GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Arzu Rəhimov Novruzəli Orucovu oğlu ilə necə “baltaladı”? - Müdhiş iddialar

Arzu Rəhimov Novruzəli Orucovu oğlu ilə necə “baltaladı”? - Müdhiş iddialar

Tarix: 22-11-2017, 17:42 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 906
Arzu Rəhimov Novruzəli Orucovu oğlu ilə necə “baltaladı”? - Müdhiş iddialar


Generalitet savaşında zəif bənd olan müavinin “vurulması”nda şok səbəblər - “Gündəm-Xəbər”də...

Xidmət rəisinin “gözdən pərdə asan” islahatlarının və şöbə rəislərinin kütləvi şəkildə yerdəyişməsinin - Təfərrüatı


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun idarəçilik prinsipi yerdəyişmə siyasətinə söykənir. “Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, Xidmət rəisinin tez-tez komissarların yerlərini dəyişməsi sırf korrupsiya şikayətlərini ört-basdır etməyə hesablanıb.

Yerdəyişmə əməliyyatı

General yerlərdə rəislərdən olan narazılıqların monitorinqlərini aparır, təftiş edir, sonra onları istefaya deyil, başqa rayona təyin edir. Son zamanlar rayon şöbələrinə rəislərin təyinatında nəzərəçarpan hal məhz onların yerlərinin dəyişməsidir.A.Rəhimov heç bir şöbə rəisini işində yol verdiy nöqsana görə vəzifəsindən azad etmir. Bu siyasət Astara rayon şöbəsinin rəisi Kənan İsgəndərovun həbsindən sonra daha geniş vüsət alıb.Məsələn, noyabrın 9-da yayılmış məlumatda deyilir ki, xidmətin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murquzov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Zaqatala rayon şöbəsinin rəisi polkovnik-leytenant Ramil İsmayılov tutduğu vəzifədən azad edilərək, Bərdə rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Bu dəyişikliklər heç bir əhəmiyyət kəsb eləmir və fiqurların yerləri dəyişir.Sadəcə, həmin təyinatların yeganə səbəbi A.Rəhimovun öz kadrlarının fəaliyyətini gizlətmək mahiyyəti daşıyır.Təkcə Bərdə və Zaqatala deyil, son həftələrdə bir çox regionlarda analoji yerdəyişmələr olub.
Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin regionlardakı neqativ işləri qovluğa tikilərək arxivə göndərilir.

Misal üçün oktyabrda 7 rayonun rəisinin dəyişməsi faktına diqqət edək: xidmətin Ağdaş rayon şöbəsinin rəisi Sadiq İsmayılov tutduğu vəzifədən azad edilərək, Balakən rayon şöbəsinin rəisi, Balakən rayon şöbəsinin rəisi Fuad Cəniyev tutduğu vəzifədən azad edilərək, Lerik rayon şöbəsinin rəisi təyin olunub.

Lerik rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev tutduğu vəzifədən azad edilərək, Masallı rayon şöbəsinin rəisi, Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev tutduğu vəzifədən azad edilərək, Qazax rayon şöbəsinin rəisi, Qazax rayon şöbəsinin rəisi Vüqar Mirzəyev tutduğu vəzifədən azad edilərək, Kəpəz rayon şöbəsinin rəisi gətirilib.Kəpəz rayon şöbəsinin rəisi İlqar Əliyev tutduğu vəzifədən azad edilərək, Qəbələ rayon şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Bundan başqa, xidmətin Qəbələ rayon şöbəsinin rəisi olmuş Niyaz Məmmədov tutduğu vəzifədən azad edilərək, xidmətin baş idarəsində vəzifəyə gətirilib.
Xidmətin Ağdaş rayon şöbəsinin rəisi vəzifəsinə isə Ağaverdi Fəttahov təyinat alıb. Göründüyü kimi, general vəzifələri paylamaq, bölüşdürmək, kadrlarını irəliyə çəkmək siyasəti yürüdür. Ümumiyyətlə, adı tez-tez rüşvətdə keçən, rayonda narazılıq yaradan komissarlar başqa bölgələrə transfer edildiyi göz qabağındadır. A.Rəhimov real islahatlara başlasaydı, şöbələrə yeni rəislər təyin edərdi.Amma Xidmət rəisi adı rüşvətə qarışmış rəislərinə yerdəyişmə əməliyyatı ilə qahmar çıxıb ictimaiyyətin “gözünə kül üfürmək”lə məşğuldur. Bir sözlə, A.Rəhimovun rəhbərlik etdiyi Dövlət Xidmətində baş verən qanun pozuntuları davamlı olaraq mediada işıqlandırılır. Buna baxmayaraq general rəhbərlik sahəsində heç bir dəyişiklik etmək istəmir. Görünür, mövcud durum xidmət rəisinin maraqlarına tam cavab verir.

Uniforma, təmir biznesi və Daxili Təhqiqatda oyunlar

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, Arzu Rəhimov müavini olmuş, general Novruzəli Orucov işdən çıxarılandan sonra qurumun bütün maliyyə axınlarına təkbaşına nəzarət etməyə başlayıb. Onun “niqodnıy” bilet biznesi və digər korrupsiya əməliyyatlarında inhisarçılıq yaratdığı bildirilir.
Məlumata görə, A.Rəhimov hərbi komissarlıqlarda geyim biznesi belə qurub. Mətbuatda gedən məlumatlara görə, general hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxarıb. Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimovun planına əsasən pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.
Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər. A. Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.
Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurması işlərinin xərcini komissarların boynuna qoyur. Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə vəsait ayrılır. Maraqlıdır ki, bu Xidmətin yaranma tarixi çox uzaq deyil. Yəni, son bir neçə ildir ki Səfərbərlik Xidməti yaradılıb. Ancaq çox qısa müddətdə A.Rəhimov bu sahəyə rəhbərlik etməklə milyonlara sahiblənib, böyük maliyyə əldə edib və oliqarx-general olub.
SHXÇDX-ə 2016-cı il üçün büdcədən 20 milyon 189 min 929 manat pul ayrılmışdı. Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulmuşdu.
Maraqlı məqam sənəddə yer alan ikinci əmək haqqı bölümü ilə bağlıdır. Belə ki, ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib.
Hər halda ordu quruculuğunda mühüm strateji məqam olan səfərbərlik idarəsində müşahidə olunan xırda nöqsan belə böyük təhlükəyə gətirib çıxara bilər ki, bu da baş verənlərin, iddia olunan faktların "yuxarılar" tərəfindən ciddi şəkildə təftişini, qiymətləndirilməsini zəruri edir. Məlumata görə hər rayon şöbəsinin rəisi hər ayın axırında Daxili Təhqiqatlar İdarəsi rəisi Həsrət İsmayılova xərac göndərməlidir. Daxili Təhqiqatlar İdarəsi rəisinə aylıq haqq verən şöbələrdən gələn hər hansı bir şikayət araşdırılmır. Rayon şöbələrində baş verən qanunsuzluqların demək olar ki, əksəriyyətini Daxili Təhqiqatlar İdarəsinin rəisi nəyinsə qarşılığında ört-basdır edir.Bu həmin komissardır ki, uzun müddət Şəmkirdə eyni vəzifəni tutub. Hələ Cəlilabada təyinatından xeyli vaxt qabaq Şəmkirdə qanunsuz işlərini həyata keçirib.
Onun adı həmişə hərbi bilet biznesində keçib. Ancaq H.İsmayılovun toxunulmazlığı arxasındakı qüvvələr idi.
Həmin dönəmdə Şəmkirin icra başçısı Aslan Aslanov və sabiq müdafiə naziri Səfər Əbiyevlə yüksək əlaqələrə malik idi. Hətta İsmayılovu Aslanovun kadrı hesab etmək olar. Çünki o vaxt komissarla başçının oğlu Ruslan Aslanovun yaxın dostluq münasibətləri vardı. A.Aslanovun oğlunun Lamiyə Quliyeva və Vüqar Əliyev tərəfindən qətlə yetirilməsi işi üzrə H.İsmayılov şahid kimi ifadə verib.

Generalitet savaşında zəif bənd

“Gündəm-Xəbər”in əldə etdiyi məlumata görə, A.Rəhimov N.Orucovun “vurulmasına” çox sevincək olub.General öz müavinini rəqib görürdü və hətta postuna göz dikdiyini fikirləşirdi. Zaman-zaman hər iki general arasında kompromat savaşı da olub. N.Orucovu qoruyan əllər onu A.Rəhimovun yerinə təyin etdirmək üçün çırmansalar da, yekunda özləri də vəzifələrini itirmiş oldular. Bəzi iddialara görə, N.Orucovun oğlunun avtobus şoferini döyməsi hadisəsini media emissarları hesabına körükləyən elə A.Rəhimov olub.
Xidmət rəisi müavini üzərində qalib gəlməklə postuna sahib çıxa bilib. Ona görə də generalların mübarizəsində Rəhimov üçün Orucovun oğlunun cinayəti göydəndüşmə hadisəydi. Bununla da onu “zərərsizləşdirən” və sistemdən kənarlaşmasını bayram edən Xidmət rəisi indi tam mövqeləri ələ keçirib və öz adamlarını yerlərdə möhkəmlədib.Ancaq bu möhkəmlənmə yalnız öz maraqlarına xidmət edir və heç bir islahat, yenilik aparılmır. Düşünülürdü ki, keçmiş sovet sistemindən miras qalmış rüşvət sözünün ekvivalenti olan "voenkomat” sistemində Arzu Rəhimov ciddi nailiyyət əldə edə biləcək.
Ancaq təəssüflər olsun ki, nə ölkə rəhbərliyinin, nə də cəmiyyətin bu ümidləri doğrulmadı.Arzu Rəhimovun 5 il ərzində ard-arda apardığı islahatlar, kadr dəyişiklikləri heç bir ciddi uğur gətirmədi.Əksinə, köhnə "voenkomat”lıq sistemindən olduğu kimi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən də ciddi faktlarla zəngin olan şikayətlərin sayı çoxalmağa başladı.Yeni yaradılmış bu qurumda rüşvət, korrupsiyanın miqyası hətta o qədər çoxaldı ki, Milli Orduya göndərdikləri əsgərlərin sağlamlığını yoxlamadılar.

Mövcud situasiyanı önləmək üçün Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin yararlı hesab edib hərbi xidmətə göndərdikləri əsgərləri yenidən tibbi müayinədən keçirməyə başladılar.Məlum oldu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yararlı hesab edib hərbi xidmətə göndərdiyi əsgərlərin arasında kifayət qədər ciddi xəstəlikləri olanlar var. Sonradan xəstəliklərinə görə xidmətə tam yararsız hesab olunanların kütləvi hal alması isə SHXÇDX-nin bütün ölçüləri itirdiyinin göstəricisi idi.Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılmış 171 çağırışçıda xəstəlik aşkarlandığından geri qaytarıldılar.Geri qaytarılmış gənclərin 37 nəfərində vərəm, 62 nəfərində nevrotik reaksiya, 72 nəfərində isə digər xəstəliklər aşkar edilmişdi.Ondan əvvəl, yanvarın 1-dən 31-dək Silahlı Qüvvələrin hərbi tibb müəssisələrində təkrarən yoxlanılan gənc çağırışçıların 157-də ciddi xəstəliklər aşkarlanaraq geri qaytarılmışdı.

Rafiq Qara
gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Bu rayonların hərbi komissarları dəyişdi

    ​Bu rayonların hərbi komissarları dəyişdi ...

    9-11-2017, 17:16

  • 
  • Səfərbərlik xidmətində daxili savaş

    Səfərbərlik xidmətində daxili savaş ...

    6-11-2013, 13:48

  • 
  • Arzu Rəhimovun adına şok iddia

    Arzu Rəhimovun adına şok iddia ...

    2-05-2013, 02:55

  • 
  • Çağırışçılar təyin olunduqları hərbi hissələri internet vasitəsilə öyrənəcəklər

    Çağırışçılar təyin olunduqları hərbi hissələri ...

    25-06-2013, 13:43

  • 
  • General Novruzəli Orucov işdən çıxarıldı - SƏRƏNCAM

    General Novruzəli Orucov işdən çıxarıldı - ...

    11-07-2017, 18:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu