GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Müqəddəs torpaqlara ziyarət təşkil edən çetenin QARA TİCARƏTİ

Müqəddəs torpaqlara ziyarət təşkil edən çetenin QARA TİCARƏTİ

Tarix: 18-11-2017, 15:58 Bölmə :GündəmXəbər / Manşet Baxış: 395
Müqəddəs torpaqlara ziyarət təşkil edən çetenin QARA TİCARƏTİ


Azərbaycanlı zəvvarların başına açılan oyunlar, onların aldadılması haqda sensasion bilgilər; vətəndaşlarımızın ölüm və itkin düşmə halları artır; xarici xüsusi xidmət orqanlarının, kriminal qruplaşmaların yeminə çevrilənlərin sonrakı aqibəti necə olur...

gundemxeber.az bildirir ki, hər il olduğu kimi Məhərrəmlik ayında “Ərbəin” gününü İraqın Kərbəla şəhərində İmam Hüseynin məqbərəsində keçirmək və ya İranın Məşhəd şəhərində imamların qəbrini ziyarət məqsədilə Azərbaycandan zəvvarların səfərləri təşkil edilir.

Bu ziyarət və səfərlər müxtəlif turizm şirkətləri, yaxud fərdi şəxslər tərəfindən, əsasən də avtobuslarla qonşu İranın ərazisindən keçməklə təşkil olunur. Az sayda zəvvarlar üçün isə həmin ziyarət yerlərinə səfərlər təyyarə vasitəsilə həyata keçirilir. Lakin əksər hallarda zəvvarların seçdikləri ölkələr, marşrut və həmin dövlətlərin ərazisində mövcud olan qeyri-sabitlik, hər an onları gözləyən təhlükələr, insan üçün lazımi və elementar şəraitin olmaması sonradan böyük çətinliklər yaradır.

Son illərin təcrübəsi göstərir ki, bu gəlirli sahədə “canfəşanlıq” göstərən, səfərləri təşkil edən şirkətlərin və şəxslərin səriştəsizliyi, qrup rəhbərləri arasında mütəmadi baş verən hərc-mərclik və məsuliyyətsizlik nəticəsində səfərə qatılan kişi, qadın, gənc və qoca zəvvarlar müxtəlif çətinliklərlə üzləşir, öz ziyarət vaxtlarını həmin problemlərin həllinə sərf edirlər. Məsələn, təşkilatçıların biganəliyi ucbatından bəzi zəvvarlar nəzərdə tutulmuş marşrutdan kənara çıxır, digər ölkələrdən olan zəvvarların arasına qarışır, yaxud bir qismi azır, itkin düşür və ya yerli kriminal elementlərin “yeminə çevrilirlər”.

Bundan başqa, az məsrəflə daha çox qazanc əldə etməkdə mahir olan səfər təşkilatçıları adətən köhnə, komfortsuz və nasaz nəqliyyat vasitələrini icarə edirlər ki, bu da sonda hətta ölümlə nəticələnən ağır yol nəqliyyat hadisələrinə səbəb olur. İrana və İraqa gedən zəvvarlar arasında belə ölüm statistikasının artması da türk ürpədir.

Müqəddəs torpaqlara ziyarət təşkil edən çetenin QARA TİCARƏTİ

Məsələn Ələt-Astara magistral yolunun Biləsuvar rayonu, Mahmudçalı adlanan ərazidə Azərbaycandan İranın Məşhəd şəhərinə gedən zəvvar avtobusunun aşması nəticəsində xeyli adam yaralanıb, ağır bədən xəsarətləri alıblar. Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan isə 3 nəfər dünyasını dəyişib. Ziyarətdən qayıdan zəvvarların sözlərinə görə, həmin gənc zəvvarlar Kərbəlada yaranmış izdiham zamanı ayaq altında qalaraq dünyasını dəyişiblər. Yaxud bu yaxınlarda İraqda azərbaycanlı zəvvar qadınlardan birinin itməsi barədə məlumatın yayılması cəmiyyətdə birmənalı qarşılanmamışdır.

Müqəddəs torpaqlara ziyarət təşkil edən çetenin QARA TİCARƏTİ

Zəvvarların üzləşdikləri macəralar bununla bitmir. Belə ki, belə səfərləri təşkil edənlər tərəfindən zəvvaralara qarşı dələduzluq hallarının artması da bu sahədə baş verən hərc-mərcliyi açıq-aydın göstərir.

Məsələn, bu yaxınlarda “Nur Travel” şirkəti tərəfindən təşkil olunan zəvvar qrupuna rəhbərlik edən Təvəkkül Həsənov “Ərbəin” ziyarəti üçün zəvvarlardan alınan 8.000 ABŞ dollarını mənimsəyib. Bu səbəbdən zəvvarlar arasında kütləvi narazılıqlar başlayıb, hətta zəvvarlarla Təvəkkül Həsənov arasında münaqişə də yaranıb. Vəziyyət o dərəcəyə gəlib çıxıb ki, həmin zəvvar qrupunun səfəri üçün icarəyə götürülən avtobusun sürücüsü icarə haqqı ödənilmədiyi üçün zəvvarları daşımaqdan imtina edib. Nəticədə zəvvarlar nəzərdə tutulan marşrut üzrə hərəkət edə bilməyiblər.

Müqəddəs torpaqlara ziyarət təşkil edən çetenin QARA TİCARƏTİ


Əlbəttə ki, bu cür faktlar çoxdur. Belə ağır, gözlənilməyən çətinliklər, məhrumiyyətlər və təhlükələr ilə dolu olan səfərlərə çıxmazdan əvvəl zəvvarlar bu cür ziyarətlərin mənəvi tərəfindən başqa, maddi və təhlükəsizlik baxımından nə dərəcədə məqsədəuyğun olması barədə ciddi düşünməlidirlər.
Müqəddəs torpaqlara ziyarət təşkil edən çetenin qara ticarəti
gundemxeber.az-ın "Yeni Musavat”a istinadla əldə etdiyi məlumata görə, Azərbaycandan olan zəvvarların İranın Məşhəd, Qum, İraqın Kərbəla, Nəcəf və sair şəhərlərində yerləşən ziyarətgahlara turist qismində aparılmasını 40-a yaxın yerli turizm şirkəti və 250-dən çox qrup rəhbəri həyata keçirir. Onların bir çoxu rəsmi qeydiyyatdan keçmədən fəaliyyət göstərir ki, bu da qeyd olunan sahənin tərəfimizdən əməliyyat nəzarətində saxlanılmasını çətinləşdirməklə yanaşı, pərakəndəlik və özbaşınalıq hallarının artmasına şərait yaratmışdır. Həmçinin, səfərlər zamanı Azərbaycandan vətəndaşlarının bəziləri olduqları ölkələrin miqrasiya, inzibati və sair (əsasən viza məsələlərində bu hal müşahidə olunur) qanunlarını pozur, bu səbəbdən hüquq-mühafizə və xüsusi xidmət orqanlarının nəzərinə düşür, müxtəlif cəlbetmə situasiyalarına salınırlar. Turizm şirkətləri və qrup rəhbərləri bu kimi vəziyyətlərdə məlumatsız olduqlarından hansı tədbirlər görəcəklərini bilmirlər, əksər hallarda isə şəxsi mənfəətləri naminə bu kimi xoşagəlməz halları gizlətməkdə maraqlıdırlar. Bu isə Azərbaycanın beynəlxalq arenada imicinə mənfi təsir göstərir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Həccə gedəcək zəvvarların ziyarət xərcinin ödənməsi ilə bağlı yenilik edilib

    Həccə gedəcək zəvvarların ziyarət xərcinin ...

    13-02-2017, 17:20

  • 
  • MTN zəvvarlardan milyonlar qazanıb

    MTN zəvvarlardan milyonlar qazanıb ...

    24-10-2015, 12:07

  • 
  • İŞİD Kərbəlaya doğru: şiələri gözləyən ölüm təhlükəsi

    İŞİD Kərbəlaya doğru: şiələri gözləyən ölüm ...

    27-11-2014, 02:30

  • 
  • Azərbaycanlı zəvvarlar bu gün dönürlər

    Azərbaycanlı zəvvarlar bu gün dönürlər ...

    19-09-2016, 12:14

  • 
  • İlham Əliyev Atatürkün qəbrini ziyarət etdi

    İlham Əliyev Atatürkün qəbrini ziyarət etdi ...

    12-11-2013, 12:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (237)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu