GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » ​“AST Telman” və qardaşları “serial qatil” rolunda - FİLM İNDİ BAŞLAYIR…

​“AST Telman” və qardaşları “serial qatil” rolunda - FİLM İNDİ BAŞLAYIR…

Tarix: 15-11-2017, 11:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 362
​“AST Telman” və qardaşları “serial qatil” rolunda - FİLM İNDİ BAŞLAYIR…


Fransa Telman və Vaqif İsmayılovların təhvil verilməsi üçün Rusiyadan ciddi faktlar istəyəcək; istintaqın qardaşlara qarşı ittihamlarının əsaslı olduğuna isə xeyli şübhələr var

Məlum olduğu kimi, ötən həftə Moskvanın Basman Rayon Məhkəməsi “AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov(“AST Telman”) barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o, beynəlxalq axtarışa verilib.
İki gün əvvəl isə “AST Telman”ın qardaşı Vaqif Ismayilov barəsində də beynəlxalq axtarışa verildiyi məlum olub. Rusiya mediası yazır ki, o, Rusiya Cinayət Məcəlləsinin qətl və qanunsuz odlu silah saxlamaq maddələri ilə ittiham olunur.
Bundan başqa, istintaq hesab edir ki, Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin keçmiş zabiti Vaqif İsmayılov güc strukturlarındakı vəzifəsindən istifadə edərək ailə biznesinin qeyri-qanuni işlərini gizlədib. Məlumdur ki, V.İsmayılov uzun müddət Rusiya DİN-də etnik zəmində olan cinayətkarlıqla mübarizə bölməsinə rəhbərlik edib.
Qeyd olunur ki, V.İsmayılov 2016-cı ilin payızında istintaqdan yayınır. Ona qarşı ittihamlar 15 il köməkçisi işləmiş Sergey Qavryuşinin istintaqa ifadəsindən sonra ciddiləşib. Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Əvvəl istintaqçılar V.İsmayılovun Rusiyada olduğunun güman ediblər və axtarışlar bu ölkədə aparılıb. Amma sonra məlum olub ki, Vaqif qardaşının yanında-Türkiyədədir. Onların yayın sonunadək “Mardan Palace”də olduqları bildirilir. Amma son məlumatlara görə, Türkiyə hakimiyyətinin onları Rusiyaya təhvil verə biləcəyindən ehtiyatlanaraq Fransaya sığınıblar. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, qətldə suçlanan iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbələr T.İsmayılovun hətta İsraildə olduğunu iddia edirdilər. Vəkili isə deyir ki, müvəkkili heç vaxt gizlənməyib. “Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, - deyə o bildirib.
Yada salaq ki, İsmayılov qardaşlarından biri Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlananaraq həbs edilib. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.
T.İsmayılov üzə çıxmadıqca, onun barəsində hər ötən gün yeni ittihamlar yer alır. T. İsmayılov indi də ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən “qanuni oğru” Rövşən Canıyevin (“Lənkəranski”) qətlində günahlandırılır. Rusiya KİV-ləri “Rövşən Lənkəranskinin” böyük rezonans doğurmuş qətlində Telman İsmayılovun adının hallandığını yazır. İddia olunur ki, guya “AST Telman” bu günlərdə azadlığa buraxılmış “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) qardaşı Namiq Səlifov vasitəsilə killerlərə “Rövşən Lənkəranski”nin yeri barədə məlumat verib.

“Rövşən Lənkəranski”nin qətlinin üstü açılmayıb və bu cinayətdə “Lotu Quli”nin əlinin olduğu da sübuta yetirilməyib. İkinci bir tərəfdən, “Lənkəranski” ilə T.İsmayılov dost olublar və onların birgə şəkilləri də var. Kriminal dairələrə və “Rövşən Lənkəranski”yə yaxın, adlarının çəkilməsini istəməyən mənbələr də “Sputnik Azərbaycan”a deyiblər ki, T.İsmayılovun kriminal avtoritetin aradan götürülməsində əli ola bilməsi uydurmadır. “Hamı bilir ki, Telman İsmayılov ”Rövşən Lənkəranski" ilə yaxın olub. Bu dostluğun əlaməti olaraq İsmayılov “Mardan Palace”dakı nömrələrdən birini pulsuz olaraq “qanuni oğru” və onun adamlarının sərəncamına vermişdi. Və onlar orada yaşayırdılar", deyə mənbə bildirib.
Virtualaz.org “Mash” telegram-kanalına istinadən xəbər verir ki, istintaqın əlində olan materiallara görə, Telman İsmayılov Rusiya Dövlət Bədən Tərbiyəsi Universitetinin prorektoru Mixail Bodinin qətlə yetirilməsində də şübhəli bilinir. Daha bir qətl ittihamı isə müğənni Avraam Russo ilə bağlıdır. Bildirilir ki, T.İsmayılov müğənniyə prodüserlik edrmiş. Sonralar T.İsmayılov müğənninin korporativ məclislərdən qazandığı pulları prodüserindən gizlətdiyini öyrənib və onu aradan götürməyi əmr edib. Bu planın həyata keçməsinə isə killerlərin zərərli adətləri mane olub - kokainin artıq dozasından özünə gələ bilməyən qatil atəş açarkən səhvə yol verib.
Beləliklə, vaxtilə Rusiyanın biznes və siyasi elitasında tanınmış simalar olar İsmayılov qardaşları bir ölkənin hüquq sistemi ilə qarşı-qarşıya gəlib. Ehtimal etmək olar ki, Rusiya rəsmin olaraq Fransaya İsmayılovların ekstradisiyası üçün müraciət etsin. Fransa isə bu ittihamların sübutu üçün konkret faktlar istəyəcək. İstintaqın qardaşlara qarşı ittihamlarının əsaslı olduğuna isə xeyli şübhələr var./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “AST Telman”ın harada gizləndiyi bilindi - Fransa

    “AST Telman”ın harada gizləndiyi bilindi - Fransa ...

    14-11-2017, 11:00

  • 
  • Lənkəranskini “Lotu Quli”yə KİM SATIB? - AST Telmanın villasındakı qətl planının ŞOK DETALLARI

    Lənkəranskini “Lotu Quli”yə KİM SATIB? - AST ...

    15-11-2017, 00:56

  • 
  • "AST-Telman" Azərbaycanda siyasətə cəlb edilmək istənilib

    "AST-Telman" Azərbaycanda siyasətə cəlb ...

    22-07-2013, 13:20

  • 
  • Azərbaycanlı biznesmen haqda şok qərar - Telman İsmayılov qətldə təqsirli bilinib

    Azərbaycanlı biznesmen haqda şok qərar - Telman ...

    12-11-2017, 11:33

  • 
  • Telman İsmayılovun həbsinə qərar verildi – KEÇMİŞ MİLYARDER AXTARIŞA VERİLDİ - YENİLƏNİB

    Telman İsmayılovun həbsinə qərar verildi – KEÇMİŞ ...

    11-11-2017, 13:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (114)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu