GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Piyadalar qaçın, “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır

Piyadalar qaçın, “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır

Tarix: 18-11-2017, 01:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 397
Piyadalar qaçın, “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır


3-4 gün sonra “Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyevin həbs müddəti başa çatır. Nəsimi rayon Məhkəməsinin qərarına əsasən N.Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinib. Hakim Elman İsayevin sədrlik etdiyi iclasda N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

N.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib. O. noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir edib. Polisin "Saxla!" əmrinə tabe olmayan sürücü ikinci "Saxla!" əmrindən sonra avtomobili dayandırıb.

Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Araşdırma zamanı məlum olub ki, avtomobil “Nurgün Motors” şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib.

Картинки по запросу “Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyev

Maraqlıdır ki, eyni əməli N.Əliyevin oğlu Nurxan Əliyev deyil, başqa və maddi imkanları o qədər də geniş olmayan birinin övladı törətsəydi nə baş verərdi? Hakim Elman İsayev yenə də bu qədər humanistlik nümayiş etdirərdi?

Cinayət Məcəlləsinin 315-ci – hakimiyyət nümayəndəsinin tələbinə tabe olmama, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsini yenə də İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə çevirməyi özünə borc hesab edərdi?

Sualın cavabı ortalıqdadır. N.Əliyev varlı-karlı biridir.

Onun holdinqinə daxil olan şirkətlərin siyahısını nəzərdən keçirək:

“Nurgün Motors”

– Nissan Azərbaycan

– İnfiniti Azərbaycan

– Ford Azərbaycan

– Renault Azərbaycan

– Maşın bazarı – Çoxsaylı avtomobil salonları və servis mərkəzləri;

Rəvan Sığorta – 1998-ci ildən fəaliyyət göstərir. Əvvəlki adları: “Double İnsurance Company” və “Star Alyans Sığorta”.

2007-ci ildə bütün səhmləri “Nurgün” şirkəti tərəfindən alınıb və təsisçilər dəyişdirilib.

2009-cu ildən “Rəvan Sığorta” adlanır. Son illərdə davamlı olaraq adları bir sıra sığorta qalmaqallarında hallanır.

NBC Bank ASC
17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı “Ruzu” Bank. 2002-ci ildən adını dəyişərək “NBC Bank” olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verilib. Nuru Əliyev 2016-cı ildə “NBC Bank”ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb. 2016-cı ildə bankın digər səhmdarlarının (yaxın qohumları) payında isə azalma qeydə alınıb.

Картинки по запросу “Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyev

Nurgün İnşaat – 1994-cü ildən fəaliyyət göstərən “Nurgun İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.
Bu illər ərzində bir sıra irimiqyaslı tikinti layihələrini reallaşdırıb. Buraya İdman komplekslərini, yüksəkmərtəbəli binaları, avtomobil salonlarını və s. aid etmək olar.

“Bello” Yuyucu Vasitələr Fabriki – “Bello” markası adı altında məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur:
“Bello” anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.

Salyan süd zavodu – Salyan süd zavodunda istehsal olunan məhsullar mağazalarda “Bəyaz süd” adı altında satılır. Saytı fəaliyyət göstərmədiyinə görə, heç bir əlavə bilgi əldə edə bilmədik.
Nurgün Trading – Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distrübütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir.
Kaspian Transport – 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır.
“Kontinental” mağazalar şəbəkəsi
“Ailə” supermarketlər şəbəkəsi
NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s.
Belə bir varidata sahib birinin övladının həbsə getməməsi üçün 1-2 maşınının pulundan keçməyə hazır olması da mentalitet məsələsidir. Haqqını ver, ədalətini apar şüarını da az qala hər vəkilin dilindən eşitmək olar. Vəkillərin dillər əzbərinə çevrilən bu deyim Azərbaycan femidasının az qala tərifinə çevrilib. Odur ki, N.Əliyevin oğlunun yeni sərgüzəştlərini gözləyin./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Nurgun Motors”un rəhbərinin oğlu HƏBS OLUNDU

    “Nurgun Motors”un rəhbərinin oğlu HƏBS OLUNDU ...

    8-11-2017, 13:26

  • 
  • "Nurgün Holding"in prezidenti Nuru Əliyevin polis döyən oğlunu bu cəza gözləyir

    "Nurgün Holding"in prezidenti Nuru ...

    6-11-2017, 12:57

  • 
  • Həbsdə olan məmur və sahibkar övladları - Siyahı

    Həbsdə olan məmur və sahibkar övladları - Siyahı ...

    11-11-2017, 13:30

  • 
  • Bakıda reyd — AMEA-nın işçisi sərxoş halda saxlanıldı (VİDEO)

    Bakıda reyd — AMEA-nın işçisi sərxoş halda ...

    8-11-2017, 13:53

  • 
  • Avtoxuliqanlıq edən şəxs yüksək vəzifəlinin sürücüsü imiş - VİDEO

    Avtoxuliqanlıq edən şəxs yüksək vəzifəlinin ...

    9-11-2017, 17:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (236)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu