“Nurgün Motors”un prezidentinin oğlu Əliyev Nurxan YPX əməkdaşını təhqir edib, daha sonra isə onu vurub.
gundemxeber.az ölkə.az-a istinadən bildirir ki, Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı "İnfinity" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib.
YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Baş vermiş hadisə ilə bağlı hüquqşünas Vüqar Səfərli açıqlama verərək bildirib ki, qeyd olunan məsələ ilə bağlı sürücünün əməlləri qanunsuzdur:
"Hər halda məsələyə aidiyyatı orqanlar tərəfindən ədalətli hüquqi qiymət veriləcək. Bununla belə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsinin dispozisiyasına görə hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə, müqavimət göstərmə, 3 ilədək müddətinə azadlıqdan məhrumetmə ilə cəzalanır".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?