GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Biznesmenin oğlu, “Mercedes GL”, yüksək sürət və polkovnikin ölümü...

Biznesmenin oğlu, “Mercedes GL”, yüksək sürət və polkovnikin ölümü...

Tarix: 12-10-2017, 15:08 Bölmə :Cəmiyyət Baxış: 397
Biznesmenin oğlu, “Mercedes GL”, yüksək sürət və polkovnikin ölümü...


Bakıda üç il əvvəl iş adamının oğlunun yüksək sürətlə idarə etdiyi avtomobillə vurub şil-küt etdiyi piyadanın-Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Eldar Məmmədovun ölümünün ört-basdır edilməsinin yeni təfərrüatları məlum olub.

gundemxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, söhbət “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidovun 2014-ci ildə Bakının Binəqədi rayonu ərazisində törətdiyi qəzadan gedir. Həmin qəzada biznesmenin oğlu idarə etdiyi 10 LU 090 dövlət nömrə nişanlı, “Mercedes GL” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına çıxan piyadanı vurub. Ağır xəsarətlər alan piyada bir müddət sonra hospitalda keçinib, lakin onun “öz əcəli ilə öldüyü” haqda qurama rəy yazaraq cinayət əməlini ört-basdır ediblər.

Nəticədə biznesmenin oğlu törətdiyi hadisəyə görə məsuliyyətdən kənarda qalmağa nail olub. Və belə görünür ki, onun hansısa yollarla təmin etdiyi toxunulmazlıq statusu son vaxtlar bir-birinin ardınca qəzalar törədib insan ölümlərinə səbəb olan məmur, general övladlarının statusunu da üstələyib.

Çünki son bir neçə ayda Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi, Xəzər Dəniz Gəmiçiliyi idarəsinin keçmiş rəisinin oğlu, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Novruzəli Orucovun oğlu kimi yüksək mənsəbli şəxslərin ailə üzvləri törətdikləri səs-küylü cinayətlərə görə həbs olunublar. Bu da ondan irəli gəlir ki, prezident İlham Əliyev məmurların ailə üzvlərinin törətdikləri əməllərə görə cəzasız qalmayacağını, hər kəsin qanun qarşısında bərabər olduğunu qəti bəyan edib. Belə hallara qarşı barışmaz mövqe ortaya qoyub. İndiki halda isə biznesmen oğlunun törətdiyi cinayəti ört-basdır etməyə nail olublar.

Xatırladaq ki, bu hadisənin ört-basdır edilməsi “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seydidovla onun keçmiş ortağı Azadxan Xanməmmədov arasında sonuncunun həbsi ilə nəticələnən, “Riyad” özəl mühafizə şirkətinin əməkdaşlarının da cəlb olunduğu münaqişədən sonra ictimaiyyətə məlum olub. Həmin münaqişə barədə mətbuat xeyli müddət yazıb. Münaqişənin motivi isə Azadxan Xanməmmədova məxsus olan kommersiya təyinatlı daşınmaz əmlakın Faiq Seyidov tərəfindən faktiki zəbt edilməsidir. Bu haqda hər iki tərəfin mövqeyini işıqlandırmaqla virtualaz.org saytı da geniş yazmışdı.

Polkovnikin ölümünün ört-basdır edilməsi faktının bu münaqişədən sonra KİV-lərə sızdırılması ola bilsin ki, təsadüf deyil. Lakin bu , məsələnin daha az ictimai maraq kəsb edən hissəsidir, əsas olanı budur ki, nüfuzlu iş adamının oğlu Bakıda ölümlə nəticələnən yol qəzası törədib və bu hadisəyə görə hələ də məsuliyyətə cəlb olunmayıb. Niyə? Necə olub ki, 3 tondan çox ağırlığa malik, yüksək sürətlə hərəkətdə olan cipin vurub xurd-xəşil etdiyi piyada hospitala aparılandan və orada keçinəndən sonra onun “öz əcəli ilə öldüyü” qənaətinə gəliblər?

Qeyd edək ki, az qala hər gün ölümlə nəticələnən piyada vurulması hadisələrinin baş verdiyi Bakıda 2014-ci ildə baş vermiş həmin hadisə geniş ictimai maraq kəsb etməyib. Belə hadisələr adiləşdiyindən KİV-lər onu araşdırmağa lüzum görməyib və piyadanın vurulması haqda xəbər lentlərində qısa məlumatdan başqa təfərrüatlar da yer almayıb. Lakin həmin məlumatlarda qısaca da olsa göstərilirdi ki, piyada aldığı xəsarətlərdən xəstəxanada keçinib. Polkovnik-leytenantı avtomobillə vuran sürücünün kimliyi isə açıqlanmayıb. O vaxta qədər ki, Faiq Seyidovun adı keçmiş ortağı ilə münaqişəyə görə gündəmə gəlib və fakt mətbuata sızdırılıb. Nəticədə iş adamı oğlunun avtomobillə piyadanı vurduğunu etiraf edib, amma iddia edib ki, piyada aldığı xəsarətlərdən yox, “ürək tutmasından” ölüb.

Bəs biznesmen oğlunun avtomobillə vurduğu piyada hansı xəsarətlər almışdı? Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının hüquqşünas sorğusuna verdiyi cavabda göstərilir ki, Müdafiə Nazirliyinin zabiti, polkovnik-leytenant Məmmədov Eldar Vəli oğlu 18.05.2014-cü il tarixdə agır vəziyyətdə (!) hospitalın Ortopediya bölməsinə yerləşdirilib. Onun bədənində demək olar salamat yer qalmamışdı. Lakin Baş Klinik Hospitalın cavabında qeyd edilir ki, aparılmış reanimasyon tədbirlərə baxmayaraq xəstədə “bioloji ölüm” (?) qeydə alınıb və o, kəskin ürək-damar çatışmazlığından vəfat edib.

Göründüyü kimi ağır bədən xəsarətləri alan xəstə hospitala daxil olur və o, daha sonra “öz əcəli ilə”, yaxud “qəfil ürək tutmasından” ölür. Burada məntiq haradadır? Açıq-aşkar şübhə yaranır ki, həkimlər xəstənin aldığı ağır fiziki xəsarətlərdən öldüyünü ört-basdır etmək üçün “bioloji ölüm” barədə rəy veriblər?

Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsindən isə bildirirlər ki, hadisə ilə bağlı cinayət işi CM-nin 263.2-ci maddəsinə əsasən başlanılıb (ölümlə nəticələn agır yol-nəqliyyat hadisəsi), lakin sonradan CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilib.

MN Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi isə zabitin meyitinin məhkəmə-tibbi ekspertizasını keçirməyə nəyə görəsə lüzum görməyib. Hansı ki, Mərkəzi Klinik Hərbi Hospitalın həkimlərinin verdiyi rəyə əsasən avtomobillə vurulmuş piyadada aşağıdakı ağır fiziki xəsarətlər var idi: hər iki ağciyərin pulmoniti, sağ 4 qabırğanın, sağ körpücük sümüyünün diafizin yerdəyişməsi, köndələn sınığı, hər iki oma-qalça birləşməsinin və sinfizin cırılması, sağ sirkə kasasının damının, sağ qasıq sümüyünün hər iki şaxəsinin qəlpəli yerdəyişmiş sınıqları, sol baldır sümüklərinin sınıqları, travmatik-hemorragik 2-ci dərəcəli şok.

◀▶
Tibbi savadı olmayanlara belə aydındır ki, əgər insan bu cür ağır fiziki xəsarətlər alırsa onun yaşamaq şansı qalmır. Lakin həkimlər bütün bu fiziki xəsarətləri bir kənara qoyaraq xəstənin “ürək tutması” nəticəsində “biloji ölümünün” baş verdiyini göstəriblər. Doğrudanmı bu rəyi verənlər işin qapalı qalacağına əmin idilər və faktın nə zamansa mətbuata çıxacağını nəzərə almamışdılar?

Digər tərəfdən qəzada vurulan piyada ordunun zabiti olduğundan işi Hərbi Prokurorluq da apara bilərdi, ancaq buna lüzum görülməyib. Və işə “cinayət tərkibi olmadığı” üçün xitam verilib. Xaliq Seyidov isə törətdiyi əmələ görə heç bir hüquqi məsuliyyətə cəlb edilməyərək azadlıqda gəzir. Nəyin və hansı görünməz qüvvənin sayəsində? Bu, hansı təhlükəli presedenti yaradır? Əgər sürücü imkanlıdırsa və atası biznesmendirsə yolda piyadanı vurub öldürə və heç bir gün də olsa həbsdə yatmaya bilər? O zaman Bakı piyadalarının vay halına. Onlar doğrudan da hər gün belələrinə görə həyatlarını riskə atmış olurlar...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • General oğlu sirr açdı: Xaliq Faiqoğlu polkovnik öldürüb, “Riyad”da isə...

    General oğlu sirr açdı: Xaliq Faiqoğlu polkovnik ...

    17-07-2017, 11:10

  • 
  • Daha bir "papanın gül balası"nın cinayəti ortaya çıxdı- Məşhur şirkət rəhbərinin oğlu da adam vurubmuş

    Daha bir "papanın gül balası"nın ...

    15-07-2017, 13:53

  • 
  • Səbail rayonunun icra başçısının oğlu qəza törətdi, biznesmenin oğlu öldü

    Səbail rayonunun icra başçısının oğlu qəza ...

    29-09-2014, 13:06

  • 
  • General oğlunun həbsinə yol açan şirkət rəhbəri jurnalistləri hədələdi

    General oğlunun həbsinə yol açan şirkət rəhbəri ...

    18-07-2017, 14:04

  • 
  • Mikroavtobus gənc oğlanı öldürdü

    Mikroavtobus gənc oğlanı öldürdü ...

    3-01-2016, 16:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu