Prezident İlham Əliyev noyabrın 12-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib. AzerTAc-a istinadən xəbərə görə, dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət edib.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.
Sonra xatirə şəkilləri çəkdirilib. İlham Əliyev Xatirə kitabına ürək sözlərini yazıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?