GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Polkovnikin ölümündə yeni gəlişmə — Xaliq Faiqoğlunun oğlu məsuliyyətə cəlb olunacaqmı?

Polkovnikin ölümündə yeni gəlişmə — Xaliq Faiqoğlunun oğlu məsuliyyətə cəlb olunacaqmı?

Tarix: 19-11-2017, 23:07 Bölmə :GündəmXəbər / Manşet Baxış: 608
[center]Polkovnikin ölümündə yeni gəlişmə — Xaliq Faiqoğlunun oğlu məsuliyyətə cəlb olunacaqmı?[/center


Xəbər verildiyi kimi, bir qədər əvvəl iş adamı, “Xaliq Faiqoğlu” MMC-nin sahibi Faiq Seyidovun oğlunun üç il əvvəl törətdiyi və ölümlə nəticələnən avtomobil qəzasına görə xitam verilmiş cinayət işinin istintaqı yenidən başladılıb.

Bununla bağlı yayılan xəbərdə bildirilirdi ki, cinayət işinin araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilib. İşin müstəntiq Emin Eminovun icraatına verildiyi bildirilirdi. Bu da ölüm faktının baş verdiyi hadisənin obyektiv araşdırılmadığına dair ictimaiyyətdə olan narazılığa son qoyulacağına ümid yaradırdı. Ancaq ortaya çıxan yeni məlumatlar bununla bağlı müəyyən şübhələrə yol açıb.

Bu haqda məlumat verməzdən öncə xatırladaq ki, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə nəticələnən hadisə 17.05.2014-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 10 saylı ünvanın qarşısında baş verib. Həmin vaxt Seyidov Xaliq Faiq oğlu idarə etdiyi Az 10 LU 090 dövlət nömrə nişanlı “Land Rover” markalı avtomobillə Eldar Məmmədovu vuraraq, ona ağır xəsarət yetirib. Və Eldar Məmmədov aldığı xəsarətlərdən 22.05.2014-cü il tarixdə Bakı Hərbi Hospitalında düyasını dəyişib.
Polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində AR CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb (ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi). Lakin sonradan CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib.

Uzun müddət ictimaiyyətin diqqətindən kənarda qalan bu hadisə yalnız Faiq Seyidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında yaranmış, “Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra yenidən gündəmə gəlmişdi.

Həmin münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir. Bu haqda mətbuatda yazıldığından, təkrarlamaq istəmirik. Ancaq qeyd edək ki, bu qarşıdurma nəticəsində Azadxan Xanməmmədov həbs edilib. F.Seyidovun oğlunun ölümlə nəticələnən avtoqəza törədib məsuliyyətdən kənarda qalması faktı məhz bundan sonra mətbuata sızdırıldı.

Ölüm faktının olduğu hadisəyə görə qaldırılmış cinayət işinə heç kim məsuliyətə cəlb olunmadan xitam verilməsi faktının açılması ciddi rezonans doğurdu . Xüsusən də ona görə ki, Faiq Seyidovun oğlunun avtomobillə vuraraq, ölümünə səbəb olduğu Müdafiə Nazirliyinin polkovnik-leytenantın “öz əcəli ilə öldüyü” haqda qurama rəy yazıldığı və cinayət əməlinin hansısa yolla ört-basdır edildiyi ortaya çıxmışdı.
gundemxeber.az azpolitika.info-ya istinadən bildirir ki, Aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, 18 may 2014-cü il tarixdə ağır vəziyyətdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına daxil olan polkovnik Eldar Məmmədov hospitalın Ortopediya bölməsinə yerləşdirilib. Onun bədənində demək olar salamat yer qalmadığı verilən rəy də yazılıb. Ancaq qəribə də olsa, polkovnik E.Məmmədovun ölüm səbəbi kimi “ağciyər arteriyalarının trombemboliyası nəticəsində kəskin ağciyər, ürək-damar çatışmazlığı göstərilib(?).

Bu məsələ mediada işıqlandırıldıqdan sonra ictimaiyyətin kəskin reaksiyasına səbəb oldu. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Kliniki Hospitalı polkovnikin ölümünün səbəbini gizlətməkdə ittiham edildi. Ancaq surəti Mərkəzi Klinik Hospitaldan virtualaz.org-a göndərilən Eldar Məmmədovun faciəli ölümü ilə bağl hazırlanan epikrizdən məlum oldu ki, biznesmen oğlunun məsuliyyətdən kənarda qalmasında həkimlərin heç bir rolu olmayıb.

Epikrizdən məlum olur ki, hospitalın həkimləri 4 gün ərzində reanimasiya şöbəsində polkovnikin həyatını xilas etmək üçün əllərindən gələni ediblər.Lakin bütün görülmüş tədbirlərə baxmayaraq yaralı, aldığı xəsarətlərdən yaranan kəskin ürək çatışmazlığı (ağciyərlərin deformasiyası və digər xəsarətlər) nəticəsində keçinib.
Beləliklə, hospitalın epikriz raporu zabitin faciəli ölümünün məhz avtomobillə vurulma nəticəsində baş verdiyinə şübhə yeri qoymur. Deməli ölümlə nəticələnən avtoqəzaya görə biznesmenin oğlu barəsində qaldırılmış cinayət işi onun hadisədəki günahının dərəcəsinə uyğun olaraq cəza alması üçün məhkəməyə qədər gedib çıxmalıydı. Bu isə baş verməyib.

Bunun qarşı tərəfin şikayətçi olmaması ilə əlaqələndirmək də mümkün deyil. Hüquqşünasların fikrincə, ortada ölüm faktı olduğundan, qarşı tərəfin şikayətçi olmaması belə cinayət işinə xitam verilməsinə əsas ola bilməz.

“Faiq Seyidovun oğlunun törətdiyi qəza Cinayət Məcəlləsinin 263-cü maddənin 2-ci bəndinin təsiri altına düşür. Yəni ictimai ittiham qaydasındadır. Həmin maddənin sanksiyasında az ağır cinayət hesab olunur və tərəflərin barışması həmin cinayət işinin xitam olunması üçün əsas ola bilməz!”- deyə vəkil Əziz Qənbərov bildirib.

Mətbuatın bu faktları ortaya çıxarmasından sonra hüquq-mühafizə orqanları məsələyə müdaxilə edib, cinayət işinin istintaqının yenidən başlanılmasına göstəriş vermişdi. Yazının əvvəlində qeyd etdiyimiz kimi, cinayət işinin araşdırılması Bakı Şəhər Baş Polis İdarəsinin Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilərək, müstəntiq Emin Eminovun icraatına verildi. Bakı Şəhər Baş Polis İdarəsinin işi tam obyektiv araşdıracağı heç kimdə şübfə doğurmurdu.

Ancaq dünən yayılan məlumata görə, Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işinin istintaqı yenidən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılıb. İşə 3 il əvvəl məhz Nəsimi RPİ-nin İstintaq Şöbəsi tərəfindən xitam verildiyindən, burada obyektiv araşdırmanın aparılacağı sual doğurur.

Doğurdanda, əgər işə xitam verilməsi doğru hesab edilməyərək istintaq təzələnibsə, araşdırmanın yenidən eyni orqana tapşırılması qərarı hansı məntiqlə verilib? Bu addım yenidən biznesmen oğlunu məsuliyyətdən yayındırmaq üçün atılmayıb ki? İşin istintaqının Bakı Şəhər Baş Polis İdarəsində və ya Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və TəhqCEYHUNiqat Şöbəsində aparılması daha doğru olmazdımı?

Tanınmış vəkil Ceyhun Yusifov da işin Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarıması haqda qərarın doğru olmadığı düşüncəsindədir: “Əlbəttə, polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə nəticələnən hadisənin yenidən araşdırılması çox düzgün verilmiş bir qərardır. Hüquq-mühafizə orqanlarının bu məsələdə ictimaiyyəti narahat edən suallara aydınlıq gətirmək istəməsi təqdirəlayiqdir. Gözləyirdik ki, əvvala, bu araşdırmanın nəticəsi olaraq, polkovnik-leytenantının ölümünə səbəb olmuş hadisə ilə bağlı obyektiv qərar çıxarılacaq. İkncisi də, əgər bu iş qəsdən ört-basdır edilibsə, günahı olanları məsuliyyətə cəlb ediləcək. Ancaq işin yenidən Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılması araşdırmanın obyektiv aparılacağına indidən şübhə yaranmasına səbəb olur. Razılaşaq ki, bu işi şübhəli şəkildə xitam etmiş İstintaq Şöbəsinin çıxaracağı qərarın ictimaiyyət tərəfindən ədalətli və obyektiv bir qərar kimi qəbul edilməsi inandırıcı deyil. Ona görə də işin Nəsimi RPİ-nin İstintaq Şöbəsinə qaytarılması doğru sayıla bilməz.”

Ceyhun Yusifovun sözlərinə görə, işin istintaqının Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsi aparılması daha düzgün olardı: “Bilirsiz ki, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi mövcuddur. Böyük ictimai rezonans doğuran, ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin istintaqı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən həyata keçirilir. Polkovnik-leytenant Eldar Məmmədovun ölümü ilə nəticələnən hadisə də bu qəbildən olan işlərdəndir. Ona görə də fikrimcə, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən araşdırılması daha məqsədəuyğundu. Bu halda çıxarılan qərarın obyektiv olacağına da heç kim şübhə etməyəcəkdi.

Hörmətli nazirimiz Ramil Usubovun cinayət faktlarının ört-basdır edilməsinə qarşı barışmaz mövqe tutduğu hamıya məlumdur. Nazir çıxışlarında dəfələrlə bildirib ki, cinayətin gizlədilməsi daha ağır cinayətdir. Ona görə də, mən hörmətli nazir Ramil Usubova müraciət edərək, işin təkrar istintaqının DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinə tapşırılmasını xahiş edirəm.”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General oğlu sirr açdı: Xaliq Faiqoğlu polkovnik öldürüb, “Riyad”da isə...

    General oğlu sirr açdı: Xaliq Faiqoğlu polkovnik ...

    17-07-2017, 11:10

  • 
  • Biznesmenin oğlu, “Mercedes GL”, yüksək sürət və polkovnikin ölümü...

    Biznesmenin oğlu, “Mercedes GL”, yüksək sürət və ...

    12-10-2017, 15:08

  • 
  • General oğlunun həbsinə yol açan şirkət rəhbəri jurnalistləri hədələdi

    General oğlunun həbsinə yol açan şirkət rəhbəri ...

    18-07-2017, 14:04

  • 
  • Daha bir "papanın gül balası"nın cinayəti ortaya çıxdı- Məşhur şirkət rəhbərinin oğlu da adam vurubmuş

    Daha bir "papanın gül balası"nın ...

    15-07-2017, 13:53

  • 
  • Baş Prokurorluq məlumat yaydı: "Baş leytenant həbs edilib"

    Baş Prokurorluq məlumat yaydı: "Baş ...

    25-08-2015, 02:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu