Onun cənazəsini hava limanında 30-a yaxın avtoritet qarşılayıb
İki gün əvvəl Türkiyədə qətlə yetirilən və “Lotu Qoca” ləqəbi ilə tanınan məşhur avtoritet Əlibala Həmidovun meyiti Bakıya gətirilib. “Qafqazinfo”ya daxil olan xəbərə görə, “Lotu Qoca”nın cənazəsi İstanbul-Bakı reysi ilə kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə bu səhər Bakıya gətirilib. Cənazəni hava limanında 30-a yaxın avtoritetin müşayiəti ilə qarşılanıb. Hazırda Yasamal rayonu ərazisində, Şərifzadə küçəsində avtoritetin yas çadırı qurulub.
Qeyd edək ki, iki gün əvvəl “Qafqazinfo”ya “Lotu Qoca” ləqəbi ilə tanınan Əlibala Həmidovun Türkiyədə öldürülməsi ilə bağlı xəbər daxil olmuşdu. Rusiya mətbuatı da faktı təsdiqləmiş, onun hadisə yerində aldığı üç güllə yarasından sonra öldüyünu bildirmişdi.
Sorğu
Yeni dizaynımız necədir?