GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Eldar Mahmudov nəzarət altında

Eldar Mahmudov nəzarət altında

Tarix: 17-11-2017, 10:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 427
Eldar Mahmudov nəzarət altında


Sabiq MTN rəhbərinin sirlə əhatələnən dindirilməsi niyə məhz indi baş tutur?

2015-ci il oktyabrın 17-də vəzifədən çıxarılmış milli təhlükəsizlik naziri Eldar Mahmudov 2017-ci ilin noyabrında istintaqa çağırıldı. Və dərhal da “MTN işi”ni ilk günlərdən izləyənlərdə “niyə məhz indi” sualını doğurdu. Məlumata görə, E.Mahmudov nəzarət altına alınıb və hərəkət məhdudiyyəti qoyulmaqla ölkədən çıxışı yasaqlanıb.

E.Mahmudovu 2015-ci ildə komandasının üzvləri həbs edilərkən də istintaqa çağırıb dindirmək üçün xeyli əsas və sübutlar vardı. Onun əməllərindən zərərçəkənlərin fəryadları mətbuatdan bəs deyincə yayılmışdı. Həmin vaxt istintaqa çağırmadılar. Eldar Mahmudovun həbs olunacağı haqda gözləntilərin ən pik dövrlərindən ona yaxın düşən olmadı. Artıq hər kəsdə Mahmudovun toxunulmazlığı haqda fikirlərin hakim olduğu bir dönəmdə sabiq nazirin əmisi oğlu və köməkçisi Vüqar Mahmudov istintaqa dəvət olundu, dindirildi, qandallandır. Əslində elə V.Mahmudova da bir neçə gün əvvəl irəli sürülən ittihamı da elə həmin 2015-ci ilin oktyabr günlərində ona vermək, özünü həbs etmək olardı.

Bunun üçün 2 il gözləmək vacib idimi? Maraqlı bir detal da odur ki, E.Mahmudov “MTN işi”ndən qalib çıxdığı kimi göründüyü bir dönəmdə istintaqçılarla üz-üzə gətirildi. Onun komanda üzvlərinə cəmiyyətin gözlədiyindən, iş üzrə zərərçəkənlərin istəyindən daha yüngül cəzalar təyin oldunduğu bir vaxta təsadüf etdi.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, hazırda E.Mahmudovla əlaqəli çox maraqlı bir prosesə şahidlik edirik: “Eldar Mahmudovun ötən 2 ildən bir qədər artıq müddətdə istintaqdan kənar qalması onu çox ciddi dairələrin himayə etməsi fikrini qətiləşdirmişdi. Ötən müddətdə onun həbs olunmaması çox ciddi şəkildə qorunmasından xəbər verirdi. Amma son baş verən hadisələr göstərir ki, hazırda əks proses başladılıb. Əvvəlcə Eldar Mahmudovun cəmiyyətdə hələ də qalmaqda olan mifini dağıdırlar. Məsələn, onun Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılaraq dindirilməsi, oradan çıxarkən ən müxtəlif pozalarda fotolarının mətbuatda peyda olması ona işarədir ki, Eldar Mahmudovun mifini dağıdırlar. Onunla bərabər onun arxasında dayanan güclərə dirsək göstərir, mesaj verirlər”.

Ə.Zeynallı hesab edir ki, başladılan proses E.Mahmudovun getdikcə zəiflədəcək və onun sıradan çıxarılmasına gətirib çıxaracaq: “Mümkündür ki, sonda onu həbs edəcəklər. Hazırda aparılan proses məncə buna hesablanıb. Çünki Eldar Mahmudov elə miqyasda adamdır ki, onun istintaqa çağırılması, dindirilməsi sıradan məsələ deyil. Onun himayəçilərinə də güc göstərilir. Onu sıradan bir şəxsə çevirib, cəmiyyəti buna alışdırandan sonra, əlindəki görüntüləri də zərərsizləşdirəndən sonra barəsində qərar veriləcək”.

Ə.Zeynallı deyir ki, ötən 2 ildə E.Mahmudov haqda yayılan xəbərlər onun ayaqda qalması fikrini formalışdırmışdı: “Məlumatlar yayılırdı ki, Eldar Mahmudov çox rahat şəkildə toya qatılıb, haradasa yasa gedib, restoranda kef məclisində olub. Bu məlumatlar dolayısı ilə Eldar Mahmudovun ayaqda qalmasına, hərəkət sərbəstliyinin olmasına işarə idi. Onun himayəçilərinin də güclü olması mesajı idi”.

