Məlum olduğu kimi, Moskvanın Basman rayon məhkəməsi “AST” .irkətlər qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılov barəsində qiyabi həbs qərarı verib. Bundan sonra o beynəlxalq axtarışa verilib.
İndi ən çox maraq edilən mövzu T.İsmayılovun harada olmasıdır. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi” deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib. “Onu heç kim heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, - deyə, Marina Rusakova bildirib.
Vəkilin sözlərinə görə, T İsmayılov heç bir cinayətdə özünü təqsirli bilmir. Rusiya KİV-i isə yazır ki, T.İsmayılov hazırda Fransada gizlənir.
O, Türkiyənin onu Rusiyaya verə biləcəyindən ehtiyat edərək bu ölkəyə sığındığı deyilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?