Bu saatlarda paytaxtın “Azadlıq” prospektində böyük tıxac yaranıb. sərnişinlər avtobusları tərk edirlər.
“Gündəm Xəbər”ə daxil olan məlumata görə, Prospektin “Rəsulzadə” qəsəbəsinə düşən hissəsində, Banu Çiçək şadlıq sayayının yaxınlığında güclü tıxac avtomobillərin hərəkətini dayandırıb. Artıq Binəqədi kəndinə gedən yolda sərnişinlər avtobusları tərk edərək yola piyada davam edirlər. Bu qədər problemlərin yaranmasına baxmayaraq yolu tənzimləmək üçün heçbir DYP əməkdaşları ərazidə gözə dəymir və iş başında deyillər. Qeyd edək ki, sözügedən ərazidə son zamanlar böyük tıxaclar yaranır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?