MTRŞ-in sədri Nüşrəvan Məhərrəmli “Gündəm Xəbər”in müxbirinə açıqlamasında Dalğa TV-in tək peyk vasitəsiylə yox, həm də kabel televiziyaları vasitəsiylə yayımlanacağını təsdiqlədi.
Bu isə o deməkdir ki, ölkədə fəaliyyət göstərən digər televiziyalar tam iflasa uğrayacaq. Ötən yazımızdada xatırladmışdıq ki, “Dalğa TV” adıyla fəaliyyətə başlayacaq yeni kanal sırf xarici serialların yayımı ilə məşğul olacaq. Bu məqsədlə artıq dublyaj redaksiyası yaradılıb və bir neçə xarici serial artıq azərbaycan dilinə tərcümə edilib. Çox maraqlıdır ki, bir neçə il öncə prezidentin tapşırığı ilə ölkədə xarici serialların yayımına qadağa qoyulmuşdu və dövlət büdcəsindən televiziyalara pul ayrıldı ki, yerli serialların çəkilişi gücləndirilsin. Amma bu gün yenidən xarici serialların yayımlanması həm prezidentin əmrinə ziddir, həm də yerli seriallara ağır zərbə olacaq. Bundan başqa xarici seriallara olan marağa görə reklam bazarındakı tarazlıqda pozulacaq. Yəni reklamçılar digər televiziyalarla əməkdaşlığa son verib “Dalğa TV” ilə əməkdaşlığa üstünlük verəcəklər.Maraqlıdır, bəs MTRŞ hansı əsaslarla Dalğa TV-in kabel televiziyalarındada yayımlanmasına icazə verir? Nüşrəvan Məhərrəmli bildirir ki, bu tərəflərin bir-biri ilə razılaşması əsasında baş tutacaq. Onda belə çıxır ki, peyk vasitəsiylə yayımlanan istənilən kanal kabel televiziyalarına çıxmaqla Azərbaycanın daxili proseslərinə müdaxilə edə bilər. Bundan başqa belə bir addım atmaqla prezidentin tapşırığı pozulmuş olacaq. Bunu da yada salaq ki, yeni tv-nin rəhbəri prezidentin köməkçisi olan Əli Həsənovun oğludur. Mövzuya qayıdacağıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?