Gürcüstan Prezidentinin partiyasının parlament fraksiyası olan "Milli birlik hərəkatı" (MBH) siyasi baykot rejiminə keçir və ölkənin ali qanunverici orqanında işini dayandırır
Fraksiya adından danışan deputat Levan Bejaşvili bildirib ki, hakimiyyətin Tbilisidə partiya infrastrukturunu məhv etdiyi şəraitdə onlar "adi qanunları" müzakirə edə bilməzlər: "Həmkarlarımızın uydurulmuş ittihamlar üzrə həbs olunduğu bir vaxtda biz serialların ləğv edilməsi və s. bu kimi layihələri müzakirə edə bilmərik".
Bejaşvili vurğulayıb ki, partiyanın sonrakı planları barədə bir müddət sonra məlumat veriləcək.
Ötən gün Gürcüstanın Maliyyə Nazirliyinin Maliyyə polisi Tbilisi meriyasının MBH üzvləri olan dörd yüksəkvəzifəli məmurunu saxlayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?