıqabulda evində gizlədibmiş. “Qoca”nın evdə neçə gün və ya neçə saat gizlənməsi barədə rəsmi məlumat yoxdur. Rəsmi məlumatda bildirilir ki, onun Hacıqabul rayonunda tanışı İlqar Əzimova məxsus evdə gizlənməsi barədə əməliyyat məlumatı olub.

Amma o sual da açıq qalır ki, əməliyyat niyə onların olduğu evdə yox, Bakı yaxınlığında gerçəkləşib. Rəsmi məlumatdan sitat: “Etibar Məmmədov və İlqar Əzimovun noyabr ayının 1-i saat 23 radələrində sonuncuya məxsus avtomobildə paytaxt sakinləri Anar Əsgərov və Şahmar Bəyəlizadə ilə birlikdə Bakı-Ələt yolunda hərəkətdə olmaları müəyyən edilib və onların saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Lakin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının nəqliyyat vasitəsini polis postunda saxlamaq barədə qanuni tələbinə tabe olmayan adları çəkilən şəxslər avtomobili onların üzərinə sürmüş və odlu silahdan atəş açmaqla həmin ərazidən uzaqlaşmağa cəhd göstəriblər. Əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanmış və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər”.
Göründüyü kimi, sərhəddən keçə bilməyən “Qoca” nədənsə, Hacıqabuldan başqa istiqamətə deyil, daha riskli olan Bakı ətrafına qayıtmaq istəyirmiş. Ehtimal etmək olar ki, “Qoca” və yanındakılar izləndiklərini bilməyiblər, ya da gec duyuq düşüblər. Ümumiyyətlə, “Qoca”nın silahlanaraq Bakıya niyə qayıtmaq istəməsi də maraqlı mövzudur. “Qoca” Bakıya kiminləsə yarımçıq qalmış haqq-hesab çəkməyə də gələ bilərdi. Daha bir iddiası budur ki, “Qoca” sağ ələ keçməmək üçün özünü vurub. Rəsmi məlumatda bildirilir ki, avtomobilə baxış zamanı iki ədəd “Makarov” markalı tapança, xeyli sayda patron və giliz, bir ədəd əl qumbarası, bir ədəd bıçaq, uzun müddət çöl şəraitində yaşamaq üçün zəruri olan konservləşdirilmiş ərzaq məhsulları, tibbi preparatlar, ləvazimatlar, geyim əşyaları və s. aşkar edilib götürülüb.

“Maloletkadan” “Qoca” ya çevrilən ömür...

Kriminal aləmdə “Qoca”, “Etibar Hacıqabullu”, “Brodyaqa Etibar” ayamaları ilə məşhurlaşmış 37 yaşlı E.Məmmədov uşaq yaşlarında cinayət törətdiyi üçün həbsə düşüb.

Yetkinlik yaşına çatmamışların cəza çəkdiyi müəssisədə E.Məmmədov “maloletka”da qaldığı dövrdə həbsxana nəzarətçisini qətlə yetirib. Yaşı az olduğu üçün bu cinayətə görə 10 il azadlıqdan məhrum edilib.

“Etibar Hacıqabullu” azadlığa çıxdıqdan sonra Bakıda və Azərbaycanın başqa bölgələrində kriminal “razborkalar”a qoşulub. Dəfələrlə xırda cinayətlərə görə saxlanılıb, lakin bir müddət sonra azadlığa çıxa bilib. “Qoca”nın bir neçə gün əvvəl həbsdən azad edilmiş “Lotu Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifova yaxın olduğu deyilirdi.

O, 2015-ci ilin noyabrında Şirvan şəhərində 2 nəfərin xuliqanlıq zəminində qətlə yetirilməsi cinayətindən sonra həbs edilib. Belə ki, Şirvan şəhərində kriminal “razborka” zamanı Elvin Nəciyev və Zaur Sarıbalayevin qətlə yetirilmələri ilə əlaqədar tutulan 5 nəfər arasında olub. Qətlə yetirilən Elvin Nəciyev isə kriminal aləmdə “Krıtıy Elvin” adı ilə tanınıb. Hazırda bu işin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsində aparılır və prokuror Etibar Məmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

E.Məmmədovla birgə qaçan Əli Ağamiyə qarşı isə istintaq orqanı tərəfindən yeni ittiham irəli sürülüb. Ona qarşı daha bir maddə üzrə Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) maddəsi ilə cinayət işi açılıb. “Qoca” ilə bağlı isə cinayət işinə xitam veriləcək. Onun cəsədinin yalnız bir neçə gündən sonra ailəsinə təhvil veriləcəyi də gələn xəbərlər sırasındadır./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qatardan qaçan "Qoca” ləqəbli dustaq öldürüldü - YENİLƏNİB

    Qatardan qaçan "Qoca” ləqəbli dustaq ...

    2-11-2017, 10:51

  • 
  • “Qoca”nı evində gizlədən şəxs də öldürülüb - TƏFƏRRÜAT

    “Qoca”nı evində gizlədən şəxs də öldürülüb - ...

    2-11-2017, 11:01

  • 
  • “Qoca” ilə qaçarkən yaralanan şəxslərdən biri Pentensiar Xidmətin müəssisəsinə aparılıb

    “Qoca” ilə qaçarkən yaralanan şəxslərdən biri ...

    2-11-2017, 11:15

  • 
  • Səhiyyə Nazirliyindən "Qoca"nın yaralanan adamları ilə bağlı AÇIQLAMA

    Səhiyyə Nazirliyindən "Qoca"nın ...

    2-11-2017, 12:40

  • 
  • “Lotu Qoca”nın meyiti Bakıya gətirildi

    “Lotu Qoca”nın meyiti Bakıya gətirildi ...

    20-08-2013, 12:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu