Rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər qayığın çevrilməsi nəticəsində batması faktı qeydə alınıb. gundemxeber.az FHN-ə istinadən bildirir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda rezin qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 1 nəfər (ən yaxınlıqdakı xilasetmə postundan 700 m aralı, nəzarətsiz ərazidə) qayığın çevrilməsi nəticəsində batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin əraziyə cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?