Ə.Zeynallı istisna etmir ki, E.Mahmudovun komanda üzvlərinin daha yüngül cəzalarla “MTN işi”ndən çıxmaları əks cinahı hərəkətə gətirib: “Bütün hallarda bu gün şahidlik etdiyimiz olaylar daxildəki böyük müharibənin, qarşıdurmanın təzahürüdür. Çünki Eldar Mahmudovun ətrafında olub məhkəmə qarşısına çıxarılan adamlar əməllərinin qarşılığında ən azından 20-25 il cəzaya məhkum olunmalı idilər. Əvəzində 7-8 il müddətinə azadlıqdan məhrum edildilər. Bu qərarların verilməsində Eldar Mahmudovun birbaşa olaraq rolu olmasa da, onun himayəçilərinin rolu görünür. Bu gün Eldar Mahmudovun istintaqa çağırılması, nüfuzdan salınması da onun təmsil olunduğu qruplaşmaya güc nümayişidir”.

Ə.Zeynallı deyir ki, baş verənlərdə daxili qarşıdurmalarda kompromat davasının izləri də olmamış deyil: “Mahmudovun komandasının üzvləri olmuş şəxslərə yüngül cəza verilməsi kompromatların istifadəsinin qarşısının alınmasına hesablanan addımlar kimi də qiymətləndirilə bilər. Eldar Mahmudova ən yaxın kadr hesab edilən Akif Çovdarov da məhkəməsində meydan oxumuşdu ki, mən agentlərin adlarını açıqlaya bilərəm. Görünür ki, MTN generalları arasında kompromat savaşına çıxmaq istəyənlər də olub. Az cəzanın verilməsinin bir səbəbi də budur. Hazırda baş verənlər isə Eldar Mahmudov mifinin qırılmasıdır”.

Ə.Zeynallı deyir ki, E.Mahmudovla əlaqəli pərdəarxası baş verənlərdən mətbuat və cəmiyyət bixəbərdir: “15 gün əvvəl xəbər yayılmışdı ki, Eldar Mahmudov ölüb. Bu təsadüfi deyildi. Yəni hər an hər bir şey ola bilər. Bizlər çox ciddi kompromat savaşının şahidləriyik. Pərdəarxası oynanılan oyunlardan kənar olsaq da, təzahürlər ortadadır. Bilirik ki, Eldar Mahmudovun 2800 seks video kompromatı var. İctimailəşən kompromat davasının çox az bir hissəsidir. İndiki məqamda qərar verilib ki, Eldar Mahmudovu adiləşdirsinlər. Sonra nə olacaqsa, bunu yaxın zaman göstərəcək”.

Bununla belə Ə.Zeynallı E.Mahmudovun əlindəki kompromatlardan istifadə etməyəcəyi, bunun üçün o qədər də cəsarətli olmadığı haqda fikirləri də qəbil etmir: “Qorxaq, cəsarətsiz adam 2800 video çəkdirməz. Milyonlarla dolları qutulara yığıb orda-burda saxlamaz. Bəli, xəbərlər var ki, Eldar Mahmudov o qədər də cəsarətli adam deyil. Amma bu o demək deyil ki, o, əlindəki kompromatlardan istifadə etməyəcək. Hakimiyyətdəkilər çox gözəl bilir ki, onun əlində nələr var və nələr də ola bilər. Onun çox ciddi fiqur olmasını hakimiyyətin ən müxtəlif təbəqələrindən bilirlər. Qorxaqlığı, çox ehtiyatlı olması ilə bərabər Mahmudov o qədər böyük fiqurdur ki, onun İstintaq İdarəsinə çağırılması hakimiyyətin özü üçün də şok olub. Buna görə də dərhal fotoları mətbuatda yayıldı. Əslində nə baş verib. İşdən çıxarılan bir nazir İstintaq İdarəsinə çağırılıb. Normalda ona bu qədər diqqət, ajiotaj olmamalı idi. Hakimiyyətin özü üçün də o qədər şok olub ki, heyrətlər içərisində Eldar Mahmudovun fotolarına mətbuatdan tamaşa etməkdən özlərini saxlaya bilməyiblər. Hakimiyyət içində Mahmudov vahiməsi var. Digər tərəfdən, ən gözlənilməz və cəsarətli addımlar ən qorxaq hesab olunan adamlardan çıxır. Bunu da unutmaq lazım deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudov həbs edilir

    Eldar Mahmudov həbs edilir ...

    13-11-2017, 15:47

  • 
  • Eldar Mahmudov meydan oxuyur

    Eldar Mahmudov meydan oxuyur ...

    26-11-2016, 00:45

  • 
  • Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ONLAR DANİMARKAYA SIĞINIB

    Eldar Mahmudov ailəsini Azərbaycandan qaçırıb: ...

    29-10-2015, 16:18

  • 
  • Eldar Mahmudov istintaqda saatlarla dindirilib -YENİLƏNİB

    Eldar Mahmudov istintaqda saatlarla dindirilib ...

    10-11-2017, 14:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu