GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Əməkdar mühəndis” fəxri adını almaq üçün, daha hansı uğurlara imza atmaq lazımdır?

“Əməkdar mühəndis” fəxri adını almaq üçün, daha hansı uğurlara imza atmaq lazımdır?

Tarix: 22-11-2017, 19:49 Bölmə :GündəmXəbər / Manşet Baxış: 620
“Əməkdar mühəndis” fəxri adını almaq üçün, daha hansı uğurlara imza atmaq lazımdır?


Süleyman Əbdürrəhmanov: “Bəli, dörd il ərzində zavod mənim bu təklifimlə işlədi və xaricdən gətirilən bronza qaynaq başlıqları olmadığı üçün, böyük iqtisadi səmərə də əldə olundu”

“Gündəm Xəbər” qəzetinin 02-08 sentyabr 2017-ci il tarixli sayında “Prezident Əbdürrəhmanova niyə fəxri ad verməyib?” başlıqlı açıqlama dərc etmişdik və həmin açıqlama dərc olunmazdan öncə redaksiyamıza təqdim olunan rəsmi sənədlərə diqqət yetirərkən müəyyən etmək oldu ki, Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, ev-16, mən-52 ünvanda yaşayan Əbdürrəhmanov Süleyman Kərim oğlunun “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi üçün kifayət qədər əsaslar var. Düzdür, düşünürdük ki, qeyd olunan başlıq altında məqalənin dərcindən sonra aidiyyəti qurumlar problemlə bağlı müəyyən araşdırmalar aparıb öz münasibətlərini bildirəcəklər. Təəssüflər olsun ki, bu günədək hər hansı addım atılmadı, hətta redaksiyamız tərəfindən aidiyyəti qurumlara ünvanladığımız rəsmi məktublara da, yetərincə cavab verilmədi. Belə olan halda Süleyman Əbdürrəhmanov növbəti müraciətini redaksiyamıza təqdim edib bir daha bildirir ki, “əmək fəaliyyəti ilə məşğul olduğum illər ərzində, mən dörd dəfə ARDNŞ-nin nəzdində fəaliyyət göstərən Bakı Dərin Özüllər Zavodunun ali mükafatına “İlin Ən Yaxşı Səmərələşdiricisi” mühəndisi adına layiq görülmüşəm və dörd Fəxri fərmanla da təltif olunmuşam. 1987-ci ildə Bakı Dərin Özüllər Zavodu çətin texniki duruma düşdü. Belə ki, Fransada istehsal olunan və zavodun boru hazırlama sexində 33 ədəd qaynaqlama dəzgahında gündəlik istifadə olunan bronza (əlvan metal) munquştuqları (qaynaq başlıqları) qurtardı. Onu da bildirim ki, dünyanın bütün ölkələrində avtomat və polyabmomat qaynaq dəzgahları bronzadan hazırlanır. Həmin vaxtlarda zavod rəhbərliyi vəziyyətdən çıxış yolu olaraq, qara bronzadan başqa bir bronza hazırlatsa da, xüsusi təyinatlı və tərkibi olmayan bu bronzalar heç də özünü doğrultmadı. Zavod rəhbərliyi məcbur olub məni kömək etməyə dəvət etdi və ixtisasca qaynaq üzrə mühəndis olsam da, bu işi lazımınca bacardım. Dünyanın heç bir ölkəsində qara metaldan hazırlanmış qaynaq munquştuğundan istifadə olunmamasına baxmayaraq, mənim 134/527 №17---avqust 1987-ci il tarixli səmərələşdirici təklifim, zavodun mərkəzi elmi-sınaq laboratoriyasında (UZL) çox yüksək göstəricilər verdi. Zavodun baş qaynaqçısı, onun qaynar üzrə mühəndis müavini (AKT № 41) və UZL-in Kiyev Paton Qaynaq İnstitutunun zavoddakı qaynaq rəhbəri, texniki elmlər namizədi E.M.Dosminin rəsmi qərarı ilə, zavod bronza qaynaq başlıqlarından metal (U-7 alət poladı) qaynaq başlıqlarına keçdi və 4 il ərzində bütün qaynaq dəzgahlarında, hansı ki, dünyanın heç bir guşəsində istifadə olunmayan metal qaynaq başlıqlarından istifadə olunmağa başladı. Belə bir addımımın qarşılığında rəhbərlikdən yüksək mükafat da aldım. Əldə etdiyim belə bir naliyyət 2016-cı ildə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Sənaye mülkiyyəti obyektlərinin ekspertizası mərkəzinin direktoru tərəfindən də lazımınca dəyərləndirildi.
Bəli, dörd il ərzində zavod mənim bu təklifimlə işlədi və xaricdən gətirilən bronza qaynaq başlıqları olmadığı üçün, böyük iqtisadi səmərə də əldə olundu. Ümumiyyətlə, intellektual cəhətdən hazırlıqlı mühəndis olmaqla bərabər, mənim hər zaman Vətənimə, xalqıma qarşı məhəbbət hissim olub. Odur ki, 24 avqust 1993-cü il tarixdə xalqıma, Vətənimə olan məhəbbətimin varlığını təsdiq edən 173 №-li məktubumun surətini də sizə təqdim edirəm. Məhz, 1993-cü ildə həmin məktubumla xalqımızın ulu öndəri, mərhum prezidentimiz Heydər Əliyevdən xahiş etdim ki, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmək yolunu tutan Əlikram Hümbətov və onun kimiləri cəzalandırılmalıdırlar. Yəni siyasi mövqeyim də, mənim dövlətimizə, xalqımıza bağlı bir şəxs olduğumu sübut etməyə əsas verir. Bundan əlavə, BDÖZ-nun qaynaq boru hazırlama sexinin 2-ci xəttində Almaniyanın “Xousler” firmasının hazırladığı əyici-bükücü maşının alt valı sındı. Leninqrad Ağır Turbin Maşınqayırma Zavoduna faksla müraciət olunsa da, həmin zavoddan cavab verdilər ki, valı 11 aydan sonra hazırlayıb göndərə bilərlər. Uzunluğu 5,9 metr, diametri 340mm olan sınmış valı bir aydan sonra qaynaqsız istehsalata qaytardığımdan, zavod on ay ərzində dayanmadan işlədi.
Daha sonra, Bakı “Şelflahiyətikinti” istehsalat birliyinin (BDÖZ) baş direktoru F.N.Sultanovun 15 yanvar 1988-ci ildə Moskvaya “Qlabmorstalkonstruksiya”nın rəhbəri İ.N.Çernova faksla göndərdiyi teletaunoqrammanın surətini də təqdim edirəm. BDÖZ-nun boru hazırlama sexinin 3-cü xəttində quraşdırılmış Almaniyanın məşhur “Xousler” firmasının istehsalı olan proqramı 22:40mm (eni3200) metal listləri əyib bükən hidravliki maşın vals elə ilk istismar günlərindən (1983-cü ildə) özünü doğrultmadı. Belə ki, maşının əymə qalınlığı 22:40mm olsa da, maşına 32mm qalınlığında list verilərkən, maşının alt vallarından birinin hidravlik reduktoru hesabı layihə qalınlığına davam gətirməyərək, maşına bərkidildiyi bütün boltları kəsib atırdı və buna görə də günlərlə təmirə dayanırdı. Beş il belə bir vəziyyət davam etdi və maşında işləyən operatorlar məcbur olub onun proqramına daxil olan 32 mm-lik metal listləri başqa hidravlik maşında edirdilər. Belə olan halda digər maşın daha çox yüklənirdi və iki növbəli iş tələb olunurdu.
“Şelflahiyətikinti” istehsalat birliyinin baş direktorunun 4-cü faksla teleqramından sonra Almaniyanın “Xousler” firmasından məsul işçilər BDÖZ-na gəldilər və bildirdilər ki, belə proqramlı hidravilli maşından cəmi üç ədəd istehsal olunub. Biri Hindistana, biri Şimali Koreyaya, biri isə Azərbaycana düşüb və konstruktorun səhvindən, bu maşın layihə proqramına dözmür. Hətta onu da vurğuladılar ki, maşının sınaq müddəti başa çatdığı, yəni müddət ötdüyü üçün onun geri qaytarılması mükün deyil. Amma rəsmi qaydada müraciət etsəniz “Xousler” firması zavoda cərimə kompensasiyası ödəyəcək. Həmin vaxt mən istehsalat birliyinin baş direktorundan icazə alaraq müəyyən rekonstruksiya üzərində işlədim. “Xousler” firması və Almaniyanın nüfuzuna xələl gətirən, beş il sınan-dağılan hidravilli reduktorun maşına bərkimə quruluşunda rekonstruktiv dəyişiklik etdim. Yeni gövdə Binəqədi Metal-Tökmə Zavodunda hazırlandı, maşınqayırma emalından sonra mərhum akademik Nizami Süleymanovun laboratoriyasında yüksək termili möhkəmliyə uğradıldı. Rekonstruksiya əla nəticə verdi. Gecə-gündüz 32 mm-lik qalınlıqda sınan-dağılan hidravilli maşın təslim oldu və mənə rəhbərlik yüksək məbləğdə pul mükafatı verdi.
İndi fikir verin, fransız konstruktorunun bürünc (bronza) qaynaq başlığını elmi laboratoriya yolu ilə (əyilmə, burulma, dartılmaya və enerji itgisinin itməməsi) sıfıra endirən və onu metalla əvəz etməyi bacaran alman konstruktorunun səhvini ləğv edən, Almaniyanın “Xousler” firmasının sınmış valını qaynaqsız təmir edən, səhv layihələnmədən hidravilli reduktoru həyata qaytaran və Bakı Dərin Özülləri Zavoduna milyonlar gətirən peşəkar mühəndis-mexanik niyə fəxri ada layiq görülməməlidir? Necə ola bilər ki, dövlətimizin imicinə xələl gətirən hər kəs lazımınca cəzalandırılır, amma öz ölkəsinin imicini Fransanın, Almaniyanın gözündə öz savadı ilə uca zirvələrə qaldıran bir mütəxəssis “Əməkdar mühəndis” fəxri adına layiq görülmür?.
Bütün bunlardan əlavə, 1998-ci ildə ulu öndər Heydər Əliyevə rəsmi şəkildə müraciət etdim ki, Daqlıq Qarabağ müharibəsinə məcburi cəlb edilmiş Azərbaycanın müdafiə qüdrətini artırmaq üçün, ölkədə iriçaplı artilleriya (qaubtsa) silahları istehsal edən hərbi zavod və sənaye təşkil etməyin zamanı çatıb. Ünvanladığım məktubum Nazirlər Kabinetində kənd təsərrüfatı və hərbləşdirmə üzrə şöbəyə göndərildi. Həmin vaxt məni Nazirlər Kabinetinə dəvət etdilər və ölkəmizin hərbi potensialının artırılmasına çalışdığıma və peşəkar mütəxəssis olduğuma görə şöbə əməkdaşları tərəfindən alqışlandım. Ümumi söhbət zamanı bildirdilər ki, “gələcəkdə Müdafiə Sənaye Nazirliyi yaradılacaq”. Azərbaycan manatının ikinci dəfə devolvasiyasından sonra, büdcənin neft sektorundan asıllığını ləğv etmək, qeyri-neft sektoru sahələrini inkişaf etdirmək, valyutamızın xaricə axınının qarşısını almaq məqsədilə cənab Prezidentin etdiyi tarixi çıxışdan sonra, mən Azərbaycan Respublikasının 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi cənab Namiq Əmirova, sabiq dövlət müşaviri Vahid Axundova, PA-sında aqrar məsələlər üzrə şöbə müdiri cənab Azər Əmiraslanova beş punktdan ibarət təkliflər paketi ünvanladım. Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi cənab Namiq Əmirov (N:26/A-155/2-078/2) və sabiq dövlət müşaviri Vahid Axundov mənim təklif paketimi investorlara təqdim etmək üçün İqtisadiyyat Nazirliyinə (26.01. 2016-cı ildə N:3/A-1177-031) göndərildiyini bildirdilər və aktiv vətəndaş mövqeyimə görə mənə təşəkkür də göndərdilər.

Hörmətli redaksiya!
Mən kifayət qədər idarəçilik təcrübəsi olan, iqtisadiyyatı sevən, ölkəmizdə normal yaşayış nəbzinin saxlanmasına çalışan, cənab Prezidentin bütün çağırışlarını əsas tutan bir ziyalı olaraq, məsul vəzifə sahibi olanlara hər zaman təkliflər göndərmişəm, dövlətimi və xalqımı öz canım təki sevmişəm, çünki bu mənim vətəndaş borcum olub. Mənə ali təhsil verən dövlətimə və xalqıma hər zaman borcluyam. Bu gün heç də özümü öymək fikirində deyiləm, amma onu bildirmək istəyirəm ki, əgər lazımi sahəyə təqdim olunaramsa, o halda, doğma Azəribaycanımıza milyonlar yox, milyardlarla iqtisadi gəlir gətirə bilərəm. Mən istehsalatda, müstəqil həyatda, siyasi müstəvidə olsam belə, hər zaman xalqımı, dövlətimi düşünmüşəm, onun qüdrətini uca tutmağa çalışmışam. Sabiq dövlət müşaviri Vahid Axundovdan və PA-sında aqrar məsələlər üzrə şöbədən aldığım cavab məktubları, bu gün də məndədir. Odur ki, bu sahədə peşəkar mütəxəssis olaraq, “Əməkdar mühəndis” fəxri adını almaq, düşünürəm ki, həm haqqımdır, həm də hüququmdur”.
Süleyman Əbdürrəhmanovun bu cür uğurlarını eşidib bildikcə, biz də bir vətəndaş olaraq qürur hissi keçiririk. Çünki, adı çəkilən şəxsin hər zaman dövlətimizin hərbi potensialının gücləndirilməsinə çalışması, BDÖZ-da çalışarkən çoxsaylı uğurlara imza atması, ölkəmizin sənaye sahəsinin inkişafı naminə aidiyyəti dövlət qurumlarına bir neçə təkliflər paketi ünvanlaması və s. onu söyləməyə əsas verir ki, Süleyman müəllim qəlbən bu dövlətə və xalqına bağlı bir şəxsdir. Odur ki, adı çəkilən bu şəxsin əməyinin lazımınca qiymətləndirilməsi, yəni əldə etdiyi uğurlara görə ona “Əməkdar mühəndis” fəxri adının verilməsi, düşünürük ki, tam əksəriyyətin ürəyindən keçən istəkdir. Mövzu diqqətimizdədir.

Mirzə
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev fəxri adlar verdi

    Prezident İlham Əliyev fəxri adlar verdi ...

    15-12-2015, 21:41

  • 
  • Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib?

    Prezident Əbdülrəhmanova niyə fəxri ad verməyib? ...

    10-10-2017, 11:44

  • 
  • Prorektora "Əməkdar elm xadimi" fəxri adı verildi

    Prorektora "Əməkdar elm xadimi" fəxri ...

    12-10-2015, 13:01

  • 
  • GDU-nun mövqeyi şübhələrə əsas verir

    GDU-nun mövqeyi şübhələrə əsas verir ...

    7-11-2017, 16:27

  • 
  • Bir neçə təhsil işçisinə fəxri ad verildi

    Bir neçə təhsil işçisinə fəxri ad verildi ...

    9-10-2015, 19:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu