Xəzərdə yaxta gəzintisi zamanı batan azərbaycanlı model Günel Mirzəyevanın ailəsi mətbuata müraciət ünvanlayıb.
gundemxeber.az bildirir ki, Publika.az-a daxil olan müraciətdə ailə qızlarının ölümü ilə bağlı dərc edilən yazıların dayandırılmasını və məsələdə deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adının hallandırılmasına son qoyulmasını xahiş edib. Müraciəti olduğu kimi tədim edirik: “Qızımız Günelin faiciəli şəkildə vəfat etməsi bədbəxt hadisə nəticəsində baş verib. Bu hadisənin baş verməsində heç kim günahkar deyil, o cümlədən bir sıra internet saytlarında adı hallandırılan Həbib Axundov.
Buna görə də qərəzli və əsassız məlumatları yayan saytlardan və KİV-dən xahiş edirik ki, şou və sensasiya xatirinə qalmaqal yaratmasınlar, ailəmizin və qızımızın ruhuna hörmətlə yanaşaraq, xələl gətirməsinlər. Bu mövzu ilə bağlı bütün müzakirələrə son qoyulmasını artıq dərəcədə xahiş edirik”. Müraciəti ailə üzvləri Mirzəyev Rəşid, Mirzəyeva Göyçəkxanım, Paşazadə Cəmilə, Eyniyeva Gülşən imzalayıb. Qeyd edək ki, azərbaycanlı model Günel Mirzəyeva 2017-ci il iyunun 26-da Xəzərin Bilgəh qəsəbəsi ərazisində yaxtanın çevrilməsi nəticəsində ölmüşdü. Mətbuatda həmin yaxtanın millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundova məxsus olması ilə bağlı iddialar yayılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?