Xəbər verildiyimiz kimi bir neçə saat öncə İstanbul polisi məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifova (Lotu Quli ləqəbi ilə məşhurdur) qarşı sui-qəsd cəhdinin qarşısını alıb.
Xatırladaq ki, Azərbaycanda 20 illik həbs cəzasını çəkmiş N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdı. Azadlığa çıxdıqdan sonra N.Səlifov İstanbula yollanmışdı. Azad edildikdən dərhal sonra N.Səlifov Azərbaycanın kriminal cımiyyətinin başçısına çevrilib, bundan əlavə, onu postsovet məkanının kriminal aləminin alternativsiz lideri kimi tanıyıblar. A24.az xəbər verir ki, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsdin hazırlanması barədə operativ məlumat alıblar. Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət killer qrupu gəlib. Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb.
Killer dəstəsinə öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib. Qrupa həmçinin aşağıdakı şəxslər daxil olublar: Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, Əbdurrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin. A24.az burada başqa bir maraqlı informasiyan oxucuların nəzərinə çatdırır. Belə ki, 2016-cı ilin avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalan və xəstəxanada dünyasını dəyişən tanınmış qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hadisə baş verəndən dərhal sonra İstanbula getmişdi. N. Canıyev qardaşının cənazəsi ilə bərabər ölkəyə qayıtmışdı və dəfn mərasimində iştirak edib. Yerli KİV-də yayılan məlumata görə, N. Canıyev gömrük sahəsində yüksək vəzifə sahibidir, eyni zamanda gömrük polkovnikidir ./Enter.News
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?